Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında təlimatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər statistik hesabat aparırlar.
Xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat və məlumat verirlər.