Qanunvericilik › “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə (AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNLARI, 30.09.2016) › Tam mətn

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə (AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNLARI, 30.09.2016)

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə (AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNLARI, 30.09.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.3-cü maddədə “Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul” sözləri “Qanununun 4.1-ci maddəsində müəyyən” sözləri ilə əvəz edilsin.

2. 4.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları;”.

3. 80.0.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“80.0.2.3. “maliyyə bazarları tənzimləyicisinin qərarları”;”.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2016-cı il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver