Qanunvericilik › Notariat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 54

Maddə 54. Miras əmlakdan zəruri xərclərin ödənilməsi

Notariat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Vərəsələr mirasın qəbulundan imtina etdikdə dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək notarius miras əmlakın tərkibindəki pul məbləğindən aşağıdakı xərclərin ödənilməsi haqqında sərəncam verir:

1) miras qoyanın xəstəliyi dövründə ona qulluq etməkdən ötrü sərf edilmiş, habelə miras qoyanın dəfnindən ötrü xərcləri ödəmək üçün;

2) miras qoyanın himayəsində olan şəxslərin saxlanılması üçün;

3) əmək qanunvericiliyindən irəli gələn və bunlara bərabər tutulan digər tələblərin ödənilməsi üçün;

4) miras əmlakın mühafizəsi və idarə olunması, eləcə də mirasın açılması barədə vərəsələrə məlumat verilməsi üzrə xərclər üçün.

Miras əmlakın tərkibində pul məbləği olmadıqda, notarius bu maddənin birinci hissəsində göstərilən ehtiyacların ödənilməsinə sərf olunmuş faktiki xərclərin məbləğini aşmamaq şərti ilə miras əmlakdan şeylərin verilməsi barədə sərəncam verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver