11.1. Onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçirilir.
11.2. Onkoloji xəstələrə tibbi yardım göstərən həkim-onkoloqun və tibbi heyətin fəaliyyəti peşə etikası əsasında qurulur və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
11.3. Mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.