Qanunvericilik › “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.07.2023) › Tam mətn

“Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.07.2023)

“Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.07.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 31 iyul 2023-cü il

1.1. Bu Sənəd “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin ikinci hissəsinin üçüncü cümləsinə uyğun olaraq hazırlanmışdır və dövlət arxiv xidməti təşkilatlarının fəaliyyət sahələri üzrə göstərdikləri ödənişli arxiv xidmətlərinin siyahısını və həmin xidmətlərin göstərilməsinə görə xidmət haqlarının məbləğini tənzimləyir.

1.2. Dövlət arxiv xidməti təşkilatları “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi və fiziki şəxslərə arxiv sənədlərinin mühafizəsi, elmi-texniki cəhətdən işlənilərək qaydaya salınması, arxiv sənədlərindən istifadə etməklə informasiyanın verilməsi sahələri üzrə ödənişli arxiv xidmətləri göstərirlər.

Çap nəşrlərinin və kağız daşıyıcıda olan arxiv sənədlərinin fiziki-kimyəvi və mikrobioloji vəziyyətinin analizi və qiymətləndirilməsi:

1920-ci ilə qədərki dövr;

1920-ci ildən sonrakı dövr:

elmi-texniki (layihə, eskiz, cizgi);

Maşınla oxunan və lent daşıyıcılarında olan audiovizual sənədlərin texniki vəziyyətinin öyrənilməsi və fiziki-kimyəvi profilaktikası:

konservasiya-profilaktik işləri

Arxiv sənədlərin vərəqlərinin bərpası, kötüklərin bərkidilməsi, solmuş və çətin oxunan mətnlərin konservasiyası:

mətni solmuş və çətin oxunan arxiv sənədlərinin konservasiyası;

kötüklərin bərkidilməsi;

audiovizual sənədlərin bərpası;

qeyri-standart (A1, A3) ölçüdə vərəqlərin, layihə, eskiz, cizgi və digər texniki sənədlərin bərpası

Arxiv sənədlərinin dezinfeksiyası və tozdan təmizlənməsi:

İdarənin arxivlərində arxiv sənədlərinin cildlənməsi və tikilməsi:

A1, A3 ölçüdə arxiv sənədlərinin və qəzetlərin tikilməsi

Arxiv sənədlərinin sifariş əsasında elektron surətlərinin yaradılması (rəqəmsallaşdırılması) və foto-video nüsxələrinin hazırlanması:

arxiv sənədinin elektron surətinin yaradılması;

arxiv sənədinin foto-video nüsxəsinin hazırlanması

Arxiv sənədlərinin müvəqqəti mühafizə edilməsi

Təşkilatın tarixinin və arxiv fondunun vəziyyətinin öyrənilməsi

Təşkilatın və arxiv fondunun tarixi, strukturu, sənədlərinin tərkibi haqqında arayışın hazırlanması:

5 ilə qədər olan dövr üçün;

5 ildən 10 ilə qədərki dövr üçün;

10 ildən yuxarı dövr üçün

İdarə arxivlərində sənədlərin (işlərin) fond mənsubiyyətinin və xronoloji sərhədlərinin müəyyən edilməsi

İdarə arxivlərində sənədlərin (işlərin) struktur bölmələr, fəaliyyət sahələri, xronoloji ardıcıllıq və digər əlamətlər üzrə sistemləşdirilməsi

Arxiv sənədlərinin dəyərinin ekspertizası və elmi-texniki qiymətləndirilməsinə dair iş təlimatının hazırlanması

İdarə arxivlərində arxiv sənədlərinin (işlərin) elmi-tarixi və əməli əhəmiyyətinin müəyyən edilməsi üçün dəyərinin ekspertizasının keçirilməsi:

idarəçilik sənədləri;

elmi-texniki sənədlər;

şəxsi xarakterli və yaradıcılıq sənədləri;

işçi heyətə aid sənədlər;

audiovizual sənədlər;

Arxiv sənədlərinin mövzu, coğrafi, xronoloji, əlifba və digər əlamətlər üzrə saxlama vahidlərində qruplaşdırılması və saxlama vahidlərinin formalaşdırılması:

idarəçilik sənədləri;

elmi-texniki sənədlər;

şəxsi xarakterli və yaradıcılıq sənədləri;

işçi heyətə aid sənədlər

Dağınıq halda olan vərəqlərin saxlama vahidində sistemləşdirilməsi

Saxlama vahidinə daxil edilən vərəqlərin nömrələnməsi:

standart (A4) ölçüdə vərəq (idarəçilik, yaradıcılıq, mətnli elmi-texniki sənədlər);

qeyri-standart (A1, A3) ölçüdə vərəqlər, qrafik sənədlər

Saxlama vahidinin təsdiqedici vərəqinin hazırlanması

Saxlama vahidinin sərlövhəsinin (başlığının) tərtib edilməsi:

idarəçilik sənədləri;

elmi-texniki sənədlər;

şəxsi xarakterli yaradıcılıq sənədləri;

işçi heyətə aid sənədlər;

audiovizual sənədlər;

Saxlama vahidlərinin arxiv qaydalarına uyğun tikilməsi:

standart (A4) ölçüdə vərəqlər (idarəçilik, yaradıcılıq, mətnli elmi-texniki sənədlər);

qeyri-standart (A1; A3) ölçüdə vərəqlər (qrafik sənədlər)

Tikilməsi mümkün olmayan (yaradıcılıq, layihə, foto və s.) arxiv sənədlərinin ipli qovluqlara yerləşdirilməsi

Saxlama vahidinin üz cildinin təsviri

Saxlama vahidinə daxil edilmiş arxiv sənədlərinin daxili siyahısının hazırlanması

Saxlama vahidinə annotasiyanın yazılması

Saxlama vahidlərinin saxlanılma müddətlərinə uyğun (daimi və uzun müddət) qruplaşdırılması

Arxiv siyahılarının hazırlanması və çapı:

idarəçilik sənədləri;

elmi-texniki sənədlər;

şəxsi mənşəli yaradıcılıq sənədləri;

işçi heyətə aid sənədlər;

audiovizual sənədlər;

Arxiv siyahıları üçün elmi-məlumat vasitələrinin hazırlanması:

qısaldılmış sözlərin siyahısı;

Saxlama vahidlərinə arxiv şifrinin qoyulması

Saxlama vahidlərinin bağlamalarda qruplaşdırılması:

Yarlıqların hazırlanması və bağlamalara bərkidilməsi

Saxlama vahidlərinin arxiv qutularına yerləşdirilməsi

Arxiv qutularının və bağlamalarının rəflərə yerləşdirilməsi

Saxlanılmalı olmayan iş və sənədlərin məhv etmək üçün ayrılması

Saxlanılmalı olmayan iş və sənədlərin məhv etmək üçün ayrılması barədə aktın tərtib edilməsi

Bərpası mümkün olmayan dərəcədə korlanmış və aşkar olunmamış işlərin qeydiyyatdan çıxardılmasına dair rəy verilməsi və ya aktın tərtib edilməsi

Sənədlərin qaydaya salınması zamanı görülmüş işlər barədə yekun təhvil-qəbul aktının tərtib edilməsi

Milli arxiv fonduna daxil edilən arxiv sənədlərinin dövlət mühafizəsinə təhvil vermək üçün hazırlanması (arxiv siyahıları əsasında işlərə baxılması və uyğunluğunun müəyyən edilməsi)

İşlərin nomenklatur siyahısının layihəsinin hazırlanması:

respublika tabeli təşkilat;

yerli tabeli təşkilat

Sənədlərin saxlanılma müddətləri göstərilməklə, sahə üzrə siyahının layihəsinin hazırlanması

İdarənin arxivinin və ekspert komissiyasının əsasnamələrinin layihələrinin hazırlanması

İdarənin arxivinin pasportunun hazırlanması:

sənəd həcmi 1000-dək olan;

sənəd həcmi 1000-dən yuxarı olan

Dövlət arxivlərinin ekspert yoxlama komissiyalarına təqdim edilmiş sənədlərə baxılması və rəy verilməsi:

saxlanılmalı olmayan sənədlərin məhv etmək üçün ayrılması barədə aktına;

işlərin nomenklatur siyahılarına;

idarə arxivinin əsasnaməsinə

Müraciət əsasında istifadəçilərin arxivin elmi-məlumat vasitələri ilə tanış edilməsi:

makina, yaxud kompüter ilə yazılmış siyahı;

elektron məlumat bazası üzrə

Müraciət üzrə mövzuya aid çap olunmuş mənbələrin, dövri nəşrlərin, soraq ədəbiyyatının araşdırılması

Müraciət üzrə arxiv sənədlərinin araşdırılması:

əllə yazılmış sənədlər;

makinada, yaxud kompüterlə yazılmış sənədlər;

xarici dildə olan sənədlər;

Müraciət əsasında mövzu üzrə cavab məktubunun hazırlanması:

məlumat xarakterli məktub:

1920-ci ilə qədərki dövr;

1920-ci ildən sonrakı dövr;

qısa cavab (sorğu üzrə sənədlərin mümkün saxlanma yerləri və mənfi cavab barədə məlumatın verilməsi)

Fiziki və hüquqi şəxslərin müraciətlərinin (bir mövzu üzrə) cavablandırılması:

sosial-hüquq xarakterli;

Arxiv sənədlərinin tematik siyahılarının hazırlanması

Tematik siyahılara müqəddimə və annotasiyanın hazırlanması

Sifariş üzrə arxiv sənədləri əsasında elmi nəşrlərin hazırlanması:

sənəd toplusu, məcmuə və ya məlumat kitabı;

Çap və elektron media subyektlərinin sifarişi ilə arxiv materialları əsasında məqalələrin hazırlanması

Sifariş üzrə arxiv sənədləri əsasında sərgilərin təşkili:

1920-ci ilə qədərki dövr;

1920-ci ildən sonrakı dövr

Televiziya və radio proqramları üçün aktual mövzular üzrə arxiv materiallarının seçilməsi və sifarişçiyə təqdim edilməsi:

Arxiv işi və arxiv sənədləri ilə tanışlıq üçün ekskursiyaların təşkili

Arxivə məxsus texniki vasitələrdən istifadə olunmaqla arxiv sənədlərinin və nəşrlərinin surətlərinin çıxarılması:

makinada, yaxud kompüter ilə yazılmış sənədlər;

layihə, eskiz və kartoqrafik sənədlər;

fotosurət (o cümlədən rəqəmsal surət);

lent daşıyıcıda olan (kinofonovideo) sənəd:

Audiovizual sənədlərin sifariş əsasında elektron sənəd daşıyıcılarına (yaddaş qurğularına) köçürməklə rəqəmsallaşdırılması:

Arxiv sənədlərinin tərcüməsi:

makina ilə yazılmış sənədlər

Arxivin ərazisində, binasında, mühafizəxanasında fotovideo çəkilişlərin aparılması

Elektron arxiv informasiya sistemində yerləşdirilmiş arxiv resurslarından istifadəyə girişin verilməsi

Arxiv sənədləri əsasında maraqlı mövzular üzrə (tarixi məsələlər, şəxsiyyətlər, təşkilatlar və s.) istifadəçilərə elmi məsləhətlərin verilməsi və arxiv sənədlərindən istifadə ilə bağlı maarifləndirmə

3.1. Dövlət arxiv xidməti təşkilatlarında hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətləri onların “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun olaraq yazılı ərizələri əsasında göstərilir.

3.2. Ödənişli arxiv xidmətlərinin göstərilməsi barədə hüquqi və fiziki şəxslər tərəfindən edilən ərizələr müvafiq dövlət arxiv xidməti təşkilatına daxil olduğu gündən qeydiyyata alınır və xidmətin növündən asılı olaraq aidiyyəti üzrə icraya yönəldilir.

3.3. Hüquqi və fiziki şəxslərə bu sənədin 2.1-ci və 2.2-ci bəndlərində qeyd olunan xidmətlərin göstərilməsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilən formaya uyğun tərəflər arasında imzalanmış müqavilə ilə rəsmiləşdirilir. Müqavilə bərabər hüquqi qüvvəyə malik olmaqla, iki nüsxədə tərtib olunur və hər iki tərəfdə saxlanılır.

3.4. Hüquqi və fiziki şəxslərə arxiv xidmətləri müvafiq xidmət növü üçün bu Sənədin 2-ci hissəsi ilə müəyyən edilmiş xidmət haqqının Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xüsusi xəzinə hesabına köçürülməsini təsdiq edən bank və ya poçt sənədi (qəbz) təqdim olunduğu halda göstərilir. Tələb olunan arxiv məlumatı aşkar edilmədiyi halda müraciət edənə yazılı məlumat verilir və xidmət haqqı üçün ödənilmiş məbləğ geri qaytarılmır.

3.5. Elmi tədqiqat məqsədləri üçün araşdırma aparan tədqiqatçılara, elm-təhsil müəssisələrinin elmi işçilərinə, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələrə müvafiq qurumların bu faktı təsdiq edən arayışı təqdim edildiyi halda xidmət haqqı ödənilmədən dövlət arxiv xidməti təşkilatlarının oxu zallarında tədqiq olunan mövzuya uyğun arxiv sənədləri ilə tanış olmaq, onları araşdırmaq, qeydlər aparmaq, sənədlərin arxiv siyahılarından və digər sorğu-məlumat vasitələrindən istifadə etməyə şərait yaradılır.

3.6. Bu Sənədin 3.5-ci bəndində qeyd olunan şəxslərin sifarişləri əsasında dövlət arxiv xidməti təşkilatına məxsus texniki vasitələrdən istifadə olunmaqla Milli arxiv fondu sənədlərinin surətlərinin (o cümlədən kinofotofono və videosənədlərin surətləri və pozitivlərinin) verilməsi bu Sənədin 2-ci hissəsi ilə müəyyən edilmiş xidmət haqqı ödənilməklə həyata keçirilir.

3.7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şəhid ailələrinə, əlilliyi müəyyən edilmiş şəxslərə arxiv sənədlərindən istifadə etməklə informasiyanın verilməsi xidmət haqqı ödənilmədən icra edilir.

3.8. Dövlət arxiv xidməti təşkilatları aşağıdakı hallarda hüquqi və fiziki şəxslərə arxiv xidmətlərinin göstərilməsindən imtina edə bilərlər:

3.8.1. arxiv sənədlərinin fiziki-kimyəvi və bakterioloji mühafizəsi üzrə xidmətlərin göstərilməsi üçün arxivin texniki imkanları məhdud olduqda;

3.8.2. mühafizəxanalarda arxiv fondu sənədlərinin mühafizəsi üçün boş yer olmadıqda və yaxud sənədlərin fiziki və ya bakterioloji vəziyyəti ona imkan vermədikdə;

3.8.3. arxiv sənədlərinin mühafizəsi və elmi-texniki cəhətdən işlənilərək qaydaya salınması barədə razılaşdırılmış müqavilə öhdəliklərini qarşı tərəf pozduqda;

3.8.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunan dövlət, peşə, kommersiya və ailə sirrinə aid məlumatların olduğu, habelə müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunla qorunan məlumatların əks olunduğu sənəd və işlər üzrə məlumatlardan istifadə hüququnu təsdiq edən sənədlər (buraxılış vərəqi, vərəsəlik şəhadətnaməsi, etibarnamə) təqdim olunmadıqda;

3.8.5. müqavilə əsasında dövlət arxiv xidməti təşkilatına mühafizə üçün verilmiş şəxsi mənşəli arxiv fondu sənədlərinin sahibinin (və ya onun vərəsəsinin) bu sənədlərdən istifadəyə notarial qaydada təsdiq olunmuş razılıq sənədi olmadıqda;

3.8.6. fiziki şəxslər bu Sənədin 3.1-ci bəndi ilə müəyyən olunmuş sənədləri ərizəyə əlavə etmədikdə və ya natamam etdikdə;

3.8.7. arxiv sənədləri xidməti istifadədə olduqda və ya fiziki-texniki vəziyyəti istifadə üçün qənaətbəxş olmadıqda;

3.8.8. müvafiq xidmət üçün müəyyən olunmuş xidmət haqqı ödənilmədikdə.

3.9. Dövlət arxiv xidməti təşkilatlarının fəaliyyət sahələri üzrə göstərdikləri arxiv xidmətləri üzrə ölçü vahidi saat müəyyən edilmiş xidmətlər üzrə xidmətin vaxtı saatdan az olduqda, xidmət haqqı tam saatadək yuvarlaqlaşdırılmaqla hesablanır. Bir saxlama vahidinin həcmi kağız əsaslı idarəçilik sənədləri üçün 200, şəxsi xarakterli sənədlər üçün 100, elmi-texniki sənədlər üçün 50 vərəq, audiovizual sənədlər üçün isə hadisə, fakt, hal üzrə qeydə alınmış sənəd kompleksi müəyyən edilir. Ölçü vahidi olaraq vərəq götürüldükdə A4 formatlı vərəq nəzərdə tutulur.

3.10. Dövlət arxiv xidməti təşkilatlarının fəaliyyət sahələrində ödənişli arxiv xidmətlərinin siyahısı və həmin xidmətlərin göstərilməsinə görə xidmət haqqının məbləğini müəyyən edən cədvəlin 2.3.1-ci və 2.3.2-ci yarımbəndlərində qeyd olunan arxiv xidmətləri üzrə daxil olan müraciətdə hal, hadisə və faktın baş verməsinin konkret tarixləri göstərilmədikdə və müraciətin cavablandırılması üçün iki və daha çox illərə aid çoxsaylı arxiv materiallarının araşdırılması tələb olunduqda, həmin xidmətə görə müəyyən olunmuş xidmət haqqının məbləği hər növbəti iki il üçün bir misli olaraq artırılır.

3.11. Müraciət edənin təşəbbüsü əsasında sürətləndirilmiş arxiv məlumatının verilməsi, 1-3 iş günü üçün müvafiq xidmət üzrə müəyyən olunmuş xidmət haqqının üç misli, 4-7 iş günü üçün iki misli olmaqla müəyyən edilir.

3.12.Tərəflər arasında imzalanmış müqaviləyə uyğun olaraq göstərilən xidmətlərin icra müddəti müqavilə əsasında müəyyən edilir.

1. 8 fevral 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 12 fevral 2024-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 209)

2. 5 mart 2024-cü il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 mart 2024-cü il, “Xalq” qəzeti, 7 mart 2024-cü il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 294)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver