Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin 2010-cu il 28 dekabr tarixli,
23-T nömrəli əmri ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2005-ci il 28 oktyabr tarixli 21‑T nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2005-ci il 21 noyabr tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 3202) “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”na aşağıdakı əlavələr edilsin:
1. 1.4.2-ci bənddə “müraciətləri əsasında” sözlərindən sonra “, habelə notariat fəaliyyətini davam etdirmək istəyən notariusun şəhadətnaməsinin müddətinin uzadılması üçün onun fəaliyyətinin qiymətləndirilməsi ilə əlaqədar” sözləri əlavə edilsin;
2. aşağıdakı məzmunda 5.2-1-ci bənd əlavə edilsin:
“5.2-1. Notariusun şəhadətnaməsinin müddətinin uzadılması ilə əlaqədar keçirilən yoxlamanın nəticələri üzrə tərtib edilmiş aktda onun beş il ərzindəki fəaliyyəti əhatə edilir.”;
3. 5.5-ci bəndə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Notariusun şəhadətnaməsinin müddətinin uzadılması ilə əlaqədar keçirilən yoxlamanın nəticələri onun fəaliyyəti qiymətləndirilərkən nəzərə alınır.”.