Azərbaycan Respublikası
Nazir _____________ S.C.Həsənova
Azərbaycan Respublikası
1999-cu il “14” 06 tarixli
190 nömrəli əmri ilə təsdiq
1.1. Bu təlimat “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”na (bundan sonra “Qayda”) müvafiq olaraq Azərbaycan Respublikası DİN Dövlət Yol Polisi İdarəsinin qeydiyyat-imtahan hissələrində (bundan sonra “qeydiyyat məntəqələri”) nəqliyyat vasitəsinin müayinədən keçirilməsi və bu barədə müvafiq arayışın verilməsilə bağlı işlərin həyata keçirilməsini müəyyən edir.
1.2. Təlimatlada yuxarıda adı çəkilən Qayda ilə nəzərdə tutulmuş termin, söz və anlayışlardan istifadə olunur.
1.3. Xarici dövlətlərdən Azərbaycan Respublikasına özgəninkiləşdirilmə məqsədilə gətirilmiş nəqliyyat vasitəsi müayinədən keçirilən zaman şübhə doğurduqda Azərbaycan Respublikası DİN “İnterpol” MMV və ya ƏSİİ-yə müvafiq sorğu edilə bilər. Sorğuya müsbət cavab alındıqdan sonra nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış həmin “Qayda”ya müvafiq olaraq verilir.
1.4. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsinin sənədləşdirilməsi, kargüzarlıq işi və arayışın doldurulması Azərbaycan Respublikasının dövlət dilində aparılır.
1.5. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi üçün təqdim edilən sənədlər əcnəbi dildə olduqda, onların həqiqi nüsxələri ilə yanaşı tərcümə edilmiş və ya konsulluq orqanları tərəfindən leqallaşdırılmış surətləri də əsas götürülə bilər.
1.6. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsilə bağlı fiziki və hüquqi şəxslərin ərizələri və digər müraciətlərinin baxılması Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
2.1. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs nəqliyyat vasitəsinin müayinədən keçirilməsi üçün bu Təlimata 1 nömrəli əlavədə göstərilən formada ərizə doldurur və qeydiyyat məntəqəsinə təqdim edir. Ərizədə nəqliyyat vasitəsinin və onun sahibi haqqında məlumatlar göstərilir. Ərizəyə qeyd edilən məlumatları təsdiq edən sənədlər əlavə olunur.
2.2. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış “Qayda” ilə və bu Təlimatla nəzərdə tutulmuş hərəkətlər həyata keçirildikdən sonra verilir. Arayışda qeydiyyat məntəqəsinin adı, nəqliyyat vasitəsi sahibinin-fiziki və ya hüquqi şəxsin adı və hüquqi ünvanı, nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsi, mühərrik, ban və şassi nömrələri, rəngi və buraxılış ili, keçirilmiş müayinənin və yoxlamanın nəticəsi, arayışın qüvvədə olma müddəti, arayışın qeydiyyat nömrəsi və verilmə tarixi göstərilir.
2.3. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışın forması bu Təlimata 2 nömrəli əlavədə göstərilmişdir.
2.4. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında verilmiş arayışın uçotu xüsusi kitabda aparılır (Təlimata 3 nömrəli əlavə). Arayış verilməsi barədə ərizədə də müvafiq qeydlər edilir. Kitab nömrələnir, qaytanlanır və qeydiyyat məntəqəsinin rəhbəri tərəfindən imzalanaraq möhürlə təsdiq edilir.
3.1 Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışın verilməsi üçün əsas olan sənədlər müvafiq kitaba uyğun olaraq ayrıca işlərə tikilir və ya qovluqlara yığılaraq arxivdə saxlanılır.
3.2 Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışın verilməsi üçün əsas olan arxiv sənədləri iki illik saxlama müddəti bitdikdən sonra yandırma üsulu ilə məhv edilir və bu barədə 2 nüsxədə müvafiq akt tərtib olunur. Aktın bir nüsxəsi qeydiyyat məntəqəsində saxlanılır, ikinci nüsxəsi isə Azərbaycan Respublikası DİN DYPİ RQİŞ-ə göndərilir.
3.3 Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında verilmiş arayışın uçot kitabı beş il müddətində saxlanılır və sonradan bu Təlimatın 3.2-ci bəndində göstərilən qaydada məhv edilir.
Dövlət Yol Polisi İdarəsi
Azərbaycan Respublikası DİN-nin
1999-cu il “..........”...................tarixli
.....................nömrəli əmri ilə təsdiq
edilmiş Təlimata 1 nömrəli əlavə
Dövlət Yol Polisinin ______________________________________________qeydiyyat məntəqəsinə
Fiziki şəxs __________________________ və ya hüquqi şəxs _______________________tərəfindən
(soyadı, adı, atasının adı) (tam adı göstərilir)
Hüquqi ünvanı __________________________şəhəri ________________________________rayonu
______________________qəsəbəsi, _________________mikrorayon, ____________________küçəsi,
____________________ №-li korpus, ___________________ №-li bina, ____________ №-li mənzil
Ərizəçinin şəxsiyyət vəsiqəsinin seriyası ___________ №-si ____________verilib______________
_____________________________________________________________________________________
Ev telefonum __________________________________ iş telefonum___________________________
Xahiş edirəm aşağıda göstərilən nəqliyyat vasitəsini müayinədən keçirib müvafiq arayış verəsiniz:
Markası ______________________________________ Buraxılış ili ____________________________
Nəqliyyat vasitəsinin tipi ___________________________ binanın tipi _______________________
Dövlət qeydiyyat nişanı ___________ tranzit №-si __________qeydiyyat şəhadətnaməsi________
Mühərrik №-si _______________________________, Rəngi _________________________________
Ban №-si ________________________________________ Şassi №-si __________________________
Dayanacaq yerinin ünvanı _____________________________________________________________
Ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilir:
1. ___________________________________________________________________________________
2. ___________________________________________________________________________________
3. ___________________________________________________________________________________
Qeydiyyat hərəkətləri sahibin nümayəndəsi tərəfindən aparılır:
_____________________________________________________________________________________
Şəxsiyyət vəsiqəsi ____________________________________________________________________
Ünvanı _____________________________________________________________________________
___________________________________ telefon №-si______________________________________
Vəkalətnamə_________________________________________________________________________
Şəxsi imza _______________________________
“___” ________________ 19__ il.
___________________________________________________________________________________
Nəqliyyat vasitəsinin mühərrikinin, şassisinin, banının nömrələri, rəngi və digər göstəricilər bu ərizədə göstərilənlərə uyğun gəlir.
Keçirilmiş müayinənin və yoxlamanın nəticəsi:___________________________________________
___________________________________________________________________________________
DYP-nin əməkdaşı _____________________________________________
“___”____________________19 ___ il
Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış verildi:
seriya __________________________ №: _______________________
dövlət avtomobil müfəttişi (passportçu)_________________________________________________
“___” _______________________ 19 ____ il.
Azərbaycan Respublikası DİN-nin
1999-cu il “..........”...................tarixli
.....................nömrəli əmri ilə təsdiq
edilmiş Təlimata 2 nömrəli əlavə
Azərbaycan Respublikası DİN DYPİ-nin qeydiyyat məntəqəsinin adı _______________________
_____________________________________________________________________________________
Nəqliyyat vasitəsi sahibinin adı ________________________________________________________
_____________________________________________________________________________________
_________________________ və hüquqi ünvanı ___________________________________________
_____________________________________________________________________________________
Nəqliyyat vasitəsinin markası _________________________________________________________,
dövlət qeydiyyat nişanları _________________________________________________ və ya tranzit
nişanları _________________________________, qeydiyyat şəhadətnaməsi ___________________
______________________, mühərrik №-si __________________________, ban №-si_____________
şassi №-si ____________________________, rəngi ___________________ buraxılış ili ___________
Gömrük orqanının adı ________________________________, verdiyi sənədin seriyası
Keçirilmiş müayinənin və yoxlamanın nəticəsi:___________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
Arayış 10 gün müddətinə etibarlıdır.
Verilmə tarixi________________________________________________________________________
və qeydiyyat nömrəsi _________________________________________________________________
Qeydiyyat məntəqəsinin rəhbəri _______________________________________________________
*- Bu qrafa nəqliyyat vasitəsi xarici dövlətlərdən gətirildikdə doldurulur.
Azərbaycan Respublikası DİN-nin
1999-cu il “..........”...................tarixli
.....................nömrəli əmri ilə təsdiq
edilmiş Təlimata 3 nömrəli əlavə
Qeydiyyat məntəqəsinin adı_________________________
Başlanıb___________________________________________
Qurtarıb___________________________________________
Hüquqi və ya fiziki şəxsin adı
Müayinənin və yoxlamanın