Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş sistemlərinin fəaliyyətinin təşkil edilməsi, əlaqələndirilməsi və tənzimlənməsində istifadə etmək üçün nağdsız ödəniş dövriyyəsi üzrə tam və dolğun statistik məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 46.1-ci maddələrinə əsasən
2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10.09.2008-ci il tarixli qərarı ilə (25 nömrəli protokol) təsdiq edilmiş "Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən ödəniş statistikası hesabatları formalarının tərtibi və təqdim edilməsi haqqında Təlimat" və bu Təlimata 14.01.2009-cu il tarixli qərarla (02 nömrəli protokol) təsdiq olunaraq edilmiş dəyişikliklər ləğv edilsin;
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1. 26 fevral 2015-ci il tarixli 11/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201502260116, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 mart 2015-ci il)
2. 11 iyul 2019-cu il tarixli 16/1-4 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907111614, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2019-cu il)
3. 5 avqust 2019-cu il tarixli 19/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201908050191, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2019-cu il)
4. 1 dekabr 2020-ci il tarixli 52/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202012010522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 dekabr 2020-ci il)
5. 31 may 2021-ci il tarixli 15/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202105310152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 iyul 2021-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI