Qanunvericilik › “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.10.2025) › Tam mətn

“Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.10.2025)

“Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.10.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Aərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 oktyabr 2025-ci il

1.1. Bu Qaydalar dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin, digər büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının (bundan sonra – qurumlar), habelə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) internet informasiya ehtiyatı vasitəsilə könüllü ötürülən məlumatlar əsasında sahibkarlıq subyektlərinin (kiçik, orta və iri) informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının (bundan sonra – diaqnostika) həyata keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur.

1.3. Bu Qaydalar ali kateqoriya dövlət orqanlarına, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarına, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.

2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. informasiya infrastrukturu – qurumların və sahibkarlıq subyektlərinin fəaliyyətini, o cümlədən informasiya proseslərinin həyata keçirilməsini təmin edən informasiya sistemlərinin və ehtiyatlarının, proqram təminatlarının, texnoloji avadanlıqların, data mərkəzlərin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və informasiya texnologiyaları üzrə idarəetmə səriştələrinin məcmusu;

2.1.2. istiqamət – diaqnostika meyarlarını əhatə edən prioritet sahələr;

2.1.3. diaqnostika – qurumların və sahibkarlıq subyektlərinin informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin müəyyən edilməsi prosesi;

2.1.4. diaqnostika meyarları (bundan sonra - meyarlar) – diaqnostika altmeyarlarını əhatə edən göstəricilər toplusu;

2.1.5. diaqnostika altmeyarları (bundan sonra - altmeyarlar) – diaqnostikanın həyata keçirilməsi üçün istifadə edilən və müvafiq ballarla ölçülən göstəricilər;

2.1.6. rəqəmsallaşma səviyyəsi – qurumların və sahibkarlıq subyektlərinin fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqinin, eləcə də həmin texnologiyalardan istifadə bacarıqlarının və informasiya infrastrukturunun inkişafının səviyyəsini əks etdirən göstərici.

2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

3.1. Qurumlarda informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası aşağıdakı mərhələlərdə həyata keçirilir:

3.1.1. diaqnostikanın həyata keçirilməsi barədə qurumlara sorğu verilməsi;

3.1.2. qurumlar tərəfindən ilkin diaqnostikanın aparılması (özünüqiymətləndirmə);

3.1.3. Nazirlik tərəfindən aşağıdakı üsullarla müvafiq sənədlərin və məlumatların toplanılması:

3.1.3.1. rəy sorğularının keçirilməsi;

3.1.3.2. müvafiq sənədlərin və məlumatların, o cümlədən statistik məlumatların toplanılması;

3.1.3.3. yerində baxışın keçirilməsi və müvafiq qeydlərin aparılması;

3.1.4. toplanılmış sənədlərin, məlumatların yoxlanılması və təhlili;

3.1.5. sənədlərin və məlumatların təhlili nəticəsinə dair arayışın və rəqəmsallaşma səviyyəsinin artırılması üzrə tədbirlər planının hazırlanması;

3.1.6. bu Qaydaların 3.1.5-ci yarımbəndində göstərilən arayışın və tədbirlər planının icra olunması üçün diaqnostika aparılan quruma təqdim olunması.

3.2. Sahibkarlıq subyektlərinin rəqəmsallaşma səviyyəsinin diaqnostikası ilkin və yekun diaqnostika olmaqla aşağıdakı mərhələlərdə həyata keçirilir:

3.2.1. diaqnostikanın həyata keçirilməsi üçün Nazirliyin internet informasiya ehtiyatı vasitəsilə məlumatların könüllü ötürülməsi;

3.2.2. könüllü ötürülən məlumatların yoxlanılması və təhlili;

3.2.3. məlumatların təhlili nəticəsinə dair arayışın və rəqəmsallaşma səviyyəsinin artırılması üzrə tədbirlər planının hazırlanması;

3.2.4. bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən arayışın və tədbirlər planının icra olunması üçün diaqnostikanın keçirildiyi sahibkarlıq subyektinə təqdim olunması.

4.1. Qurumlarda diaqnostika Nazirlik tərəfindən hazırlanan və təsdiq edilən fəaliyyət planına uyğun olaraq ildə bir dəfə olmaqla həyata keçirilir.

4.2. Növbəti il üçün fəaliyyət planı hər il dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilərək Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilir. Diaqnostikanın keçiriləcəyi tarix və müddət barədə məlumatlar əlavə olunaraq diaqnostikanın başlamasına ən azı 30 (otuz) gün qalmış məktub vasitəsilə diaqnostikanın keçiriləcəyi quruma bildirilir.

4.3. Diaqnostikanın həyata keçirilməsi üçün Nazirlik bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş istiqamətlər, meyarlar və altmeyarlar üzrə qurumun özü tərəfindən ilkin diaqnostikanın (özünüqiymətləndirmənin) aparılması ilə bağlı həmin quruma sorğu göndərir.

4.4. Sorğu göndərilən qurum bu Qaydaların 4.3-cü bəndində göstərilən sorğu daxil olduğu tarixdən 30 (otuz) gün müddətində Nazirliyin internet informasiya ehtiyatı vasitəsilə bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq ilkin diaqnostikanı (özünüqiymətləndirməni) aparır.

4.5. İlkin diaqnostika (özünüqiymətləndirmə) aparıldıqdan sonra Nazirlik tərəfindən qurumda diaqnostika həyata keçirilir. Diaqnostika qurumun normal fəaliyyətini pozmamaq şərtilə bu Qaydaların 4.1-ci bəndində göstərilən fəaliyyət planına uyğun olaraq, habelə bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş istiqamətlər, meyarlar və altmeyarlar üzrə sənədlərin və məlumatların toplanılması, yoxlanılması, təhlili və yerində baxış keçirilməsi ilə aparılır.

4.6. Yerində baxış diaqnostika keçirilən quruma ən geci 3 (üç) iş günü əvvəldən məlumat verilməklə həyata keçirilir. Hər hansı səbəbdən yerində baxış keçirilməsi təyin edilmiş tarixdə mümkün olmadıqda yeni tarix təyin olunur. Bu halda yerində baxış diaqnostika aparılan quruma ən geci 3 (üç) iş günü əvvəldən məlumat verilməklə həyata keçirilir.

4.7. Sorğu nəticəsində təqdim olunmuş sənədlər və məlumatlar yerində baxış zamanı təsdiqini tapmadıqda bu Qaydaların 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formada akt tərtib edilərək diaqnostikanın nəticəsi olaraq hazırlanmış arayışa və bu Qaydaların 4.15-ci bəndində göstərilən hesabata əlavə olunur.

4.8. Diaqnostika zamanı hər bir qurum üzrə diaqnostikanın keçirilməsi üçün nəzərdə tutulmuş son tarixə (bu Qaydaların 4.1-ci bəndində göstərilən fəaliyyət planında müəyyən olunan) uyğun məlumatlar (sənədlər) əsas götürülür və diaqnostika həmin məlumatlar (sənədlər) əsasında aparılır.

4.9. Toplanılmış sənədlərin və məlumatların təhlili üzrə əldə olunan nəticə əsasında Nazirliyin internet informasiya ehtiyatında altmeyarlar üzrə qurumun rəqəmsallaşma səviyyəsinin uyğun gəldiyi mövcud vəziyyət seçilir. Həmin seçim bütün altmeyarlar üzrə yekunlaşdıqdan sonra bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş qiymət əsasında proqram təminatı vasitəsilə aşağıdakı düsturla rəqəmsallaşma səviyyəsi üzrə yekun qiymət hesablanır:

AQ - altmeyar üzrə əldə edilən qiymət

AS - altmeyarların sayı

MQ - meyarlar üzrə əldə edilən qiymət

İQ - istiqamətlər üzrə əldə edilən qiymət

İS - istiqamətlərin sayı

QRSG - qurumun rəqəmsallaşma səviyyəsinin göstəricisi.

4.10. Diaqnostikanın nəticəsində qurumun rəqəmsallaşma səviyyəsi qiymət 0-24 arası olduqda “İlkin”, 25-49 arası olduqda “İdarə olunan”, 50-74 arası olduqda “Müəyyən edilmiş” və 75-100 arası olduqda “Optimallaşdırılan” olaraq müəyyənləşdirilir.

4.11. Həyata keçirilən diaqnostikanın nəticəsi əsasında arayış və bu Qaydaların 4.15-ci bəndində nəzərdə tutulan halda hesabat hazırlanır. Hazırlanan arayışda və hesabatda istiqamətlər, meyarlar və altmeyarlar üzrə cari vəziyyət, çatışmazlıqlar, diaqnostikanın müəyyən edilən nəticəsi (qiymət qeyd edilməklə) göstərilir.

4.12. Hazırlanmış arayışın layihəsi 15 (on beş) iş günü müddətində diaqnostikanın nəticələrinə münasibət bildirilməsi üçün diaqnostika aparılan quruma təqdim edilir. Qurumun diaqnostika nəticələri ilə bağlı rəy və təkliflərinə yekun arayışın hazırlanması zamanı baxılır. Qurum diaqnostikanın nəticəsi ilə razılaşmadıqda bu barədə rəyi diaqnostikanın nəticəsinə dair arayışa əlavə olunur.

4.13. Diaqnostikanın nəticəsi olaraq hazırlanmış yekun arayış və tədbirlər planı rəqəmsallaşma səviyyəsinin artırılması, o cümlədən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün diaqnostika aparılan quruma göndərilir.

4.14. Diaqnostika nəticəsində rəqəmsallaşma səviyyəsinin artırılması, o cümlədən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı Nazirlik tərəfindən quruma əməli və metodiki kömək göstərilə bilər.

4.15. Diaqnostikanın nəticələri barədə hesabat (qurumun diaqnostika nəticəsi ilə bağlı rəyi olduğu halda həmin rəy hesabata əlavə olunur) Nazirlik tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

5.1. Diaqnostikanın həyata keçirilməsi ilə bağlı qurum diaqnostikanın vaxtında və maneəsiz aparılmasına şərait yaradır və diaqnostikanın nəticəsinə uyğun olaraq qurumda rəqəmsallaşma səviyyəsinin artırılması üçün tədbirlər görülməsini təmin edir.

5.2. Diaqnostikanın həyata keçirilməsi ilə bağlı qurum:

5.2.1. Nazirliyin sorğularını cavablandırır, qiymətləndirilmənin keçirilməsi üçün sorğu edilən sənədləri və məlumatları bu Qaydalarla müəyyən olunmuş müddətdə Nazirliyə təqdim edir;

5.2.2. ilkin diaqnostikanın (özünüqiymətləndirmənin) həyata keçirilməsini təmin edir;

5.2.3. diaqnostikanın aparılması, o cümlədən yerində baxış və rəy sorğularının keçirilməsi üçün Nazirliyə lazımi şərait yaradılması ilə bağlı tədbirlər görür, diaqnostikanın aparılmasına maneçilik törədilməməsini təmin edir;

5.2.4. diaqnostikanın aparılması ilə bağlı əlaqələndirici şəxs (şəxslər) təyin edir, təyin edilən şəxs (şəxslər) barədə Nazirliyə məlumat verir;

5.2.5. diaqnostikanın nəticəsi ilə bağlı təqdim edilən arayışa və tədbirlər planına uyğun olaraq bu Qaydalarla müəyyən olunmuş müddətdə tədbirlərin görülməsini təmin edir, habelə bu barədə Nazirliyə məlumat verir.

5.3. Qurumlar diaqnostikanın nəticəsi barədə hazırlanan arayışla tanış ola, habelə diaqnostikanın nəticələrinə dair mülahizələrini söyləyə bilərlər.

5.4. Nazirlik fəaliyyət planının vaxtında tərtib edilməsi, proqram təminatının dayanıqlı fəaliyyətinin təmin olunması, diaqnostikanın həyata keçirilməsi üçün qurumdan alınmış əldə edilməsi məhdudlaşdırılan məlumatların mühafizəsinin təmin olunması, diaqnostikanın obyektiv və şəffaf olaraq bu Qaydaların tələblərinə uyğun aparılması vəzifəsini daşıyır.

6.1. Sahibkarlıq subyekti diaqnostikanın həyata keçirilməsi üçün aşağıda qeyd olunan məlumatları könüllü əsasda Nazirliyin internet informasiya ehtiyatında yaradılmış xüsusi bölməyə daxil edir:

6.1.1. hüquqi şəxsin adı, fiziki şəxsin adı, soyadı və atasının adı;

6.1.2. fəaliyyət sahəsi və VÖEN-i;

6.1.3. internet informasiya ehtiyatının linki (olduğu təqdirdə);

6.1.4. əlaqələndirici şəxsin adı, soyadı, atasının adı, vəzifəsi, elektron poçt ünvanı və telefon nömrəsi;

6.1.5. vergi ödəyicisinin uçota alındığı tarix;

6.1.6. işçilərinin sayı;

6.1.7. illik dövriyyəsinin məbləği.

6.2. Sahibkarlıq subyekti növbəti mərhələdə ilkin diaqnostika üçün Nazirliyin internet informasiya ehtiyatında yaradılmış xüsusi bölməyə keçid edərək aşağıdakı məlumatları həmin bölmədəki “rəqəmsal yetkinlik sorğusu”na daxil edir:

6.2.1. aşağıdakı texniki həllərdən istifadə olunur:

6.2.1.2. virtual şəxsi şəbəkə (VPN) bağlantısı;

6.2.1.3. avtomatlaşdırılmış yazışma sistemi (chatbot);

6.2.1.5. elektron poçt;

6.2.1.6. İP-telefoniya (internet telefoniya);

6.2.2. aşağıdakı avadanlıqlardan istifadə olunması:

6.2.2.2. əşyaların interneti (IoT);

6.2.2.3. robototexnika;

6.2.3. istifadə olunan proqram təminatı və rəqəmsal həllər:

6.2.3.1. bulud (cloud) xidmətləri üzrə həllər;

6.2.3.2. resursların idarə edilməsi üzrə informasiya sistemi;

6.2.3.3. biznesin idarə edilməsi üzrə informasiya sistemi;

6.2.3.4. müştəri münasibətlərinin idarə olunması üzrə informasiya sistemi;

6.2.4. aşağıdakı istiqamətlər üzrə rəqəmsal texnologiyalardan istifadə edilməsi:

6.2.4.1. müştərilərlə əlaqə;

6.2.4.2. təchizatçılarla əlaqə;

6.2.4.3. qərarların qəbul edilməsi;

6.2.4.4. rəqəmsallaşma üzrə strateji sənədlərin icra olunması;

6.2.4.5. daxili kommunikasiyanın aparılması;

6.2.4.6. korporativ idarəetmənin həyata keçirilməsi;

6.2.5. aşağıdakı platformalarda fəaliyyəti (xidmətləri) barədə məlumatların yerləşdirilməsi, eləcə də xidmətlərinin göstərilməsinin mövcudluğu:

6.2.5.1. internet informasiya ehtiyatı və ya elektron ticarət platforması;

6.2.5.2. sosial şəbəkələr;

6.2.5.3. axtarış sistemi optimizasiyası (axtarış sistemlərində daha yüksək sıralarda yer alma);

6.2.5.4. mobil tətbiqlər;

6.2.6. aşağıdakı istiqamətlər üzrə dəyişikliklərin idarə edilməsi:

6.2.6.1. transformasiya potensialı (texnoloji yeniliklərə çevik reaksiyavermə potensialı);

6.2.6.2. adaptasiya potensialı (texnoloji yeniliklərə çevik uyğunlaşma potensialı);

6.2.6.3. rəqəmsallaşma prosesində bilik və təcrübədən istifadə potensialı;

6.2.6.4. çeviklik potensialı (bazar dəyişikliklərinə və müştəri tələblərinə çevik reaksiyavermə potensialı).

6.3. Bu Qaydaların 6.1-ci və 6.2-ci bəndləri üzrə təqdim edilən məlumatlar proqram təminatı vasitəsilə real vaxt rejimində yoxlanılır və təhlil olunur, eləcə də həmin təhlil əsasında diaqnostikanın nəticəsinə dair arayış və rəqəmsallaşma səviyyəsinin artırılması üzrə tədbirlər planı hazırlanaraq diaqnostikası keçirilən sahibkarlıq subyektinə təqdim olunur.

6.4. Diaqnostikanın nəticəsi üzrə qiymət bu Qaydaların 6.2-ci bəndində göstərilən halların (avadanlıqların, həllərin, proqram təminatlarının) mövcud olanlarının seçimi və bu Qaydaların 3 nömrəli əlavəsində nəzərdə tutulmuş qiymətlər əsasında aşağıdakı düsturla hesablanır (mövcud olmayan hal (avadanlıq, həll, proqram təminatı) üzrə qiymət “0” olaraq müəyyən edilir):

Q - hər bir mövcud olan hal (avadanlıq, həll, proqram təminatı) üzrə qiymət

İQ - istiqamətlər üzrə əldə edilən qiymət

SRSG - sahibkarlıq subyektinin rəqəmsallaşma səviyyəsinin göstəricisidir.

6.5. Diaqnostikanın nəticəsində sahibkarlıq subyektinin rəqəmsallaşma səviyyəsi qiymət 0-0,25 arası olduqda “Rəqəmsal həvəskar”, 0,.26-0,50 arası olduqda “Rəqəmsal təşəbbüskar”, 0,51-0,75 arası olduqda “Rəqəmsal tətbiqçi” və 0,76-1 arası olduqda “Rəqəmsal qalib” olaraq müəyyənləşdirilir.

6.6. İlkin diaqnostika nəticəsində bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, 0,51-1 arası qiymət almış sahibkarlıq subyektləri növbəti mərhələdə könüllü əsaslarla yekun “rəqəmsal yetkinlik sorğusu”na keçid edərək bu Qaydaların 4 nömrəli əlavəsində nəzərdə tutulmuş istiqamətlər (həmin istiqamətlərə aid edilmiş meyarlar) üzrə sualları cavablandırırlar. İlkin diaqnostika nəticəsində bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, 0-0,50 arası qiymət almış sahibkarlıq subyektləri rəqəmsallaşma səviyyəsinin artırılması ilə bağlı tədbirlər gördükdən sonra ilkin diaqnostikanın yenidən aparılması üçün müraciət edə bilərlər.

6.7. Bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq təqdim edilən suallar əsasında toplanılan məlumatlar proqram təminatı vasitəsilə real vaxt rejimində yoxlanılır və təhlil olunur, eləcə də həmin təhlil əsasında diaqnostikanın nəticəsinə dair arayış və rəqəmsallaşma səviyyəsinin artırılması üzrə tədbirlər planı hazırlanaraq diaqnostikası keçirilən sahibkarlıq subyektinə təqdim olunur.

6.8. Yekun diaqnostikanın nəticəsinə dair qiymət hər bir istiqamət üzrə cavablandırılmış suallar əsasında toplanmış balların 0-1 intervalında hesablanmış qiyməti və hər istiqamətin yekun göstəricisinin bu Qaydaların 4 nömrəli əlavəsində nəzərdə tutulmuş çəki əmsalı nəzərə alınmaqla aşağıdakı düsturla hesablanır:

SQ - suallar üzrə əldə edilən qiymət

MQ - meyarlar üzrə əldə edilən qiymət

İQ - istiqamətlər üzrə əldə edilən qiymət

SSRSYG - sahibkarlıq subyektinin rəqəmsallaşma səviyyəsinin yekun göstəricisidir.

6.9. Diaqnostika nəticəsində rəqəmsallaşma səviyyəsinin artırılması, o cümlədən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı Nazirlik tərəfindən sahibkarlıq subyektinə əməli və metodiki kömək göstərilə bilər.

Bakı şəhəri “____” ______________20____il

Biz_________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

Diaqnostika aparılan qurumun məsul işçisi ____________________________________________________________________________

____________________________________________________________________________

izah etdi: ___________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

Diaqnostika aparılan qurumun məsul işçisi:

_________________________________ _________________________

Qeyd._____________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

Aktı tərtib edən şəxs (şəxslər):

____________________ _____________

____________________ _____________

Diaqnostika aparılan qurumun məsul işçisi:

____________________ _____________

Qeyd. Diaqnostika aparılan qurumun məsul işçisinin aktın məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina edərsə, imtinanın səbəblərini göstərmək hüquqları vardır.

Aktı imzalamaqdan imtina edildikdə, bu barədə müvafiq qeydlər aparılır:

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

Diaqnostika aparılan qurumun məsul işçisinə protokolun surəti verilir.

Protokolun surətini aldım:

_____________________________ ___________

(məsul işçinin soyadı, adı, vəzifəsi) (imza)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver