Dövlət notariusları və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu alırlar.
Dövlət rüsumunun dərəcələri qanunla müəyyən edilir.
Dövlət rüsumunun məbləğləri barədə məlumat lövhə şəklində hər bir dövlət notariat ofisinin, dövlət notariat arxivinin yerləşdiyi və ya xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerində asılmalıdır.
Notariat hərəkətlərinə görə dövlət rüsumu dövlət notariusu tərəfindən qəbul edilərək iki bank günü ərzində dövlət büdcəsinə köçürülür.