Qanunvericilik › “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.01.2010) › Tam mətn

“Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.01.2010)

“Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.01.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının 1.12-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 5 yanvar 2010-cu il

1.1. Bu Qaydalar "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının 1.12-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin (bundan sonra - idman tədbirləri), Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi qaydalarının və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin normalarının və idman tədbirlərinin keçirilməsi üçün ayrılmış vəsaitlərin məqsədli və effektiv istifadəsinin tətbiq edilməsini təmin edir.

1.2. Bu Qaydalar idman tədbirlərinin keçirilməsində dövlət büdcəsi vəsaitlərindən istifadə edən bütün təşkilatlara şamil edilir.

2.1. İdman tədbirlərinin keçirilməsində dövlət büdcəsinin vəsaitlərindən istifadə edən müvafiq kredit sərəncamçıları gələn il üçün keçiriləcək tədbirlərə tələb olunan zəruri vəsaitlərin ümumi hesablamalarını cari ilin 1 iyul tarixinə qədər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

2.2. Ümumi hesablamalarda idman növləri üzrə keçiriləcək tədbirlərin iştirakçılarının sayı, tədbir günlərinin sayı, günlərin sayına görə adambaşına tələb olunan vəsait və tədbirin keçirilməsinə tələb olunan ümumi xərclərin məbləği öz əksini tapır.

2.3. İdman tədbirlərinin təsdiq edilmiş təqvim planına əsasən ayrılmış vəsaitlərdən kənara çıxmamaq şərtilə, idman tədbirlərinin keçirilməsi üçün ayrılmış vəsaitlərin idman növləri üzrə illik smetası tərtib olunur və tədbiri keçirən təşkilatın rəhbəri tərəfindən təsdiq edilir.

2.4. İdman tədbirlərini keçirən idman təşkilatları aşağıdakılara riayət etməlidirlər:

2.4.1. idman tədbirlərinin keçirilməsinin ən effektiv və qənaətcil sistemini tətbiq etmək;

2.4.2. idman tədbirlərinin iştirakçılarının təsnifatına uyğun olaraq təyin olunmuş tələblərə riayət etmək;

2.4.3. idman tədbirlərinin təsdiq olunmuş təqvim planına uyğun keçirilməsini təmin etmək;

2.4.4. idman tədbirlərinin keçirilməsi sistemini, onların iştirakçılarının və tədbir günlərinin sayını, idmançıların cinsi və doğum tarixlərini, nəticələrin qiymətləndirilməsi sistemini, tədbir iştirakçılarının maddi təminatını, mükafatlandırma qaydalarını, etirazların (protest) bildirilməsi və onlara baxılma qaydalarını özündə əks etdirən (müəyyənləşdirən) idman tədbirlərinin keçirilməsi üzrə Əsasnaməni işləyib hazırlamaq və təsdiq etmək.

2.5. İdman tədbirlərini keçirən idman təşkilatları ümumi xərclər smetasına uyğun olaraq, hər tədbirin keçirilməsi üzrə smetanı tədbir iştirakçılarının maddi təminatının təsdiq edilmiş normalarına müvafiq olaraq işləyib hazırlayır.

2.6. Təsdiq edilmiş smetaya uyğun olaraq idman tədbirinin keçirilməsinə əsas kimi götürülən əmr və smetanın surəti tədbirin maliyyələşdirilməsi üçün xəzinədarlığa təqdim olunur.

2.7. İdman tədbirinin keçirilməsi zamanı tədbir iştirakçıları üçün tələb olunan xərclər aşağıdakı formada ödənilir:

2.7.1. ölkə və beynəlxalq idman tədbirlərinə ezam olunan iştirakçıların yol xərcləri, yolda olduqları müddətdə tələb olunan gündəlik xərcləri və orta əməkhaqları - ezam edən təşkilat tərəfindən;

2.7.2. ölkə və beynəlxalq idman tədbirlərinin iştirakçılarının tədbirdə olduqları müddətdə yemək və yataqla və ya gündəlik xərclə əlaqədar olan təminatı həmin tədbirin təsdiq edilmiş Əsasnaməsinə əsasən tənzimlənir;

2.7.3. idman tədbirlərinin hakimlərinin maddi təminatı - idman tədbirini keçirən təşkilat tərəfindən;

2.7.4. idman tədbirlərinin keçirilməsi üçün tələb olunan idman zalının və ya tədbir keçiriləcək yerin, idman avadanlığının icarəsi, tibbi xidmət, xidmət personalının haqqı və digər xərclər - idman tədbirini keçirən təşkilat tərəfindən.

2.8. Ölkə idman tədbirlərinin qaliblərinin xatirə prizləri ilə mükafatlandırılması şəxsi idman növlərində ən azı 4 idmançı olduqda, komanda idman növlərində isə 4 komanda olduqda həyata keçirilir.

2.9. İdman tədbirlərinin keçirilməsi üçün ayrılmış vəsaitlərin daha effektiv istifadəsini təmin etmək məqsədi ilə tədbirlərin keçirilməsi zamanı tədbiri keçirən təşkilatlar müqavilələr bağlamaq yolu ilə tədbirin keçirilməsi üçün tələb olunan xərcləri ümumiləşdirə, payçı qismində iştirakı təmin edə və bununla da hər təşkilatın üzərinə düşən xərcləri müəyyənləşdirə bilərlər.

2.10. İdman tədbirlərinin təşkili və keçirilməsinə ayrılmış normalar "Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarına uyğun istifadə edilir.

3.1. İdman tədbirlərinin keçirilməsi üçün ayrılmış vəsaitlərin məqsədli və effektiv istifadəsini təmin etmək üçün hər keçirilən idman tədbiri üzrə tədbiri keçirən təşkilat tərəfindən maddi məsul şəxs təyin olunur.

3.2. Maddi məsul şəxs tədbir başa çatdıqdan sonra, 3 gün müddətində tədbiri keçirən təşkilatın mühasibatlığına tədbirin maliyyə hesabatlarını təqdim etməlidir. Maliyyə hesabatına idman tədbirinin baş hakiminin tədbirin nəticələri haqqında yazılı hesabatı da əlavə olunur.

3.3. İdman tədbirini keçirən təşkilat mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi işlərini qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirir.

3.4. Dövlət büdcəsində idman tədbirinin keçirilməsinə məsul olan təşkilata dövlət dəstəyi üzrə nəzərdə tutulmuş vəsaitlərin ayrılması və uçotu, həmçinin təyinatı üzrə xərclənməsi üzərində nəzarət "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa və "Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarına uyğun olaraq həyata keçirilir.

İdman tədbirlərinin keçirilməsinə məsul olan təşkilatlar tədbirin keçirilməsi üçün ayrılmış vəsaitlərin öz təyinatı üzrə düzgün xərclənməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

1. 19 dekabr 2011-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1251)

2. 26 sentyabr 2014-cü il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 oktyabr 2014-cü il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1286)

3. 27 mart 2017-ci il tarixli 106 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 504)

4. 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver