1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. onkoloji yardım – bədxassəli şişlərin vaxtında aşkar olunmasına, profilaktikasına, müayinəsinə və müalicəsinə yönəldilmiş elmi-tibbi tədbirlər;
1.0.2. onkoloji xəstə – tam müayinə olunmuş və morfoloji üsullarla bədxassəli şiş diaqnozu təsdiq edilmiş şəxs;
1.0.3. onkologiya – bədxassəli şişlərin əmələ gəlmə səbəblərini, inkişaf mexanizmlərini, klinikasını, diaqnostikasını, müalicəsini və profilaktikasını öyrənən tibb və biologiya sahəsi;
1.0.4. bədxassəli şiş – infiltrativ surətdə böyüyən, ətraf toxumalara sirayət edərək onları dağıdan, metastaz verməyə qadir olan törəmə;
1.0.5. həkim-onkoloq – onkologiya ixtisası üzrə hazırlıq keçmiş həkim-mütəxəssis;
1.0.6. terminal mərhələ – onkoloji xəstənin bioloji ölümündən əvvəl orqanizminin funksiyalarının tükənməsi;
1.0.7. sitoloji müayinə – orqan və toxumalardan alınmış preparatlarda olan hüceyrə elementlərinin mikroskopik üsullarla tədqiqi.