Qanunvericilik › Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 5

Maddə 5. Bu Konstitusiya Qanununun tətbiq dairəsi

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasının, o cümlədən Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir.

5.2. Bu Konstitusiya Qanunu referendum aktlarının hazırlanması, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarına şamil edilir.

5.3. Bu Konstitusiya Qanunu aşağıdakı aktların rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarına şamil edilir:

5.3.1. beynəlxalq müqavilələr;

5.3.2. texniki normativ hüquqi aktlar;

5.3.3. lokal normativ hüquqi aktlar;

5.3.4. normativ xarakterli aktlar.

5.4. Ələt azad iqtisadi zonasının ərazisində “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver