“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanının 3.1.5-3.1.8-ci yarımbəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin 3.1.5-ci, 3.1.7-ci və 4.5.14-cü yarımbəndlərinə əsasən Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti
1. “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 11.1.1-ci maddəsinə əsasən maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları nağd şəkildə həyata keçirilən əməliyyatların məbləğinin minimum həddi 20.000 (iyirmi min) manat müəyyən edilsin.
3. Qanunun 11.1.2-ci maddəsinə əsasən maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin minimum həddi 20.000 (iyirmi min) manat müəyyən edilsin.
4. Qanunun 11.5.2-ci maddəsinə uyğun olaraq, həmin Qanunun 11.2-ci və 11.5-ci maddələrində nəzərdə tutulan əməliyyatların məbləğinin minimum həddi 200.000 (iki yüz min) manat müəyyən edilsin.
5. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri
1.1. “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası” (bundan sonra - Qayda) “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 11.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qayda öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra - Maliyyə Monitorinqi Xidməti) təqdim edilməli məlumat və sənədləri və onların təqdim edilməsi qaydasını müəyyən edir.
2.1. Qanunun 11.1-ci maddəsinə uyğun olaraq, maliyyə institutları tərəfindən aşağıdakı əməliyyatlara dair məlumat və sənədlər Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir:
2.1.1. 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlar (bank hesabına nağd mədaxil, bank hesabından nağd məxaric, ödəniş terminalları vasitəsilə bank hesabına nağd mədaxil və ya bank hesabından nağd məxaric, nağd valyuta mübadiləsi və digər nağd əməliyyatlar);
2.1.2. 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları (bank hesabları arası köçürmə, hesab açılmadan köçürmə, bank hesabından elektron pul kisəsinə və virtual aktiv hesabına və ya cüzdanına, habelə elektron pul kisəsindən və virtual aktiv hesabından və ya cüzdanından bank hesabına köçürmə və digər elektron köçürmə əməliyyatları);
2.2. Qanunun 11.2-ci maddəsinə uyğun olaraq, məbləğindən asılı olmayaraq aşağıdakı hallarda əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur:
2.2.1. əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar;
2.2.2. əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar.
2.3. Qanunun 11.3-cü maddəsinə uyğun olaraq, məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olub-olmamasından asılı olmayaraq aşağıdakı əməliyyatlar barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur:
2.3.1. xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər tərəfindən həyata keçirilən istənilən əməliyyatlar;
2.3.2. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar;
2.3.3. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar.
2.4. Qanunun 4.14-cü və 4.15-ci maddələrinə uyğun olaraq, müştəri uyğunluğu tədbirlərinin tətbiqinin mümkün olmadığı hallarda və müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsinin şübhəli məlumatın Maliyyə Monitorinqi Xidmətinə verilməsi barədə müştərinin və ya digər şəxslərin məlumatlandırılmasına səbəb olacağına ehtimallar olduqda öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən bu Qaydaya 1 nömrəli Əlavədə qeyd olunmuş əməliyyatlar üzrə təqdim edilməli məlumatlar və 11 nömrəli Əlavədə qeyd olunmuş müştəri profili üzrə təqdim edilməli məlumatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur.
2.5. Bu Qaydanın 2.1-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş hallarda bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunmuş əməliyyatlar üzrə təqdim edilməli məlumatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir.
2.6. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş hallarda bu Qaydaya 1, 2 və 11 nömrəli əlavələrdə qeyd olunmuş məlumatlar, “Vahid hesab çıxarışı forması”na (10 nömrəli əlavə) uyğun olaraq son 12 aylıq dövrü əhatə etməklə Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir.
2.7. Öhdəlik daşıyan şəxslər müştəri profili barədə məlumatları təqdim edərkən Maliyyə Monitorinqi Xidmətinin 2023-cü il 21 fevral tarixli 3-21-28/3-6-4/2023 nömrəli qərarı ilə təsdiq edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ında nəzərdə tutulmuş verifikasiya tədbirlərinə dair məlumat və sənədləri də təqdim etməlidirlər.
2.8. Öhdəlik daşıyan şəxslər Maliyyə Monitorinqi Xidmətinin sorğusu əsasında “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ında nəzərdə tutulmuş müştəri profilinə dair bütün məlumat və sənədləri təqdim etməlidirlər.
2.9. Əməliyyatlar və şübhəli hallar üzrə məlumat və sənədlər Maliyyə Monitorinqi Xidmətinə təqdim edilərkən hesabatın növü, şübhəli hesabatın formalaşma mənbəyi, çatdırılma kanalı, əməliyyatın, vəsaitin, sənədin və hesabın növü bu Qaydaya 3-9 nömrəli əlavələrdə müəyyən edilmiş siyahılardan seçilməklə qeyd edilir.
3.1. Bu Qaydada nəzərdə tutulmuş məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş müddətlərdə təqdim edilməlidir.
3.2. Qanunun 11.5-ci maddəsinə uyğun olaraq maliyyə institutları tərəfindən (əməliyyatların icra edilməməsi mümkün olmayan hallar istisna olmaqla) bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş hallarda məlumat və sənədlər aşağıdakı əməliyyatlar icra edilmədən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur:
3.2.1. yüksək riskli müştəri profilləri ilə əlaqədar əməliyyatlar;
3.2.2. 200.000 (iki yüz min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı məbləğdə həyata keçirilən əməliyyatlar;
3.2.3. maliyyə vəsaitlərinin hesabdan çıxarılması ilə nəticələnən əməliyyatlar.
3.3. Bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq məlumat və sənədlər göndərildikdən sonra Qanunun 11.7-ci maddəsinə uyğun olaraq 2 iş günü ərzində Maliyyə Monitorinqi Xidməti tərəfindən əməliyyatın dayandırılması barədə göstəriş və ya dayandırılmasının zəruri olmadığına dair məlumat maliyyə institutuna təqdim edilir. Bu müddət ərzində əməliyyatın dayandırılması barədə göstəriş daxil olmazsa, əməliyyat icra edilməlidir.
4.1. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlər Maliyyə Monitorinqi Xidmətinin təqdim etdiyi proqram təminatı vasitəsilə elektron qaydada göndərilir.
5.1. Məlumat və sənədlərin bu Qaydanın tələblərinə uyğun təqdim olunmadığı aşkar edildikdə, bu barədə öhdəlik daşıyan şəxslərə, habelə auditor xidməti göstərən şəxslərə bu Qaydaya 12 nömrəli əlavədə müəyyən edilmiş “Elektron bildiriş” göndərilir.
5.2. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər məlumat və sənədləri bu Qaydanın 2.1-ci bəndində, 2.3.1-ci və 2.3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş hallarda 3 iş günü ərzində, bu Qaydanın 2.2-ci və 2.4-cü bəndlərində, habelə 2.3.2-ci yarımbəndində nəzərdə tutulmuş hallarda məlumat və sənədlərin geri qaytarıldığı iş gününün sonunadək müvafiq düzəlişləri etməklə yenidən Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.
“Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na Əlavə 1
Öhdəlik daşıyan şəxsin VÖEN-i
Əməliyyatın icra statusu
icra edilib/icrası dayandırılıb/icra olunmaqdadır
Əməliyyat növünün kodu
Başlama valyutasının adı (kodu)
Məbləğ həmin valyuta ilə
Bitmə valyutasının adı (kodu)
Məbləğ həmin valyuta ilə
Göndərən ölkənin adı (kodu)
Alan ölkənin adı (kodu)
Göndərən şəxs mənim müştərimdir
Göndərənin nümayəndəsi var
Nümayəndə barədə məlumat
FİN (FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi)
Vətəndaşlığı olduğu ölkələrin adları (kodları)
Sənədin verilmə tarixi
Sənədin etibarlılıq müddəti
Müştəri barədə məlumat
FİN (FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi)
Vətəndaşlığı olduğu ölkələrin adları (kodları)
Sənədin verilmə tarixi
Sənədin etibarlılıq müddəti
FİN (FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi)
Vətəndaşlığı olduğu ölkələrin adları (kodları)
Sənədin verilmə tarixi
Sənədin etibarlılıq müddəti
Təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi yurisdiksiya
Xarici hüquqi təsisat üzrə
Təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi yurisdiksiya
Xarici hüquqi təsisatın idarəçisi fiziki şəxs olduqda
Vətəndaşlığı olduğu ölkələrin adları (kodları)
Sənədin verilmə tarixi
Sənədin etibarlılıq müddəti
Xarici hüquqi təsisatın idarəçisi hüquqi şəxs olduqda
Təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi yurisdiksiya
Əməliyyat hesab üzərindən aparılarsa
Maliyyə institutunun adı
Müxbir bankın ölkəsinin adı (kodu)
Müxbir bankın SWIFT kodu
Hesabın valyutasının adı (kodu)
Hesab açılması üçün vergi orqanının verdiyi sənədin nömrəsi
Hesabın açılma tarixi
Hesaba xidmət göstərən maliyyə institutunun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi yurisdiksiya
Əməliyyat bank hesabına bağlı ödəniş kartları vasitəsilə aparıldıqda
Ödəniş kartının pan kodu
Əməliyyat elektron pul kisəsi vasitəsilə aparıldıqda
Elektron pul kisəsinin adı
Elektron pul kisəsinə bağlı mobil telefonun prefiksi
Elektron pul kisəsinə bağlı mobil operatorun kodu
Elektron pul kisəsinə bağlı mobil telefonun nömrəsi
Əməliyyat virtual aktiv hesabından və ya cüzdanından aparıldıqda
Virtual aktiv hesabının nömrəsi
Virtual aktiv cüzdanının ünvanı
Virtual aktiv xidməti təminatçısının adı
Alan şəxs mənim müştərimdir
Alanın nümayəndəsi var
Nümayəndə barədə məlumat
FİN (FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi)
Vətəndaşlığı olduğu ölkələrin adları (kodları)
Sənədin verilmə tarixi
Sənədin etibarlılıq müddəti
Müştəri barədə məlumat
FİN (FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi)
Vətəndaşlığı olduğu ölkələrin adları (kodları)
Sənədin verilmə tarixi
Sənədin etibarlılıq müddəti
FİN (FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi)
Vətəndaşlığı olduğu ölkələrin adları (kodları)
Sənədin verilmə tarixi
Sənədin etibarlılıq müddəti
Təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi yurisdiksiya
Xarici hüquqi təsisat üzrə
Təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi yurisdiksiya
Xarici hüquqi təsisatın idarəçisi fiziki şəxs olduqda
Vətəndaşlığı olduğu ölkələrin adları (kodları)
Sənədin verilmə tarixi
Sənədin etibarlılıq müddəti
Xarici hüquqi təsisatın idarəçisi hüquqi şəxs olduqda
Təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi yurisdiksiya
Əməliyyat hesab üzərindən aparılarsa
Maliyyə institutunun adı
Müxbir bankın ölkəsinin adı (kodu)
Müxbir bankın SWIFT kodu
Hesabın valyutasının adı (kodu)
Hesab açılması üçün vergi orqanının verdiyi sənədin nömrəsi
Hesabın açılma tarixi
Hesaba xidmət göstərən maliyyə institutunun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi yurisdiksiya
Əməliyyat bank hesabına bağlı ödəniş kartları vasitəsilə aparıldıqda
Ödəniş kartının pan kodu
Əməliyyat elektron pul kisəsi vasitəsilə aparıldıqda
Elektron pul kisəsinin adı
Elektron pul kisəsinə bağlı mobil telefonun prefiksi
Elektron pul kisəsinə bağlı mobil operatorun kodu
Elektron pul kisəsinə bağlı mobil telefonun nömrəsi
Əməliyyat virtual aktiv hesabından və ya cüzdanından aparıldıqda
Virtual aktiv hesabının nömrəsi
Virtual aktiv cüzdanının ünvanı
Virtual aktiv xidməti təminatçısının adı
“Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na Əlavə 2
Öhdəlik daşıyan şəxsin VÖEN-i
Şübhəli hesabat üzrə məlumatlar
ƏL/TM cinayəti üzrə ehtimal olunan predikativ cinayət
Predikativ cinayətə dair məlumat
Şübhəli əməliyyata dair məlumatın əldə olunma mənbəyi
Öhdəlik daşıyan şəxsin müştəri ilə işgüzar münasibətlərə başladığı tarix
Öhdəlik daşıyan şəxsin müştəri ilə işgüzar münasibətləri dayandırdığı tarix
Müştərinin ehtimal olunan predikativ cinayətin törədilməsi nəticəsində əldə etdiyi və ya ehtimal olunan ƏL/TM sxemində (indikatorun) dövriyyə edən məbləğ (AZN):
Müştərinin siyasi nüfuzlu şəxs ilə əlaqəsi
Müştərinin qeyri-hökumət təşkilatı ilə əlaqəsi
Müştərinin dini qurum ilə əlaqəsi
Müştərilərə dövlət vəsaitinin daxil olma halının mövcudluğu
Müştərinin şübhəli fəaliyyətində istifadə etdiyi əsas çatdırılma kanalı
Şübhəli əməliyyatların aparılmasında iştirakı ehtimal edilən hüquqi şəxslərin sayı
Şübhəli əməliyyatların aparılmasında iştirakı ehtimal edilən fiziki şəxslərin sayı
Şübhəli əməliyyatın təsviri
“Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na Əlavə 3
20000 (iyirmi min) AZN məbləğə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər
20000 (iyirmi min) AZN məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər
qeyri-hökumət təşkilatlarının və ya dini qurumların bank hesabları üzrə əməliyyatlar
xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər tərəfindən həyata keçirilən istənilən əməliyyatlar
“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar
əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar
əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar
“Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 64 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin göstərişlərinə uyğun olaraq
“Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na Əlavə 4
Daxili araşdırma əsasında
Açıq mənbə məlumatı əsasında
Şifahi məlumat əsasında
Müştəri müraciəti və ya şikayəti (ərizə) əsasında
Nəzarət orqanının məlumatı (sorğu) əsasında
Maliyyə Monitorinqi Xidmətinin məlumatı (sorğu) əsasında
Digər orqandan daxil olan sorğu (məlumat) əsasında
“Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na Əlavə 5
AÖS (Ani ödəniş sistemləri)
Elektron ticarət (Ekvayrinq)
Virtual aktiv hesabı və ya cüzdanı
Elektron köçürmə platformaları
“Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na Əlavə 6
Ölkə xaricinə köçürmə edilməsi
Ölkə xaricindən köçürmənin qəbul edilməsi
Ölkədaxili köçürmə edilməsi
Ölkədaxili köçürmənin qəbul edilməsi
Card to Card (kartdan karta nağdsız köçürmə)
Card to Card (kartdan karta nağdsız qəbul etmə)
Account to E-wallet (hesabdan elektron pul kisəsinə köçürmə)
E-wallet to Account (elektron pul kisəsindən hesaba qəbul etmə)
Account to Crypto wallet/account (hesabdan virtual aktiv cüzdanına köçürmə)
Crypto wallet/account to Account (virtual aktiv cüzdanından hesaba qəbul etmə)
Nağdsız valyuta satışı (hesabdan hesaba)
Nağdsız valyuta alışı (hesabdan hesaba)
Card to account (Plastik kart hesabından cari hesaba nağdsız köçürmə)
Account to card (Cari hesabdan plastik kart hesabına nağdsız qəbul etmə)
Təcili pul sistemləri üzrə köçürmələr
Təcili pul sistemləri üzrə daxilolmalar
Ödəniş terminalı vasitəsilə nağd mədaxil
Plastik kart hesabına nağd mədaxil
Plastik kart hesabından nağd məxaric
Cari hesaba nağd mədaxil
Cari hesabdan nağd məxaric
Əmanət hesabına nağd mədaxil
Əmanət hesabından nağd məxaric
Notariusun depozit hesablarına nağd mədaxil
Notariusun depozit hesablarından nağd məxaric
Kreditlərin verilməsi məqsədilə açılmış cari hesabdan nağd məxaric
Kreditlərin verilməsi məqsədilə açılmış cari hesaba nağd mədaxil
Qiymətli kağızların alışı
Qiymətli kağızların satışı
Qiymətli kağızların köçürülməsi
Qiymətli kağızlar ilə digər əməliyyatlar
Sığorta haqlarının ödənilməsi
Sığorta ödənişinin verilməsi
Daşınmaz əmlakın alqı-satqısı
Müştərinin pul vəsaitlərinin idarə olunması
Müştərinin qiymətli kağızlarının idarə olunması
Müştərinin digər əmlakının idarə olunması
Müştərinin bank hesablarının idarə olunması
Müştərinin depo hesablarının idarə olunması
Müştərinin poçt hesablarının idarə olunması
Müştərinin ödəniş hesablarının idarə olunması
Müştərinin pul hesablarının idarə olunması
Hüquqi şəxslərin yaradılması
Hüquqi şəxslərin fəaliyyətinin təmin və idarə edilməsi
Hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili
Hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı
“Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na Əlavə 7
“Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na Əlavə 8
şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün)
pasport, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi və ya Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər sərhədkeçmə sənədləri (əcnəbilər üçün)
Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi
hərbi bilet (hesabın açılması və ya əməliyyatın aparılması anında həqiqi hərbi xidmətdə olan şəxslər üçün)
hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr
hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına verilmiş hərbi bilet
qaçqın statusu olan şəxslərin qaçqın vəsiqəsi və ya Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin himayəyə götürüldüyünü və olduğu yer üzrə qeydiyyatını təsdiqləyən sənəd
dənizçinin şəxsiyyət sənədi
“Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na Əlavə 9
Kreditlərin verilməsi məqsədilə açılmış cari hesab
Plastik kartın bağlı olduğu bank hesabı
Notariusun depozit hesabı
“Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na Əlavə 10
Öhdəlik daşıyan şəxsin
“Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na Əlavə 11
Fiziki şəxs – fərdi sahibkar
Siyasi nüfuzlu şəxs, yaxın qohumları, yaxın münasibətdə olduğu şəxslər
Qeyri-rezident hüquqi şəxs
Xarici hüquqi təsisat
1. Fiziki şəxs üzrə doldurulan məlumatlar
Orta illik əmək haqqı
Sərəncam vermə hüququna malik şəxsin FİN-i
Əməliyyatın istiqaməti
2. Hüquqi şəxs üzrə doldurulan məlumatlar
Orta illik əmək haqqı
Benefisiar mülkiyyətçi
Orta illik əmək haqqı
Faktiki yaşadığı ünvan
Benefisiar mülkiyyətçinin müəyyən edilməsinin əsasları
3. Xarici hüquqi təsisat üzrə doldurulan məlumatlar
İdarə edilən aktivləri
Benefisiar mülkiyyətçi
Qeyd: 1 - ☐ işarəsi ilə qeyd edilən məlumatlar verifikasiyanın olunub-olunmamasını əks etdirir.
2 – Fiziki şəxs sahibkar qismində çıxış etdikdə doldurulur.
3 – Qeyri-rezident hüquqi şəxslər üzrə doldurulur.
“Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na Əlavə 12
1. 21 aprel 2026-cı il tarixli 3-21-28/3-6-7/2026 nömrəli Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202604218367, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 avqust 2026-cı il) (Bu Qərar 2027-ci il 1 yanvar tarixindən qüvvəyə minir.)