Qanunvericilik › Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 14

Maddə 14. Qanunvericilikdə boşluqların aşkar edilməsi

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.0. Qanunvericilikdə boşluqlar aşkar edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

14.0.1. faktiki hal hüquqi tənzimləmə dairəsinə aid olmalıdır;

14.0.2. konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmamalıdır;

14.0.3. faktiki hal qanunvericilikdə qismən tənzimlənməlidir (tam tənzimlənməməlidir).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver