“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 18 yanvar 2013-cü il
1. Bu Qayda "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
2. Audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə yapışdırılan nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin (ISBN, ISMN, ISSN, ISAN, ISRC) verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması bu Qayda ilə müəyyən edilir.
4. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsait Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bundan sonra - Agentlik) hesabına köçürülür. Bu vəsaitdən nəzarət markalarının hazırlanması və verilməsi, eləcə də beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi, habelə əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə sahəsində tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni texnologiyalara uyğun olaraq sahə üzrə maddi-texniki bazanın gücləndirilməsi, mütəxəssislərin həvəsləndirilməsi və onların peşə biliklərinin artırılması üçün istifadə olunur.
5. Agentlik tərəfindən vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
1. 3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2018-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1902)
2. 24 iyul 2021-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyul 2021-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 889)
3. 13 may 2024-cü il tarixli 255 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 may 2024-cü il, “Xalq” qəzeti, 15 may 2024-cü il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 593)