84.1. Normativ hüquqi aktlar qeyri-rəsmi nəşrlərdə dərc edilə, habelə televiziya və radio ilə ümumi diqqətə çatdırıla, məlumat yayılmasının digər üsulları ilə ötürülə bilər.
84.2. Natamam normativ hüquqi aktlar “Çıxarış” qeydi ilə dərc edilə bilər.
84.3. Normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə dərc edilməsi qeyri-rəsmi hesab edilir.
84.4. Normativ hüquqi aktın qeyri-rəsmi dərc edilməsi yalnız onun hüquqi məlumatın yayılması üzrə fəaliyyətə irəli sürülən tələblərə əməl olunmaqla rəsmi dərc edilməsindən sonra həyata keçirilir. Bu zaman hər bir normativ hüquqi akt üçün rəsmi dərc edilmə mənbəyi hökmən göstərilir.