Ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin Siyahısı və həmin müavinətin həcminin təsdiq edilməsi barədə
Azərbaycan RESPUBLİKASI NAZİRLӘR KabİnetİnİN Qərarı
«Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli, 353 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin Siyahısı» təsdiq edilsin (əlavə olunur).
2. Ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinətin həcmi 5 milyon manat məbləğində müəyyən edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A. ABBASOV
Bakı şəhəri, 12 oktyabr 2001-ci il
Ölümə səbəb olan postvaksinal fəsadlara görə
birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin
Ölən şəxsin həyat yoldaşı
Ölən şəxsin valideyni