Qanunvericilik › Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 20.06.2024) › Tam mətn

Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 20.06.2024)

Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 20.06.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

1. “Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri” təsdiq edilsin (əlavə olunur).

2. Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik (həmin marşrut üzrə istifadə edilən bütün avtobuslarda (sıxılmış qaz və ya elektrik mühərriki ilə işləyən, yaxud 2025-ci il 1 yanvar tarixindən sonra istehsal edilən və dizel mühərriki ilə işləyən) gediş haqqının ödəniş aləti vasitəsilə ödənildiyi halda həmin avtobuslara münasibətdə 80 qəpik) təsdiq edilsin.

3. Bakı şəhəri-Abşeron rayonu (Abşeron rayonu-Bakı şəhəri), Sumqayıt şəhəri-Abşeron rayonu (Abşeron rayonu-Sumqayıt şəhəri) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə, bu Qərarın 1-ci hissəsi ilə Bakı, Xırdalan və Sumqayıt şəhərlərinin inzibati ərazisidə müəyyən olunan şəhərətrafı və qəsəbələrarası marşrutlar üzrə tariflərin yuxarı həddində təsdiq edilsin.

4. Abşeron rayonu, Sumqayıt və Bakı şəhərləri arasında müntəzəm avtobus marşrutları istisna olmaqla, digər müntəzəm şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik təsdiq edilsin.

5. Müəyyən edilsin ki, sərnişinlərin üç ölçüsünün cəmi 120 sm-dək (60 sm x 40 sm x 20 sm) olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünün (5-10 yaş arası uşaqlar üçün çəkisi 10 kiloqram), uşaq arabasının və əlilliyi olan sərnişinlərin əlil arabasının və onların hərəkətliliyini və ya reabilitasiyasını təmin etmək üçün zəruri olan digər vasitələrin daşınması üçün daşıma haqqı ödənilmir.

6. Bu Qərarın 5-ci hissəsi nəzərə alınmaqla, müntəzəm şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında baqajın daşınması xidmətlərinin tarifləri hər on kilometr məsafə üzrə bir kiloqram çəki üçün 0,08 qəpik təsdiq edilsin.

7. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

8. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

rəqəmsal inkişaf və nəqliyyat naziri

15 km-dək (15 km daxil olmaqla)

15 km-dən 30 km-dək (30 km daxil olmaqla)

30 km-dən 40 km-dək (40 km daxil olmaqla)

40 km-dən 45 km-dək (45 km daxil olmaqla)

45 km-dən 50 km-dək (50 km daxil olmaqla)

Qeyd: Bakı şəhərinin inzibati ərazisində şəhərətrafı və qəsəbələrarası müntəzəm sərnişin daşımalarında istifadə olunan dizel mühərriki ilə təchiz edilmiş avtobuslar istisna olmaqla, şəhərətrafı və qəsəbələrarası müntəzəm sərnişin daşımalarında konkret marşrut üzrə istifadə edilən bütün avtobuslarda (sıxılmış qaz və ya elektrik mühərriki ilə işləyən, yaxud 2025-ci il 1 yanvar tarixindən sonra istehsal edilən və dizel mühərriki ilə işləyən) gediş haqqının ödəniş aləti vasitəsilə ödənildiyi halda həmin avtobuslara münasibətdə bu Cədvəldə qeyd olunan tariflərə əlavə 0,10 manat tarif tətbiq edilir.

1. 18 sentyabr 2025-ci il tarixli 3-27/3-7-12/2025 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202509183712, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 sentyabr 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver