“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.9-cu, 4.2-ci, 5.1.1-ci, 5.1.2-ci, 7.1.1-ci, 10.1-ci, 49.2.11-ci, 49.3-cü, 59.2.3-cü, 62.3.1-ci, 62.4-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
1.1. Bu Qayda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 3.2.9-cu, 4.2-ci, 5.1.1-ci, 5.1.2-ci, 7.1.1-ci, 10.1-ci, 49.2.11-ci, 49.3-cü, 59.2.3-cü, 62.3.1-ci, 62.4-cü maddələrinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qayda ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələbləri, məcmu kapitalın hesablanması qaydasını, strukturunu və tərkibini, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi və ödəniş xidməti istifadəçilərinə kreditlərin verilməsi qaydasını, elektron pul təşkilatı tərəfindən qəbul edilmiş pul vəsaitinin investisiya edilə biləcəyi aşağı riskli likvid aktivləri, əməliyyat və ya təhlükəsizlik insidentləri barədə məlumat verilməsi hallarını və qaydasınımüəyyən edir. Hazırki Qayda həmçinin, ödəniş təşkilatı və elektron pul təşkilatının fəaliyyət proqramı və biznes-planına, daxili nəzarət və risklərin idarəetmə sistemlərinə, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirlərinə, müstəsna olaraq hesab üzrə məlumat xidməti göstərmək istəyən ödəniş təşkilatı üçün mülki məsuliyyətinin sığortasının (qarantiyanın) minimum miqdarını, habelə ödəniş təşkilatı və elektron pul təşkilatının fəaliyyətinə dair hеsаbаtların formasını, məzmununu və təqdim edilməsi qaydasını müəyyən edir.
1.2-1. Təşkilatda həssas ödəniş məlumatları ilə prosedurlara, informasiyanın mühafizəsinin təmin edilməsinə, habelə fövqəladə hallarda təşkilatın fəaliyyətinin davamlılığına və bərpa planına dair tələblər Mərkəzi Bankın İdarə Heyətinin 28 mart 2024-cü il tarixli 14/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər” (bundan sonra – Tələblər) ilə tənzimlənir.
1.3. Qanunun 3.2.9-cu maddəsinə uyğun olaraq mobil rabitə operatoru tərəfindən rəqəmsal kontentin və səs əsaslı xidmətlərin alınması üzrə təqdim edilən bir ödəniş əməliyyatının maksimal məbləği 50 (əlli) manatdan, bir abunəçi üzrə bu növ ödəniş əməliyyatlarının bir ay ərzində həcmi isə 250 (iki yüz əlli) manatdan yuxarı olduqda, habelə xeyriyyə fəaliyyəti çərçivəsində bir abunəçi üzrə həyata keçirilən bu növ ödəniş əməliyyatlarının bir ay ərzində həcmi 500 (beş yüz) manatdan yuxarı olduqda, müvafiq ödəniş əməliyyatları Qanunun məqsədləri üçün ödəniş xidməti hesab olunur.
1.4. Bu Qaydada “təşkilat” dedikdə ödəniş təşkilatı və elektron pul təşkilatı nəzərdə tutulur.
1.5. Təşkilatda kassa əməliyyatları, nağd pulun saxlanması və inkassasiyası Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) İdarə Heyətinin 14 sentyabr 2021-ci il tarixli, 24/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”na uyğun olaraq aparılır.
1.6. Təşkilat tərəfindən maliyyə vəsaitlərinin elektron köçürülməsi Mərkəzi Bankın İdarə Heyətinin 22 fevral 2023-cü il tarixli, 09/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”na uyğun olaraq aparılır.
1.7. Təşkilat tərəfindən ödəniş hesablarının açılması, aparılması və bağlanması qaydası Qanunun tələbləri nəzərə alınmaqla Mərkəzi Bankın İdarə Heyətinin 4 fevral 2022-ci il tarixli 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” ilə tənzimlənir.
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. likvidlik riski - planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilə bilməməsi nəticəsində yaranan risk;
2.1.2. əməliyyat riski - təşkilatın əməkdaşları tərəfindən yol verilmiş nöqsan və səhvlər, informasiya sistemi və texnologiyalarda baş vermiş problem və çatışmazlıqlar, habelə təşkilatdan kənar hadisələrlə əlaqədar yaranan risk;
2.1.3. kredit riski - ödəniş xidməti istifadəçisinin təşkilatdan aldığı kreditlə bağlı öhdəliyinin təşkilat qarşısında vaxtında və ya tam icra olunmaması nəticəsində yaranan risk;
2.1.4. komplayens riski - təşkilatın qanunvericiliyə və maliyyə bazarlarını tənzimləyən hüquqi aktların tələblərinə riayət etməməsi nəticəsində üzləşə biləcəyi təsir tədbirləri və sanksiyalar, maliyyə itkiləri və ya nüfuzunun itirilməsi riski;
2.1.5. elektron pulun orta qalıq dəyərinin həcmi - elektron pulun emissiyası məqsədilə son 6 (altı) ay ərzində ödəniş xidməti istifadəçilərindən cəlb edilmiş vəsaitlərin hər ayın son əməliyyat gününün sonuna olan qalıqları əsasında hesablanmış orta məbləğ;
2.1.6. qarşı tərəf riski - tərəflərdən birinin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi riski;
2.1.7. risk iştahası – təşkilatın strateji hədəflərinə çatması üçün riskgötürmə qabiliyyəti çərçivəsində qəbul etmək istədiyi riskin həcmi;
2.1.8. risk limiti – təşkilatın hər bir fəaliyyət növü üzrə qəbul etdiyi riskin maksimal həddi;
2.1.9. risk matrisi – ehtimal olunan və proqnozlaşdırılan zərər arasında əlaqəyə əsaslanan riskin səviyyəsini müəyyən edən alət.
2.2. Bu Qaydada istifadə edilən “rezident” və “qeyri-rezident” anlayışları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan mənaları, digər anlayışlar Qanunda müəyyən edilmiş mənaları ifadə edir.
3.1. Ödəniş təşkilatının nizamnamə kapitalının (xarici ödəniş təşkilatının yerli filialına ayrılmış vəsaitin) minimum miqdarı göstərdiyi ödəniş xidmətindən asılı olaraq aşağıdakı qaydada müəyyən olunur:
3.1.1. Qanunun 3.1.1-ci, 3.1.2-ci, 3.1.3-cü maddələrində nəzərdə tutulan ödəniş xidmətlərini birlikdə və ya onlardan hər hansı birini göstərdikdə 500 (beş yüz) min manat məbləğində;
3.1.2. Qanunun 3.1.4-cü maddəsində nəzərdə tutulan ödəniş xidmətini göstərdikdə 100 (bir yüz) min manat məbləğində;
3.1.3. Qanunun 3.1.6-cı maddəsində nəzərdə tutulan ödəniş xidmətini göstərdikdə 100 (bir yüz) min manat məbləğində;
3.1.4. bu Qaydanın 3.1.1-ci, 3.1.2-ci, 3.1.3-cü yarımbəndlərində göstərilən ödəniş xidmətlərinin hamısını və ya bir neçəsini həyata keçirdikdə müvafiq bəndlərdə müəyyənləşdirilən ən yuxarı məbləğdə.
3.2. Elektron pul təşkilatının nizamnamə kapitalının (xarici elektron pul təşkilatının yerli filialına ayrılmış vəsaitin) minimum miqdarı 750 (yeddi yüz əlli) min manat məbləğində müəyyən olunur.
3.3. Müstəsna olaraq Qanunun 3.1.7-ci maddəsində nəzərdə tutulan ödəniş xidmətini göstərən ödəniş təşkilatından nizamnamə kapitalı tələb edilmir. Bu təşkilat hər 100 (bir yüz) minə qədər ödəniş xidməti istifadəçisinə görə özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda 50 (əlli) min manatdan az olmayan məbləğdə mülki məsuliyyətini sığortalamalı və ya özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və ya sığortaçıdan 50 (əlli) min manatdan az olmayan məbləğdə qarantiya almalıdır. Mülki məsuliyyət sığortasının və ya qarantiyanın məbləği ildə iki dəfə, iyun və dekabr aylarının son iş gününə olan ödəniş xidməti istifadəçisinin sayı əsasında yenidən hesablanır və tələb olunduqda 10 (on) iş günü ərzində yenilənir. Bu təşkilat mülki məsuliyyət sığortasının və ya aldığı qarantiyanın minimal məbləğinin hesablanması haqqında hesabatı bu Qaydanın 1 nömrəli Əlavəsinə uyğun olaraq hər il iyul və yanvar aylarının ilk 7 (yeddi) iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edir.
4.1. Müstəsna olaraq Qanunun 3.1.6-cı və 3.1.7-ci maddələrində nəzərdə tutulan ödəniş xidmətlərinin göstərilməsi halları istisna olmaqla, təşkilat minimum məcmu kapitala malik olmalıdır. Təşkilatın məcmu kapitalının əsas məqsədi təşkilatın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı təşkilatın maliyyə dayanıqlığının təmin edilməsidir.
4.2. Təşkilatın məcmu kapitalının minimum miqdarı nizamnamə kapitalının bu Qayda ilə müəyyənləşdirilmiş minimum miqdarından və aşağıdakı qaydada hesablanan məbləğdən az olmamalıdır:
4.2.1. təşkilatın son 12 (on iki) ay ərzində icra olunmuş ödəniş əməliyyatlarının həcminin (məxaric və təşkilatdaxili ödəniş əməliyyatları istisna olmaqla) 1/12 (on ikidə bir) hissəsinə bərabər olan orta aylıq ödəniş həcmi (ÖH) hesablanır və ÖH-yə aşağıdakı cədvələ uyğun əmsallar tətbiq edilir: *
4.2.2. bu Qaydanın 4.2.1-ci yarımbəndinə uyğun olaraq hesablanmış cəmi məbləğə əlavə olaraq bu Qaydanın 4.2.3-cü yarımbəndində nəzərdə tutulmuş əmsallar tətbiq edilir;
4.2.3. təşkilat Qanunun 3.1.1-ci, 3.1.2-ci, 3.1.3-cü, 3.1.4-cü və 3.1.5-ci maddələrində nəzərdə tutulan ödəniş xidmətlərini birlikdə və ya onlardan hər hansı birini (Qanunun 3.1.4-cü maddəsi istisna olmaqla) göstərdikdə əmsal 1-ə, yalnız müstəsna olaraq Qanunun 3.1.4-cü maddəsində nəzərdə tutulan ödəniş xidmətini göstərdikdə isə əmsal 0.5-ə bərabər olur.*
4.3. Elektron pul təşkilatının məcmu kapitalının minimum miqdarı bu Qayda ilə müəyyən edilmiş minimum nizamnamə kapitalından az olmamaq şərtilə, emissiya etdiyi elektron pulun orta qalıq dəyərinin ən azı 2 (iki) faizi həcmində məbləğlə bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq hesablanan məbləğin cəminə bərabər olmalıdır.*
4.4. Təşkilatın məcmu kapitalı üzrə hesablama il ərzində 4 (dörd) dəfə - hər rübün son iş günündə aparılır. Xarici valyutada olan göstəricilər hesablama tarixinə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə manat ekvivalentində əks etdirilir.
4.5. Təşkilatın məcmu kapitalının strukturu aşağıdakı komponentlərdən ibarətdir:
4.5.1. pul vəsaiti ilə ödənilmiş nizamnamə kapitalı (səhmdar cəmiyyətə münasibətdə dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlərdən təşkilatın geri aldığı adi səhmlər və paylar çıxılmaqla); *
4.5.2. kapital artıqlığı - səhmlərin (payların) satış dəyəri ilə nominal dəyəri arasında yaranmış fərq;
4.5.3. bölüşdürülməmiş xalis mənfəət (zərər): *
4.5.3.1. keçmiş illərin bölüşdürülməmiş mənfəəti (zərəri);
4.5.3.2. kapital ehtiyatları, yəni keçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına yaradılmış fondlar;
4.5.3.3. kənar auditor tərəfindən audit olunduğu halda cari ilin mənfəəti.
4.6. Qanunun 7.1.2-ci maddəsinin məqsədləri çərçivəsində qarantiyanın təminatı olan aktivlər təşkilatın məcmu kapitalının hesablanmasına daxil edilmir.
4.7. Təşkilatın məcmu kapitalı hesablanmazdan əvvəl kapitaldan aşağıda göstərilənlər çıxılır:
4.7.1. nizamnamə kapitalına daxil olmayan qeyri-maddi aktivlərin xalis dəyəri (amortizasiya nəzərə alınmaqla);*
4.7.2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə müəyyən olunmuş təxirə salınmış vergi aktivlərinin məbləği;
4.7.3. təşkilatın törəmə cəmiyyətləri, habelə digər hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları.
4.8. Təşkilat məcmu kapitalın komponentləri üzrə hesabatı bu Qaydanın müvafiq olaraq 2 və 3 nömrəli Əlavələrinə uyğun olaraq rüblük əsasda növbəti rübün ilk 10 (on) iş günündən gec olmayaraq, fəaliyyəti ilə bağlı digər hesabatı isə bu Qaydanın 11 nömrəli Əlavəsinə uyğun olaraq aylıq əsasda növbəti ayın ilk 10 (on) iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edir.*
5.1. Ödəniş xidmətlərinin göstərilməsi üzrə fəaliyyət proqramında ən azı aşağıdakılar əks olunur:
5.1.1. ödəniş xidmətlərinin növü və təqdim edilmə üsullarına dair ətraflı açıqlama, ödəniş xidmətlərinin izahlı təsviri (əməliyyat axınının və vəsaitlərin hərəkətinin diaqramı və açıqlanması, əməliyyat zəncirində iştirak edən tərəflər və onların funksiyaları, habelə hesablaşmaların aparılması qaydası aydın göstərilməklə);
5.1.2. ödəniş xidmətlərinin göstərilməsi ilə yanaşı Qanunun 5.1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək fəaliyyət növlərinə dair ətraflı açıqlama;
5.1.3. ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması üzrə tətbiq ediləcək tədbirlərin açıqlanması (Qanunun 7.1.2-ci maddəsi üzrə müəyyən edilmiş üsul seçildikdə sığorta və qarantiya məbləğinin hesablanması qaydası ayrıca göstərilməklə);
5.1.4. ödəniş hesablarının açılması qaydası, tətbiq edilən unikal eyniləşdiricinin strukturunun təsviri;
5.1.5. ödəniş xidmətlərinin filial, ödəniş agentləri, ödəniş terminalları vasitəsilə göstərilməsi nəzərdə tutulduqda, onlara dair məlumat;
5.1.6. üçüncü tərəf təchizatçıların xidmətlərindən istifadə edildikdə həmin təchizatçılar və onların təqdim etdiyi xidmətlər, habelə vəzifə və öhdəlikləri barədə ətraflı məlumat;
5.1.7. ödəniş xidmətlərinin göstərilməsi zamanı yerli və xarici ödəniş xidməti təchizatçıları ilə qarşılıqlı əməkdaşlıq nəzərdə tutulduqda inteqrasiya modeli və ödəniş xidmətlərinin təqdimetmə üsuluna dair ətraflı açıqlama;
5.1.8. təşkilatın fəaliyyətini həyata keçirəcəyi yer(lər)in ünvanı haqqında məlumat, o cümlədən müvafiq ünvan(lar)ın daxildən və xaricdən aydın təsvirini əks etdirən fotoşəkillər;
5.1.9. Tələblərin 3.7-ci bəndinə uyğun gələn kənar auditor tərəfindən xidmətlərin göstərilməsi üçün zəruri informasiya sistemləri və texnoloji infrastruktur imkanlarının mövcud olması və informasiya təhlükəsizliyinin qiymətləndirilməsi haqqında məlumat;
5.1.10. təşkilatın fəaliyyəti ilə bağlı şikayətlərin qəbul edilməsi, qeydiyyatı, araşdırılması və cavablandırılması üçün müvafiq resurslara (insan, proqram təminatı, əlaqə vasitələri və s.) malik olması haqqında məlumat.
5.2. Təşkilatın ilk 3 (üç) il üçün tərtib edilmiş biznes-planında ən azı aşağıdakı məlumatlar əks olunur:
5.2.1. təşkilatın ödəniş xidmətlərinin göstərilməsi kanallarının açıqlamasını əks etdirən marketinq strategiyası;
5.2.2. təşkilatın planlaşdırdığı bütün xidmətlər üzrə fəaliyyətə başlama müddəti haqqında məlumat;
5.2.3. təşkilatın zəif, güclü tərəflərini, ödəniş xidmətləri bazarının imkan və təhdidlərini əhatə edən təhlil sənədi;
5.2.4. təşkilat tərəfindən təqdim olunan ödəniş xidmətləri ilə bağlı hədəf kütlə və təqdim edilən xidmətlər üzrə ödəniş xidmətləri bazarında rəqabət mövqeyinin təhlili;
5.2.5. təşkilatın sabit fəaliyyət göstərməsini təmin edəcək müvafiq sistemlərə, resurslara və prosedurlara malik olduğunu müəyyənləşdirməyə imkan verən və aşağıdakıları əks etdirən ilk 3 (üç) il üzrə maliyyə proqnozları;
5.2.6. proqnozlaşdırılan mənfəət və zərər hesabatı, balans hesabatı, pul vəsaitlərinin hərəkəti və mövcud olduqda kapitalın hərəkəti haqqında hesabat;
5.2.7. ehtimal olunan əməliyyat həcmi və sayı, ödəniş xidməti istifadəçisinin sayı və tətbiq olunacaq xidmət haqları;
5.2.8. əvvəlki maliyyə ili üzrə audit olunmuş maliyyə hesabatları (təşkilat əvvəlki maliyyə ilində mövcud olduqda);
5.2.9. təşkilatın proqnozlaşdırılan məcmu kapitalına dair məlumat.
6.1. Ödəniş xidmətlərinin etibarlı və təhlükəsiz göstərilməsini təmin etmək üçün təşkilat müvafiq təşkilati struktura, risklərin idarəetmə sisteminə və fəaliyyətinin bütün sahələrini əhatə edən daxili nəzarət sisteminə malik olmalıdır.
6.1-1. Təşkilatın Qanunun 49.2.7-ci maddəsinə əsasən təqdim etdiyi təşkilati strukturda daxili nəzarət, risklərin idarə edilməsi, daxili audit, informasiya təhlükəsizliyi üzrə ayrıca struktur bölmələri olmalı və bu funksiyaların icrası üçüncü tərəf təchizatçılara ötürülməməlidir. Həmin təşkilati strukturun tərkibi lisenziya əldə edildiyi tarixdən 3 (üç) aydan gec olmayaraq formalaşdırılmalıdır.
6.1-2. Daxili audit xidmətinin rəhbərinin “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun, bu Qaydanın 6.1-1-ci bəndində göstərilən digər struktur bölmələrin rəhbərlərinin isə müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi olmalıdır.
6.2. Təşkilatın struktur bölmələrinin funksiyalarını, səlahiyyətlərini, tabelik və hesabat vermə qaydalarını müəyyən edən və təşkilatın səlahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilən reqlament sənədləri (əsasnamə, qayda, prosedur və s.) olmalıdır.
6.3. Təşkilatın daxili nəzarət sistemi ən azı aşağıdakıları təmin etməlidir:
6.3.1. təşkilat daxilində qərarların qəbul edilməsində səlahiyyət bölgüsünün dəqiq müəyyən edilməsini;
6.3.2. idarəetmə orqanlarının fəaliyyəti üçün tələb olunan məlumatların tam, düzgün və vaxtında hazırlanması və çatdırılmasını;
6.3.3. təşkilatın fəaliyyətinin qanunvericiliyə, maliyyə bazarlarını tənzimləyən hüquqi aktlara və daxili reqlament sənədlərinə uyğun olmasını;
6.3.4. filiallarda həyata keçirilən əməliyyatların təşkilatın avtomatlaşdırılmış əməliyyat sistemində real vaxt rejimində əks olunmasını;
6.3.5. struktur bölmələr arasında maraqlar münaqişəsinin olmamasını, maraqlar münaqişəsinin baş verə biləcəyi halların və sahələrin vaxtında müəyyən edilməsi və qarşısının alınması üzrə müvafiq prosedurların olmasını;
6.3.6. aparılan ödəniş əməliyyatlarının təşkilatın mühasibat uçotu və maliyyə hesabatlığında əks olunmasını;
6.3.7. təşkilatın informasiya sistemlərinin daxili reqlament sənədlərinə uyğun etibarlı, davamlı və təhlükəsiz idarə olunmasını;
6.3.8. təşkilatda informasiyanın konfidensiallığının və tamlığının təmin olunmasını;
6.3.9. daxili auditin həyata keçirilməsini və risklərin effektiv idarə edilməsini;
6.3.10. təşkilatın fəaliyyətində və daxili nəzarət sistemində kənar və ya daxili audit nəticəsində aşkar edilmiş pozuntu və çatışmazlıqlar haqqında təşkilatın idarəetmə orqanlarının vaxtında məlumatlandırılması, onların və Mərkəzi Bank tərəfindən nəzarət tədbirləri çərçivəsində aşkar edilmiş pozuntu və çatışmazlıqların onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlərin nəzarətdə saxlanılmasını;
6.3.11. qanunvericiliyin və maliyyə bazarlarını tənzimləyən hüquqi aktların tələblərinə uyğun olaraq məlumat və hesabatların vaxtında, tam və düzgün tərtib və təqdim edilməsini;
6.3.12. Qanunun 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ödəniş xidməti istifadəçilərinin müraciətlərinə baxılması üzrə daxili reqlament sənədlərinin mövcudluğunu;
6.3.13. təşkilat üçüncü tərəf təchizatçıların xidmətlərindən istifadə etdikdə, həmin təchizatçılar tərəfindən Qanunla və bu Qayda ilə müəyyən edilmiş müvafiq tələblərin gözlənilməsini, habelə informasiyanın saxlanılması və ötürülməsi üzrə təhlükəsizlik tədbirlərinin görülməsini;
6.3.14. müstəsna olaraq Qanunun 3.1.6-cı və (və ya) 3.1.7-ci maddələrində nəzərdə tutulan ödəniş xidmətlərinin göstərilməsi halları istisna olmaqla, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa (ƏL/TMM Qanunu) müvafiq olaraq ƏL/TMM üzrə daxili nəzarət proqramının mövcud olmasını;
6.3.15. cəlb edilmiş ödəniş agentləri tərəfindən ödəniş xidmətləri sahəsində qanunvericiliyin, habelə ƏL/TMM Qanununun tələblərinə əməl olunmaqla göstərilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təşkilatın daxili qayda və prosedurlara malik olmasını.
6.3-1. Daxili nəzarət funksiyasını həyata keçirən şəxslər təşkilatda eyni vaxtda digər icra xarakterli vəzifələri icra edə bilməz.
6.3-2. Təşkilat tərəfindən daxili nəzarət funksiyasını həyata keçirən struktur bölmələrin əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində davamlı tədbirlər görülməlidir.
6.4. Təşkilat daxili auditlə bağlı aşağıdakı tələblərə əməl etməlidir:
6.4.1. təşkilatın səlahiyyətli idarəetmə orqanı daxili audit xidmətinin rəhbəri tərəfindən hazırlanan illik daxili audit planlarını təsdiq etməli, audit fəaliyyətinin həyata keçirilməsi üçün lazımi şərait yaratmalı və daxili audit xidmətinin aşkar etdiyi pozuntu və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir;
6.4.2. təşkilatın daxili audit xidməti gündəlik əməliyyat və nəzarət funksiyalarından ayrı olmalıdır;
6.4.3. təşkilatın daxili audit xidməti ildə bir dəfədən az olmayaraq təşkilatın səlahiyyətli idarəetmə orqanlarına azı aşağıdakıları özündə əks etdirən hesabat verməlidir:
6.4.3.1. daxili audit xidmətinin illik audit planının icra vəziyyəti (illik audit planında nəzərdə tutulmayan tədbirlər daxil olmaqla daxili audit xidməti tərəfindən həyata keçirilmiş tədbirlər və planlaşdırılmış, lakin həyata keçirilməmiş tədbirlər və onların həyata keçirilməməsi səbəbləri);
6.4.3.2. audit zamanı aşkar edilmiş pozuntu və çatışmazlıqlar;
6.4.3.3. verilən tövsiyələr və onların icra vəziyyəti, habelə tövsiyələrin yerinə yetirilməməsinin səbəbləri;
6.4.3.4. daxili nəzarət sisteminin və risklərin idarə edilməsi sisteminin adekvatlığının və səmərəliliyinin qiymətləndirilməsinin nəticələri.
6.4.4. təşkilatın daxili audit xidməti ümumi yığıncağa və ya müşahidə (direktorlar) şurasına (xarici ödəniş təşkilatı və elektron pul təşkilatının yerli filialının daxili audit xidməti isə icra orqanına) tabe olmalı və onlara hesabat verməlidir.
6.5. Təşkilatın bütün fəaliyyət sahələri (kənar şəxslərin xidmətlərindən istifadə edilməklə həyata keçirilən fəaliyyətlər də daxil olmaqla) daxili audit funksiyasının əhatə dairəsinə daxildir.
6.6. Təşkilatda daxili auditin təşkili və fəaliyyətinin həyata keçirilməsi zamanı “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməlidir.
6.7. Təşkilat ödəniş xidmətlərinin növünə, həcminə, fəaliyyətinin xüsusiyyətlərinə, üzləşdiyi risklərə adekvat risklərin effektiv idarə edilməsi sisteminə malik olmalıdır.
6.8. Risklərin idarə edilməsi sistemi ən azı aşağıdakı qayda və prosedurları əhatə etməlidir:
6.8.1. təşkilatın bütün mövcud və potensial risklərinin, o cümlədən likvidlik, əməliyyat, komplayens, kredit, qarşı tərəf riski və digər risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə olunması, monitorinqi və nəzarəti də daxil olmaqla risklərin idarə edilməsi qaydasını;
6.8.2. ödəniş xidmətləri ödəniş agentləri vasitəsilə göstərildiyi halda bununla bağlı yarana biləcək risklərin idarə edilməsi qaydasını;
6.8.3. üçüncü tərəf təchizatçıların xidmətlərindən istifadə edilməsi ilə bağlı yarana biləcək risklərin monitorinqi və idarə edilməsi prosedurunu;
6.8.4. təşkilatın struktur bölmələri arasında risklər üzrə səlahiyyət bölgüsünü, risklərin idarə edilməsi üzrə qarşılıqlı fəaliyyətini, məlumat mübadiləsinin təsvirini və aşkar olunmuş risklər barədə icra orqanının məlumatlandırılması prosedurunu;
6.8.5. risklərin idarə edilməsi üzrə hesabatlılıq sistemini;
6.8.6. risk iştahasını, risk limitlərini və risk matrisini.
6.9. Risklərin idarəedilməsi üzrə daxili qayda və prosedurlara ildə azı 1 (bir) dəfə baxılır və zərurət olduqda müvafiq dəyişikliklər edilərək rəsmiləşdirilir.
6.10. Təşkilat tərəfindən yeni ödəniş xidmətləri göstərildikdə, yeni məhsul təqdim edildikdə, göstərilən ödəniş xidmətlərində, habelə informasiya sistemləri və texnologiyalarında əsaslı dəyişikliklər aparıldıqda, ödəniş xidmətlərinin ödəniş agentləri və ya filiallar vasitəsilə göstərilməsinə başlandıqda, həmçinin ödəniş xidmətlərinin təhlükəsiz göstərilməsinə təsir edən əməliyyat və ya təhlükəsizlik insidentləri baş verdikdə risklərin idarəedilməsi üzrə daxili qayda və prosedurlara yenidən baxılır və zərurət olduqda müvafiq dəyişikliklər edilərək rəsmiləşdirilir.
6.11. Təşkilat tərəfindən yeni ödəniş xidmətləri göstərildikdə və (və ya) yeni məhsul təqdim edildikdə təşkilatın zəruri maliyyə və insan resurslarına, habelə infrastruktura (texnoloji avadanlıq, informasiya sistemi və s.) malik olması təşkilat tərəfindən qiymətləndirilməli və rəsmiləşdirilməlidir.
6.12. Təşkilat üçüncü tərəf təchizatçıların xidmətlərindən istifadə etdikdə həmin təchizatçının maliyyə cəhətdən dayanıqlı və etibarlı olmasını, müvafiq xidmətlərin göstərilməsi üzrə səriştəyə, resurslara və təcrübəyə malik olmasını, bu xidmətlərin submüqavilə əsasında başqa bir şəxs tərəfindən göstərilməməsini müəyyən etməlidir.
6-1.1. Hər bir təşkilat şikayət edən ödəniş xidməti istifadəçiləri ilə münasibətlərin tənzimlənməsi, onların hüquqlarının qorunması və şikayətlərə baxılması prosesinin idarə edilməsi məqsədilə müstəqil şikayətlərə baxılması funksiyasını formalaşdırır.
6-1.2. Şikayətlərə baxılması funksiyası təşkilatın əməliyyatlarının həcminə və ödəniş xidməti istifadəçilərinin sayına uyğun olaraq yaradılan struktur bölmə və ya təyin olunan məsul şəxs tərəfindən icra edilir. Şikayətlərə baxılması funksiyası Müşahidə Şurasının (olmadıqda icra orqanının) təsdiq etdiyi şikayətlərə baxılması qaydalarını rəhbər tutur. Şikayətlərə baxılması funksiyasının fəaliyyətinə nəzarət icra orqanının üzvü (təkbaşına icra orqanının rəhbəri) tərəfindən həyata keçirilir.
6-1.3. İcra orqanı şikayətlərə baxılması funksiyasının fəaliyyətinin effektiv şəkildə həyata keçirilməsi üçün şikayətlərə baxılması funksiyasına müvafiq şərait yaradır, zəruri insan və digər resurslarla (İT sistemləri, zəruri informasiya mənbələrinə çıxış və s.) təmin edir, habelə şikayətlərə baxılması funksiyası ilə digər aidiyyəti struktur bölmələr arasında operativ məlumat mübadiləsinin aparılmasını təmin edir.
6-1.4. Şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs vəzifə və səlahiyyətlərini yerinə yetirmək üçün müvafiq sahə üzrə bilik və təcrübəyə malik olmalı və təşkilat tərəfindən onlar üçün mütəmadi təlim və seminarlar təşkil edilməlidir. Maraqlar münaqişəsinin qarşısının alınması üçün şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs biznes əməliyyatlarından və bölmələrindən kənar olmalı və şikayətlərin araşdırılması üçün adekvat səlahiyyətə malik olmalıdır.
6-1.5. Şikayətlərə baxılması funksiyası azı aşağıdakı vəzifələri yerinə yetirir:
6-1.5.1. ödəniş xidməti istifadəçilərindən daxil olan şikayətlərə baxır və qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırır;
6-1.5.2. ödəniş xidməti istifadəçilərinin məlumatlandırılması məqsədilə şikayətlərə baxılma prosesini, o cümlədən ödəniş xidməti istifadəçilərinin hüquq və öhdəliklərini əhatə edən sənədlərin hazırlanmasını və əlçatanlığını təmin edir;
6-1.5.3. şikayətlərin xarakterindən asılı olaraq ödəniş xidməti istifadəçiləri ilə şifahi danışıqlar aparır və görüşlər təşkil edir, məsləhət və izahlar verir;
6-1.5.4. şikayətlərin araşdırılması məqsədilə aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi aparır, sorğular verir, aidiyyəti sənədləri tələb edir və onlardan yazılı və şifahi məlumatlar alır;
6-1.5.5. ödəniş xidməti istifadəçiləri ilə əlaqədə olan əməkdaşlara şikayətlərin toplanması və şikayətlərə baxılması funksiyasına ötürülməsi, ödəniş xidməti istifadəçiləri ilə davranış və digər mövzularda təlimlərin keçirilməsini təmin edir;
6-1.5.6. ödəniş xidməti istifadəçilərindən daxil olan şikayətlərin reyestrini aparır, reyestrdə olan məlumatları daxil olma dövrünə və xarakterinə (cavablandırılmış, hazırda baxılan və ya baxılmamış saxlanılmış şikayətlərin sayı və onların məhsul və xidmətlər, habelə şikayətin spesifik məzmunu və s. üzrə bölgüsü) uyğun icmallaşdırır;
6-1.5.7. ödəniş xidməti istifadəçilərinin şikayətlərinin əsas səbəblərinə dair statistikanın aparılmasını və ümumiləşdirilməsini təmin edir;
6-1.5.8. öz fəaliyyətinin nəticələri barədə hesabatları azı rübdə bir dəfə, əhəmiyyətli pozuntular baş verdiyi halda isə növbədənkənar əsasda təşkilatın Müşahidə Şurasına (olduqda) və icra orqanına təqdim edir;
6-1.5.9. ödəniş xidməti istifadəçilərinin hüquqlarının, qanuni mənafelərinin və ödəniş xidməti istifadəçilərinə münasibətlərdə etik davranış qaydalarının pozulması hallarının aradan qaldırılması istiqamətində icra orqanına, habelə Müşahidə Şurasına (olduqda) müvafiq təkliflər hazırlayır;
6-1.5.10. ödəniş xidməti istifadəçilərinin şikayətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularının araşdırılması və cavablandırılması işini təşkil edir;
6-1.5.11. ödəniş xidməti istifadəçilərinin maliyyə savadlılığının artırılması istiqamətində təşkilat tərəfindən həyata keçirilən tədbirlərdə iştirak edir.
7.1. Təşkilatın fırıldaqçılıq hallarına qarşı təhlükəsizlik siyasəti mövcud olmalı və ən azı aşağıdakıları özündə ehtiva etməlidir:
7.1.1. fırıldaqçılıq hallarının aşkarlanması və qarşısının alınması üzrə tədbirləri və istifadə edilən alətləri;
7.1.2. fırıldaqçılıq halları ilə bağlı şikayətlərə baxılması üzrə məsul əməkdaşlar və ya struktur bölmə haqqında məlumatları;
7.1.3. fırıldaqçılıq halı baş verdikdə aidiyyəti struktur bölmələrin məlumatlandırılması qaydasını;
7.1.4. ödəniş xidməti istifadəçiləri tərəfindən 24/7/365 rejimində aidiyyəti müraciətlərin edilməsi üçün əlaqə vasitələrini (elektron poçt ünvanı, əlaqə telefonu və s.);
7.1.5. şübhəli əməliyyatların monitorinq sistemini.
7.2. Təşkilat tərəfindən fərdi məlumatların işlənilməsi və mühafizəsi əlavə olaraq “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
7.3. Ödəniş xidməti istifadəçilərinin əməliyyatlarının aparılması üçün elektron pul təşkilatı Azərbaycan Respublikasında fəaliyyət göstərən bankda və ya xarici bankın yerli filialında Mərkəzi Bankın İdarə Heyətinin 4 fevral 2022-ci il tarixli 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası"nın 2.6.8-ci və 2.6.9-cu yarımbəndlərində, ödəniş təşkilatı isə həmin Qaydanın 2.6.9-cu yarımbəndində nəzərdə tutulan hesablara malik olmalıdır. Təşkilat ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin saxlandığı bank hesabları, həmçinin digər ödəniş hesabları, habelə həmin hesablar üzrə pul vəsaitinin hərəkəti barədə məlumatı aylıq əsasda növbəti ayın ilk 7 (yeddi) iş günündən gec olmayaraq bu Qaydanın 4, 4-1, 4-2 və 4-3 nömrəli Əlavələrinə uyğun olaraq, Mərkəzi Banka təqdim edir.
7.4. Ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektron pul təşkilatı və ödəniş təşkilatı bankda açılan hesabda saxladığı pul vəsaitlərinin aid olduğu istifadəçiləri müəyyən etməyə imkan verən formada uçotunu aparmalıdır. Əməliyyatların uçotunun aparıldığı avtomatlaşdırılmış informasiya sistemində azı əməliyyatın növü, əməliyyatın fərdi identifikasiya nömrəsi, əməliyyatın məbləği və valyutası, əməliyyatın tarixi və vaxtı, ödəniş xidməti istifadəçisini identifikasiya edən məlumatlar əks olunmalıdır.
7.5. Təşkilat hər iş günü uçot məlumatlarını əvvəlki əməliyyat günü üzrə təşkilatın bank hesabından çıxarışı ilə üzləşdirməli, üzləşmə nəticəsində müəyyən edilmiş bütün kənarlaşmaların, o cümlədən qeyri-iş saatlarında bankın əməliyyat sisteminə məlumatların ötürülməsi və (və ya) vəsaitlərin bank hesablarına mədaxil edilməsi imkanının olmamasına görə təşkilatın daxili uçotu ilə yaranan uyğunsuzluqların qeydiyyatını aparmalı, onların səbəblərini araşdırılmalı və aradan qaldırılması üçün zəruri tədbirlər görməlidir.
7.6. Bu Qaydanın 7.3-cü bəndində göstərilən bank hesablarına ödəniş xidməti istifadəçilərinin pul vəsaitləri ilə yanaşı ödəniş xidmətlərinə və onlarla əlaqəli olan digər xidmətlərə görə xidmət haqları və ya digər ödənişlər daxil olduqda, təşkilat həmin vəsaiti 5 (beş) iş günündən gec olmayaraq öz vəsaitlərinin saxlandığı ödəniş hesabına köçürməlidir.
7.7. Qanunun 7.1.1-ci maddəsində nəzərdə tutulduğu hallarda elektron pul təşkilatı ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitlərinin valyutasında aşağıdakı aşağı riskli likvid aktivlərə investisiya edə bilər:
7.7.1. dövlət qiymətli kağızlarına;
7.7.2. minimum “AA” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin hökumətlərinin və ya mərkəzi banklarının buraxdıqları qiymətli kağızlara;
7.7.3. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş “AAA” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf banklarının buraxdıqları qiymətli kağızlara.
7.8. Elektron pul təşkilatı fəaliyyətə başladıqdan sonra 7 (yeddi) iş günü ərzində ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyi üçün istifadə etdiyi üsullar barədə təsdiqedici sənədlərin surətini Mərkəzi Banka təqdim edir.
7.9. Təşkilat ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin saxlandığı bankı, ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyi üçün istifadə etdiyi digər üsulları dəyişdikdən, habelə ödəniş xidməti istifadəçilərinin əməliyyatlarının aparılması üçün yeni hesab açdıqdan sonra 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka bu barədə məlumat verməli və təsdiqedici sənədlərin surətini təqdim etməlidir.
9.1. Kredit köçürməsi (ödəniş tapşırığı), birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş əməliyyatını aparan təşkilat tərəfindən təşkilatın ödəniş xidmətindən istifadə edən hər bir ödəniş xidməti istifadəçisinə 50 (əlli) manatdan çox olmamaqla kredit verilə bilər. Kredit Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, aşağıdakı tələblər gözlənilməklə verilir:
9.1.1. yalnız milli valyutada 2 (iki) aydan çox olmayan müddətə verilir;
9.1.2. bir ödəniş xidməti istifadəçisi üzrə kreditin əsas məbləği üzrə qalıq borcu 50 (əlli) manatdan çox ola bilməz;
9.1.3. təşkilatın məcmu kapitalı bu Qayda ilə müəyyən edilən tələblərdən aşağı olduqda kreditlərin verilməsi dayandırılır;
9.1.4. verilmiş kreditlərin (müddəti bitməmiş kreditlər və ümidsiz aktiv hesab edilən kreditlər) ümumi məbləği təşkilatın məcmu kapitalının 10%-dən çox ola bilməz;
9.1.5. kredit verildiyi tarixdən 2 (iki) ay ərzində qaytarılmadıqda ümidsiz aktiv hesab edilir və son 12 (on iki) ay ərzində silinmiş ümidsiz aktivlər də daxil olmaqla belə kreditlərin həcmi təşkilatın məcmu kapitalının 1%-ni aşdıqda təşkilat tərəfindən kreditlərin verilməsi dayandırılır.
9.2. Bu Qaydanın 9.1-ci bəndində müəyyən edilən tələblər çərçivəsində ödəniş xidməti istifadəçilərinə verilən kreditlər yalnız təşkilatın öz vəsaitləri hesabına maliyyələşdirilir. Təşkilat ödəniş xidməti istifadəçilərindən qəbul edilən vəsait hesabına kredit verə bilməz.
9.3. Təşkilat verilmiş kreditlər barədə hesabatı aylıq əsasda növbəti ayın ilk 10 (on) iş günündən gec olmayaraq bu Qaydanın 6 nömrəli Əlavəsinə uyğun olaraq Mərkəzi Banka təqdim edir.
10.1. Təşkilat (müstəsna olaraq bu Qanunun 3.1.6-cı və (və ya) 3.1.7-ci maddələrində göstərilən ödəniş xidmətlərini göstərən ödəniş təşkilatları istisna olmaqla) ödəniş sərəncamının icrası üçün valyuta mübadiləsi fəaliyyətini həyata keçirə bilər. Bu zaman valyuta mübadiləsi əməliyyatı ödəniş sərəncamının icrası ilə eyni vaxtda aparılmalı, ödəniş sərəncamının məbləğindən çox olmamalıdır.
10.2. Ödəniş xidməti istifadəçilərinin ölkədaxili ödəniş əməliyyatları üzrə təşkilat tərəfindən valyuta mübadiləsi əməliyyatı həyata keçirilə bilməz.
10.3. Valyuta mübadiləsi və valyuta əməliyyatları aparılarkən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və ona uyğun olaraq qəbul olunan normativ xarakterli aktların tələblərinə əməl edilməlidir.
10.4. Təşkilat valyuta əməliyyatları barədə hesabatı aylıq əsasda növbəti ayın ilk 7 (yeddi) iş günündən gec olmayaraq bu Qaydanın 7 nömrəli Əlavəsinə uyğun olaraq Mərkəzi Banka təqdim edir.
11.1. Təşkilat Tələblərin 2.1.20-ci yarımbəndində nəzərdə tutulan “informasiya təhlükəsizliyi insidenti” barədə Mərkəzi Banka məlumat verməlidir.
Bu Qayda ilə müəyyən edilmiş hesabatlar təşkilatın icra orqanının rəhbərinin və ya onun tərəfindən səlahiyyətləndirilmiş vəzifəli şəxsin (şəxslərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilir və Mərkəzi Bankın elektron informasiya sistemi vasitəsilə təqdim edilir.
Hesabat dövrünün son iş gününə olan ödəniş xidməti istifadəçilərinin sayı
Müəyyən olunmuş mülki məsuliyyət sığortasının/ qarantiyanın məbləği (min manatla)
Sığorta/qarantiya məbləğinin hesablanması tarixi
Sığorta/qarantiyanın qüvvədə olma müddəti
Hesabat dövrü: (min manatla)
1. Elektron pul təşkilatı tərəfindən göstərilən xidmətlər
1.1. Elektron pul ilə aparılan mədaxil (təşkilatdaxili mədaxil istisna olmaqla) əməliyyatları
xarici valyutada (manat ekvivalentində)
1.2. Elektron pul ilə aparılan məxaric (təşkilatdaxili məxaric istisna olmaqla) əməliyyatları
xarici valyutada (manat ekvivalentində)
1.3. Elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı olmayan digər ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı əməliyyatlar
xarici valyutada (manat ekvivalentində)
2. Yalnız elektron pulun emissiyası və elektron pul ilə əməliyyatlar üzrə ödəniş xidməti göstərildiyi halda, məcmu kapitalın hesablanması
2.1. Nizamnamə kapitalı
2.2. Hesabat dövrünün sonuna (hər rübün son iş gününə) elektron pulun qalıq dəyəri
2.3. Elektron pulun orta qalıq dəyərinin həcmi
2.4. Elektron pul təşkilatının elektron pulun orta qalıq dəyəri üzrə hesablanan məcmu kapitalının miqdarı (sətir 2.3-ün 2%-i)
3. Elektron pulun emissiyası və elektron pul ilə əməliyyatlar üzrə ödəniş xidməti ilə yanaşı, digər ödəniş xidmətləri göstərildiyi halda, məcmu kapitalın hesablanması
3.1. Son 12 ay ərzində icra olunmuş ödəniş əməliyyatlarının ümumi həcmi (1.1-ci və 1.3-cü sətirlərin cəmi )
3.2. Son 12 ay üzrə orta aylıq ödəniş həcmi (3.1-ci sətrin 12-yə nisbəti )
3.3. Qaydanın 4.2.1-ci yarımbəndinə uyğun hesablanmış məbləğ
10 milyon manatadək olduqda (4%)
10 milyon manat və ondan çox, lakin 20 milyon manatadək olduqda (2.5%)
20 milyon manat və ondan çox, lakin 200 milyon manatadək olduqda (1%)
200 milyon manat və ondan çox, lakin 500 milyon manatadək olduqda (0.5%)
500 milyon və ondan çox olduqda (0.25%)
3.4. Qaydanın 4.2.3-cü yarımbəndinə uyğun olaraq hesablanmış məbləğ (3.3-cü sətrin 1-ə hasili)
3.5. Tələb olunan məcmu kapitalın miqdarı (2.4-cü və 3.4-cü sətirlərin cəmi)
4. Elektron pul təşkilatının məcmu kapitalının komponentləri
4.1. Pul vəsaiti ilə ödənilmiş nizamnamə kapitalı (səhmdar cəmiyyətə münasibətdə dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlərdən təşkilatın geri aldığı adi səhmlər və paylar çıxılmaqla)
4.2. Səhmlərin (payların) satış dəyəri ilə nominal dəyəri arasında yaranmış fərq (kapital artıqlığı)
4.3. Bölüşdürülməmiş xalis mənfəət (zərər):
4.3.1. keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti (zərəri)
4.3.2. kapital ehtiyatları
4.3.3. kənar auditor tərəfindən audit olunduğu halda cari ilin mənfəəti (zərəri)
4.4. Komponentlərin cəmi (4.1-ci və 4.2-ci sətirlərin cəmi)
5. Məcmu kapitaldan tutulmalar
5.1. Nizamnamə kapitalına daxil olmayan qeyri-maddi aktivlərin xalis dəyəri (amortizasiya nəzərə alınmaqla)
5.2. Təxirə salınmış vergi aktivlərinin məbləği
5.3. Elektron pul təşkilatının törəmə cəmiyyətləri, habelə digər hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları
5.4. Tutulmaların cəmi
(5.1-ci, 5.2-ci və 5.3-cü sətirlərin cəmi )
6. Məcmu kapitalının miqdarı
6.1. Balans göstəriciləri əsasında hesablanmış məcmu kapitalın miqdarı (4.4-cü və 5.4-cü sətirlərin fərqi)
Ödəniş təşkilatının adı:
Ödəniş təşkilatının məcmu kapitalına dair hesabat
1. Ödəniş təşkilatı tərəfindən göstərilən xidmət
1.1. Elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı olmayan digər ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı əməliyyatlar
2. Məcmu kapitalın hesablanması
2.1. Son 12 ay ərzində icra olunmuş ödəniş əməliyyatlarının ümumi həcmi (sətir 1.1)
2.2. Son 12 ay üzrə orta aylıq ödəniş həcmi (2.1-ci sətrin 12-yə nisbəti)
2.3. Qaydanın 4.2.1-ci yarımbəndinə uyğun hesablanmış məbləğ
10 milyon manatadək olduqda (4%)
10 milyon manat və ondan çox, lakin 20 milyon manatadək olduqda (2.5%)
20 milyon manat və ondan çox, lakin 200 milyon manatadək olduqda (1%)
200 milyon manat və ondan çox, lakin 500 milyon manatadək olduqda (0.5%)
500 milyon və ondan çox olduqda (0.25%)
2.4. Qaydanın 4.2.3-cü yarımbəndinə uyğun olaraq hesablanmış məbləğ (2.3-cü sətrin 1-ə hasili)
3. Ödəniş təşkilatının məcmu kapitalının komponentləri
3.1. Pul vəsaiti ilə ödənilmiş nizamnamə kapitalı (səhmdar cəmiyyətə münasibətdə dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlərdən təşkilatın geri aldığı adi səhmlər və paylar çıxılmaqla)
3.2. Səhmlərin (payların) satış dəyəri ilə nominal dəyəri arasında yaranmış fərq (kapital artıqlığı)
3.3. Bölüşdürülməmiş xalis mənfəət (zərər):
3.3.1. keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti (zərəri);
3.3.2. kənar auditor tərəfindən audit olunduğu halda cari ilin mənfəəti (zərəri)
3.3.3. kapital ehtiyatları
3.4. Komponentlərin cəmi (3.1-ci, 3.2-ci və 3.3-cü sətirlərin cəmi)
4. Məcmu kapitaldan tutulmalar
4.1. Nizamnamə kapitalına daxil olmayan qeyri-maddi aktivlərin xalis dəyəri (amortizasiya nəzərə alınmaqla)
4.2. Təxirə salınmış vergi aktivlərinin məbləği
4.3. Ödəniş təşkilatının törəmə cəmiyyətləri, habelə digər hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları
4.4. Tutulmaların cəmi
(4.1-ci, 4.2-ci və 4.3-cü sətirlərin cəmi)
5. Məcmu kapitalının miqdarı
5.1. Balans göstəriciləri əsasında hesablanmış məcmu kapitalın miqdarı (3.4-cü və 4.4-cü sətirlərin fərqi )
Azərbaycan Respublikasının hüdudlarından kənarda mövcud olan hesablar və həmin hesablar vasitəsilə aparılan əməliyyatlar barədə hesabat
Hesabın açıldığı ölkənin adı
Hesabın mövcud olduğu ödəniş xidməti təchizatçısının adı
Hesab nömrəsi (IBAN formatında)
açılma tarixi (gg.aa.iiii)
Ayın son təqvim gününə hesabın qalıq məbləği, (min manatla)
(manat ekvivalentində)
Hesabat ayı ərzində hesabda aparılan dövriyyənin məbləği, (min manatla)
(manat ekvivalentində)
Mədaxil əməliyyatlarının həcmi, (min manatla)
(manat ekvivalentində)
Məxaric əməliyyatlarının həcmi, (min manatla)
(manat ekvivalentində)
Təşkilatın ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankda açılan hesablarına ölkə xaricindən daxil olan vəsaitlər barədə hesabat
Hesaba xidmət edən xarici maliyyə institutunun adı
Mədaxil əməliyyatlarının
Fiziki şəxslərə edilən mədaxil əməliyyatlarının
Vergi ödəyicilərinə edilən mədaxil əməliyyatlarının
ondan fərdi sahibkarlar tərəfindən
ondan hüquqi şəxslər tərəfindən
Təşkilatın ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankda açılan hesablarından ölkə xaricinə köçürülən xarici valyuta vəsaitləri barədə hesabat
Maliyyə institutunun adı
Köçürmə əməliyyatlarının
Fiziki şəxslər tərəfindən
Vergi ödəyiciləri tərəfindən
ondan fərdi sahibkarlar tərəfindən
ondan hüquqi şəxslər tərəfindən
Verilmiş kreditlər üzrə hesabat
1. Verilmiş kreditlər
1.1. Müddəti bitməmiş kreditlər
1.2. Ümidsiz aktiv hesab edilən kreditlər
2. Qaytarılmış kreditlər (ödənilmiş)
3. Silinmiş ümidsiz aktivlər
3.1. son 12 (on iki) ay ərzində silinmiş ümidsiz aktivlər
4. Məcmu kapitalın miqdarı
5. Verilmiş kreditlərin ümumi məbləğinin məcmu kapitalda çəkisi (%-lə)
6. Ümidsiz aktiv hesab edilən kreditlərin və son 12 (on iki) ay ərzində silinmiş ümidsiz aktivlərin (bu cədvəlin 1.2-ci və 3.1-ci bəndlərinin cəmi) məcmu kapitalda çəkisi (%-lə)
Valyuta mübadiləsi əməliyyatları haqqında hesabat
Ay ərzində aparılmış valyuta mübadiləsi əməliyyatları
Valyuta mübadiləsi əməliyyatlarının hər əməliyyat günü üzrə orta aylıq məbləği
Ay ərzində aparılmış valyuta mübadiləsi əməliyyatlarının valyuta növləri:
Təşkilatın əsas maliyyə göstəriciləri barədə hesabat
Təşkilatın əsas maliyyə göstəriciləri barədə məlumat
ondan təşkilatın kassasında olan nağd vəsaitlər
ondan təşkilatın ödəniş terminallarında olan nağd vəsaitlər
ondan yolda olan nağd pul vəsaitləri
Təşkilatın ödəniş xidməti təchizatçılarında açılmış ödəniş hesablarında saxılanılan öz vəsaitləri
Ödəniş xidmətləri üzrə istifadəçilərin vəsaitlərinin saxlandığı ödəniş hesablarında olan vəsaitlər
ondan elektron pul hesabları üzrə qalıq
ondan digər ödəniş xidmətləri üzrə qalıq
İstifadəçilərə verilmiş müddəti bitməmiş kreditlər
Debitor borclar (istifadəçilərə verilmiş kreditlər istisna olmaqla)
ödəniş agentlərindən alınacaq vəsaitlər
digər ödəniş xidməti təchizatçılarından alınacaq vəsaitlər
digər debitor borcları
Əvəzləşdirilən vergilər
Digər qısamüddətli aktivlər
Qısamüddətli aktivlər (1-7-ci sətirlərin cəmi)
Əsas vəsaitlər (amortizasiya çıxılmaqla)
Qeyri-maddi aktivlər (amortizasiya çıxılmaqla)
ondan nizamnamə kapitalına daxil olan
ondan nizamnamə kapitalına daxil olmayan
Təxirə salınmış vergi aktivləri (1 ildən artıq)
Digər uzunmüddətli aktivlər
Uzunmüddətli aktivlər (9-12-ci sətirlərin cəmi)
Cəmi aktivlər (8 və 13-cü sətirlərin cəmi)
Kredit təşkilatlarından cəlb edilmiş vəsaitlər (1 ilədək)
Digər şəxslərdən cəlb olunmuş borc vəsaitləri (1 ilədək)
Ödəniş agentlərinə ödəniləcək vəsaitlər
Ödəniş xidmətləri üzrə istifadəçilər qarşısında öhdəliklər
ondan elektron pul sahibləri qarşısında
ondan digər ödəniş xidməti istifadəçiləri qarşısında
Digər qısamüddətli öhdəliklər
Qısamüddətli öhdəliklər (15-21-ci sətirlərin cəmi)
Kredit təşkilatlarından cəlb edilmiş vəsaitlər (1 ildən artıq)
Digər şəxslərdən cəlb olunmuş borc vəsaitləri (1 ildən artıq)
Təxirə salınmış vergi öhdəlikləri (1 ildən artıq)
Digər uzunmüddətli öhdəliklər
Uzunmüddətli öhdəliklər (24-26-cı sətirlərin cəmi)
Cəmi öhdəliklər (22 və 27-ci sətirlərin cəmi)
Bölüşdürülməmiş xalis mənfəət/zərər
keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti (zərəri)
cari ilin mənfəəti (zərəri)
Cəmi kapital (29-31-ci sətirlərin cəmi)
Cəmi öhdəliklər və kapital (28 və 32-ci sətirlərin cəmi)
ödəniş xidmətləri ilə bağlı gəlir
kreditlər üzrə əldə olunan faiz gəliri
valyuta mübadiləsi əməliyyatlarından əldə olunan gəlir
ödəniş xidmətləri ilə bağlı xərc
valyuta mübadiləsi əməliyyatlarından yaranan xərclər
təxirə salınmış vergi xərci
Xalis gəlir (zərər) (34-cü sətir ilə 35-ci sətirin fərqi)
1. 16 dekabr 2025-ci il tarixli 44/4 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512160444, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2025-ci il) (Bu Qərarın birinci hissəsi ilə təsdiq edilmiş dəyişikliklərin 8-14-cü hissələri fəaliyyətdə olan nəzarət subyektlərinə münasibətdə bu Qərar qüvvəyə mindiyi gündən 12 (on iki) aydan sonra tətbiq edilir.)
2. 7 iyul 2026-cı il tarixli 30/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202607070302, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 iyul 2026-cı il)