Qanunvericilik › “Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 02.07.2015) › Tam mətn

“Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 02.07.2015)

“Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 02.07.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,

1. “Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2015-ci il 2 iyul tarixli Q18-001-15 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi üçün elektron müraciətin qəbul edilməsini, baxılmasını və baxılmanın nəticəsindən asılı olaraq müvafiq arayışın verilməsini nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.4-cü yarımbəndi;

1.3.2. “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 2.25-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (bundan sonra - DİN BDYPİ).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7. Elektron xidmətin icra müddəti: 1 (bir) iş günü.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi:

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsizdir.

2.3. Elektron xidmətin istifadəçiləri: Nəqliyyat vasitələrinin mülkiyyətçiləri olan hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://mia.gov.az/?/az/content/29861/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://mia.gov.az/?/az/content/29861/

- e-poçt: info@mia.gov.az, info@dyp.gov.az

- telefon: +994 12 590-81-25, +994 12 590-81-35

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Ərizə (Əlavə №1);

2.6.2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsi.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən ərizə forması (Əlavə №1) elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir.

3.1.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və bu barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması natamam və ya yanlış doldurulduqda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin müvafiq sorğu ilə bağlı elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən ərizə forması düzgün doldurulduqda sorğu qəbul olunur.

Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-nin Müayinə Mərkəzinə və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə elektron formada (internet vasitəsilə) ünvanlanır.

Sorğuya DİN BDYPİ-nin Müayinə Mərkəzində və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində baxılaraq ərizədə göstərilən məlumatlar informasiya-axtarış bazasının məlumatları əsasında yoxlanılır.

Sorğunun icrasına görə DİN BDYPİ-nin Müayinə Mərkəzinin və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbəri məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: Sorğuya DİN BDYPİ-nin Müayinə Mərkəzində və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində baxıldığı zaman elektron formada doldurulmuş ərizədə göstərilən məlumatlarda aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların aradan qaldırılması barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

İstifadəçi tərəfindən təqdim edilən ərizədə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.

İstifadəçinin ərizəsində göstərilən məlumatlar informasiya-axtarış bazasının məlumatları əsasında yoxlanıldıqdan sonra müvafiq arayış (Əlavə №2) tərtib olunaraq DİN BDYPİ-nin Müayinə Mərkəzinin və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur.

Sorğu qeydiyyata alındığı tarixdən 1 (bir) iş günü ərzində icra olunur.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:

3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Sorğunun nəticəsi üzrə tərtib olunmuş arayışın skan edilmiş surəti, həmçinin arayışın əslinin verilməsinin tarixi, vaxtı və yeri barədə məlumat istifadəçinin elektron poçt ünvanına göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti DİN BDYPİ həyata keçirir.

3.4.1. Nəzarət forması:

3.4.1.1. Kargüzarlıq;

3.4.1.2. Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı razılaşmadığı istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci və 46-cı maddələrinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: İnzibati qaydada verilən şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada baxılır.

“Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi üzrə inzibati reqlament”ə 1 nömrəli əlavə

Fiziki şəxs __________________________və ya hüquqi şəxs_________________________

(soyadı, adı, atasının adı) (adı və hüquqi ünvanı)

_____________________________________________________________________________

Telefon, faks nömrələri:

Elektron poçt ünvanı:

_____________________________________________________________________________

Xahiş edirəm aşağıda göstərilən nəqliyyat vasitəsinin axtarışda, yaxud yüklü olub-olmaması barədə sorğuya müvafiq arayış verəsiniz:

Nəqliyyat vasitəsinin markası __________________________________________________

Dövlət qeydiyyat nişanı ___________________qeydiyyat şəhadətnaməsi______________

_____________________mühərrik №-si_______________ ban №-si___________________

şassi №-si________________ rəngi________________ buraxılış ili_____________________

sorğunun verilmə tarixi________________________________________________________

İmza_________________________________________________

(soyadı, adı, atasının adı)

“Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi üzrə inzibati reqlament”ə 2 nömrəli əlavə

Nəqliyyat vasitəsinin mülkiyyətçisi barədə məlumatlar (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda adı və hüquqi ünvanı)

_____________________________________________________________________________

_____________________________________________________________________________

Nəqliyyat vasitəsinin markası __________________________________________________

dövlət qeydiyyat nişanı ____________________qeydiyyat şəhadətnaməsi_____________

_____________________mühərrik №-si________________ ban №-si__________________

şassi №-si__________________ rəngi__________________ buraxılış ili________________

Sorğunun nəticəsi ____________________________________________________________

Arayış 10 gün müddətində etibarlıdır.

Verilmə tarixi________________________________________________________

Qeydiyyat nömrəsi___________________________________________________

Vəzifəli şəxsin imzası__________________________________________________________

_____________________________________________________________________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver