Qanunvericilik › Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 29

Maddə 29. Normativ hüquqi aktın adı

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Hər bir normativ hüquqi akt onun hüquqi tənzimləmə predmetini və əsas mahiyyətini əks etdirən ada malik olmalıdır.

29.2. Bu Konstitusiya Qanununun 29.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, bir və ya bir neçə normativ hüquqi aktda dəyişikliklər edildikdə, həmçinin bir və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə, həmin dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın adında dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adı (adları) göstərilməlidir.

29.3. Aşağıdakı hallarda dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adının (adlarının) göstərilməməsinə yol verilir:

29.3.1. ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklər edildikdə və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə;

29.3.2. yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə bir neçə normativ hüquqi aktlara dəyişikliklər edildikdə və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə;

29.3.3. yeni normativ hüquqi aktla həmin aktın tənzimləmə predmetinə aid digər normativ hüquqi akt ləğv edildikdə.

29.4. Bu Konstitusiya Qanununun 29.3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda həmin normativ hüquqi aktın adında onun hansı normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olduğu qeyd edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver