AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
1. “Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q74-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi.
1.2. Elektron xidmətin məzmunu: bu xidmət nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi qaydasını nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin II-I hissəsi;
1.3.2. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının 2-ci hissəsi;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları» və «Elektron xidmət növlərinin Siyahısı»nın 2.10-cu bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi (bundan sonra-DİN BDYPİ).
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən.
1.7. Elektron xidmətin icra müddəti: bir iş günü ərzində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: hüquqi və fiziki şəxslər tərəfindən sifariş edilmiş nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanının verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli.
2.2.1. Xidmət üzrə ödənişin hüquqi əsası:
«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin II və II-I hissələri;
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.65.6-cı maddəsinə əsasən dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:
001, 002, 003, 004, 005, 006, 007, 008, 009
100, 200, 300, 400, 500, 600, 700, 800, 900
111, 222, 333, 444, 555, 666, 777, 888, 999
Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üçün dövlət rüsumları 3 nömrəli əlavəyə uyğun olaraq “Dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək hesablar” üzrə ödənilir.
Yuxarıdakı qeyd edilən cədvəldə göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 22 manat məbləğində dövlət rüsumu ödənilir.
ödəmə üsulları: bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsi ilə.
2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://mia.gov.az/?/az/content/29771/
- e-poçt: info@mia.gov.az, info@dyp.gov.az
- telefon: +994 12 590-81-25, +994 12 590-81-35
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizəyə (Əlavə №1, Əlavə №2) aşağıdakılar əlavə olunur:
1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin) nömrəsi və verilmə tarixi, Azərbaycan Respublikasında müvəqqəti olan, habelə müvəqqəti olma müddəti uzadılan əcnəbilər üçün onların pasportu və ya şəxsiyyəti təsdiq edən digər sərhədkeçmə sənədinin skan edilmiş surəti;
2) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən aşağıdakı sənədlərdən aidiyyəti olanının skan edilmiş surəti:
- istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab. Təhvil-təslim aktı itirildikdə sadalanan sənədlərdən biri təqdim edilə bilər: nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı;
- komisyon və ticarət təşkilatlarının verdiyi arayış-hesab;
- vətəndaşların mülkiyyətinə satılması istisna olmaqla, Müdafiə Nazirliyinin və digər silahlı birləşmələrin müvafiq qurumlarının verdiyi hesab-naryad, hərbi hissənin yekun aktı və texniki vəziyyət haqqında akt;
- əl ilə idarə edilən avtomobillərin, yaxud motoarabacıqların verilməsi barədə sosial təminat orqanlarının arayışı;
- qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr;
- qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər və ya məhkəmənin qərarı;
3) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə bank və ya poçt qəbzinin əslinin, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarışın, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədinin skan edilmiş surəti;
4) xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədinin, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədin skan edilmiş surəti, onun qeydiyyat və ya tranzit nişanlarının nömrələri.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə sifarişin verilməsi istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. sorğunun formalaşdırılması: istifadəçi tərəfindən DİN BDYPİ-nin internet informasiya ehtiyatının elektron xidmət bölməsində rəqəmlərin və ya hərflərin kombinasiyalarının ardıcıllığı üzrə dövlət qeydiyyat nişanı sərbəst seçilərək sifariş verilməsi üçün ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən aidiyyəti olanlarla birlikdə həmin elektron ünvana təqdim edilir;
3.2.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları: istifadəçi tərəfindən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsi üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası ilə bağlı sifarişin verilməsi ilə əlaqədar DİN BDYPİ-nin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur;
3.3.2. sorğunun qəbulu: istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.4. Sorğunun icrası:
3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələrinə elektron formada (internet vasitəsi ilə) ünvanlanır.
Sorğunun icrası üzrə DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqəsinin rəhbəri bilavasitə məsuliyyət daşıyır;
3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: sənədlər DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələrində baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və sifariş edilmiş dövlət qeydiyyat nişanın verilməsi məqsədi ilə DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələri nəqliyyat vasitəsinin müayinəyə təqdim edilməsinin tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçt ünvanına məlumat göndərir;
3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: nəqliyyat vasitəsi DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələri tərəfindən müəyyən edilmiş tarixdə və vaxtda (növbəsiz) müayinədən keçirilməlidir. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən və nəqliyyat vasitəsi müayinəyə təqdim edildikdən sonra 30 dəqiqə ərzində DİN BDYPİ-nin ərazi üzrə imtahan-qeydiyyat və texniki baxış məntəqəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə uyğun olaraq, onun mühərrik, ban və şassi nömrə göstəriciləri, habelə rəngi tutuşdurulur, uyğunsuzluq aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyat hərəkətləri aparılaraq, nəqliyyat vasitəsinin sahibinə dövlət qeydiyyat nişanı verilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: elektron xidmətin yerinə yetirilməsinə nəzarəti DİN BDYPİ həyata keçirir.
3.5.1. nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.5.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat»la müəyyən edilmiş qaydada.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqəsinin rəhbərinin tabe olduğu yuxarı orqana inzibati qaydada və məhkəməyə şikayət edə bilər;
3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;
3.6.3. şikayətə baxılma müddəti: şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Baş Dövlət Yol Polisi İdarəsinin ______________________________________qeydiyyat məntəqəsinə
Fiziki şəxs_____________________________________________________________tərəfindən
Telefon, faks nömrələri:
elektron poçt ünvanı:
Xahiş edirəm_______________________________________________________________________________________
______________________________________________________________________________________aldığım
nəqliyyat vasitəsini qeydiyyata alıb, _______________________________________________________________
(qeydiyyat hərəkətinin adı göstərilir)
dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi verəsiniz.
Buraxılış ili_________________Markası__________________________________________________________________
Nəqliyyat vasitəsinin tipi ___________________________Banın tipi___________________________________________
Dövlət qeydiyyat nişanı __________________tranzit N-si ____________qeydiyyat şəhadətnaməsi_______________
Mühərrik N-si ______________________________________, Rəngi_____________________________________________
Ban N-si ___________________________ Şassi N-si______________________________________
Maksimum kütləsi (yük avtomobilləri üçün)_____________________________________________________________
Yüksüz kütləsi (yük avtomobilləri üçün)_________________________________________________________________
Dayanacaq yerinin ünvanı_____________________________________________________________________________
Ərizəyə aşağıdakılar əlavə edilir:
_____________________________________________________________________________________________
Qeydiyyata alınmış əvvəlki rayon:____________________________________________________________
Qeydiyyat hərəkətləri sahibin nümayəndəsi tərəfindən aparılır:
_______________________________________________________________________________________
Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi _______________________________________________________________
Telefon, faks nömrələri:
elektron poçt ünvanı:__________________________________________
Vəkalətnamə_________________________________________________________________________________
(nə vaxt, kim tərəfindən verilib, reyestr N-si, tarixi)
Şəxsi imzası______________________________________
“_____”____________________20 ______il
Baş Dövlət Yol Polis İdarəsinin _______________________________________________________qeydiyyat məntəqəsinə
___________________________________________________________________________________tərəfindən
_______________________________________________________________
Hüquqi şəxsin ünvanı ________________________________________________________________________
Əlaqə vasitələri: telefon, faks nömrələri, e-poçt ünvanları____________________________________
Rayon________________________________________________ telefon №-si_________________
Nəqliyyat vasitəsinin dayanacağının(qarajın) ünvanı____________________________________________
Rayon_______________________________________ telefon №-si_________________
Xahiş olunur_________________________________________________________________________________
Göstərilən sənədlər ərizəyə əlavə edilir:
1.____________________________________________________________________________________________
2.____________________________________________________________________________________________
3.____________________________________________________________________________________________
1. Nəqliyyat vasitəsinin tipi
(yük avtomobilləri ücün)
(yük avtomobilləri ücün)
12. Dövlət q.n. ___________________________
13. Qeydiyyat şahadətnaməsi
Nəqliyyat vasitəsinin sənədləşdirilməsi Dövlət Yol Polisinə etibar edilir _____________________
____________________________________________________________________________________________
(soyadı, adı, atasının adı)
Şəxsi imzası təsdiq edilir
_____________________________________________________________________________________________
AZ21NABZ12360100000000005 944
AZ47AIIB320510194431002015 00
Kapital Bankın Naxçıvan MR Baş idarəsi
AZ09AIIB320510194430602011 30
AZ60AIIB320510194433602011 33
AZ26AIIB320510194431602011 31
AZ43AIIB320510194432602011 32
AZ77AIIB320510194434602011 34
AZ94AIIB320510194435602011 35
AZ42AIIB320510194489602011 89
AZ17CTRE00000000000002117 131
AZ34CTRE00000000000002116 631
AZ66CTRE00000000000002116 831
AZ94A1IB320510194424002011 24
AZ39AIIB320510194455002011 55
AZ85TU RA36015002260700102 944
AZ05IBAZ360100194497599103 24
AZ68IBAZ360100194497599022 06
AZ37AIIB320510194465002461 65
AZ17AIIB320510194448002011 48
AZ95IBAZ360100194495800432 53
AZ05CTRE00000000000002114 631
AZ89CTRE00000000000002112 731
AZ22AIIB320510194454002011 54
AZ37AIIB320510194472002011 72
AZ40CTRE00000000000002113 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ95AIIB320510194464002011 64
Kapital Bankın Neftçala filialı
AZ86CTRE00000000000002114 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ46AIIB320510194444002011 44
Kapital Bankın Sabirabad filialı
AZ12AIIB320510294443002011 43
Kapital Bankın Salyan filialı
AZ78AIIB320510194463002011 63
Kapital Bankın Hacıqabul filialı
AZ18AIIB320510194488002011 88
Kapital Bankın Cəbrayıl filialı
AZ74CTRE00000000000002112 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ08AIIB320510194476002011 76
Kapital Bankın Astara filialı
AZ73CTRE00000000000002112 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ88AIIB320510194475002011 75
Kapital Bankın Yardımlı filialı
AZ37NABZ01350100000000001944
AZ71AIIB320510194474002011 74
Kapital Bankın Lerik filialı
AZ37NABZ01350100000000001944
AZ44AIIB320510194461002011 61
Kapital Bankın Masallı filialı
AZ37NABZ01350100000000001944
AZ57CTRE00000000000002112 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ22CTRE00000000000002114 131
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ36CTRE00000000000002115 431
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ49AIIB320510194467002011 67
Kapital Bankın İmişli filialı
AZ37NABZ01350100000000001944
AZ98AIIB320510194487002011 87
Kapital Bankın Füzuli filialı
AZ37NABZ01350100000000001944
AZ86AIIB320510194492002011 92
Kapital Bankın Laçın filialı
AZ37NABZ01350100000000001944
AZ41AIIB320510194440002021 40
Kapital Bankın Beyləqan filialı
AZ37NABZ01350100000000001944
AZ59CTRE00000000000002111 331
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ27AIIB320510194460002011 60
Kapital Bankın Ağdaş filialı
AZ37NABZ01350100000000001944
AZ80AIIB320510194446002011 46
Kapital Bankın Zərdab filialı
AZ37NABZ01350100000000001944
AZ26CTRE00000000000002111 731
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ25AIIB320510194477002011 77
Kapital Bankın Ucar filialı
AZ37NABZ01350100000000001944
AZ42CTRE00000000000002111 831
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZO1360100000000003944
AZ10CTRE00000000000002111 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ66AIIB320510194468002011 68
Kapital Bankın Oğuz filialı
AZ37NABZ01350100000000001944
AZ69CTRE00000000000002115 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ82AIIB320510194429002011 29
Kapital Bankın Mingəçevir filialı
AZ37NABZ01350100000000001944
AZ03AIIB320510194470002011 70
Kapital Bankın Şəki filialı
AZ37NABZ01350100000000001944
AZ85CTRE00000000000002115 131
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ63AIIB320510194445002011 45
Kapital Bankın Tərtər filialı
AZ37NABZ01350100000000001944
AZ81AIIB320510194486002011 86
Kapital Bankın Ağdam filialı
AZ37NABZ01350100000000001944
AZ95AIIB320510294450009211 50
Kapital Bankın Naftalan filialı
AZ37NABZ01350100000000001944
AZ44CTRE00000000000002110 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ56AIIB320510194456002011 56
Kapital Bankın Naftalan filialı
AZ37NABZ01350100000000001944
AZ47AIIB320510194484002011 84
Kapital Bankın Daşkəsən filialı
AZ37NABZ01350100000000001944
AZ51AIIB320510194450002011 50
Kapital Bankın Goranboy filialı
AZ37NABZ01350100000000001944
AZ64AIIB320510194485002011 85
Kapital Bankın Samux filialı
AZ37NABZ01350100000000001944
AZ30AIIB320510194483002011 83
Kapital Bankın Xanlar filialı
AZ37NABZ01350100000000001944
AZ65AIIB320510194428002011 28
Kapital Bankın Kəpəz filialı
AZ37NABZ01350100000000001944
AZ77CTRE00000000000002110 231
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ20AIIB320510194471002011 71
Kapital Bankın Qax filialı
AZ37NABZ01350100000000001944
AZ83AIIB320510194469002011 69
Kapital Bankın Balakən filialı
AZ37NABZ01350100000000001944
AZ97AIIB320510194447002011 47
Kapital Bankın Şəmkir filialı
AZ37NABZ01350100000000001944
AZ85AIIB320510194452002011 52
Kapital Bankın Ağstafa filialı
AZ37NABZ01350100000000001944
AZ14AIIB320510194436602011 36
Kapital Bankın Qazax filialı
AZ37NABZ01350100000000001944
AZ87CTRE00000000000002113 931
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ23CTRE00000000000002113 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
1. 3 aprel 2013-cü il tarixli Q11-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304030011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 aprel 2013-cü il)
2. 15 iyul 2013-cü il tarixli Q22-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307150022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyul 2013-cü il)
3. 29 avqust 2013-cü il tarixli Q33-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201308290033, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 sentyabr 2013-cü il)
4. 26 oktyabr 2013-cü il tarixli Q51-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201310260051, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 noyabr 2013-cü il)
5. 18 mart 2015-ci il tarixli Q9-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201503180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2015-ci il)
6. 9 sentyabr 2015-ci il tarixli Q29-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509090029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 sentyabr 2015-ci il)
7. 7 dekabr 2015-ci il tarixli Q68-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512070068, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 dekabr 2015-ci il)
8. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
9. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)
10. 5 iyun 2018-ci il tarixli Q30-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201806050030, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyun 2018-ci il)
11. 21 avqust 2018-ci il tarixli Q44-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201808210044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il)