8.0. Onkoloji xəstələr onlara tibbi yardım göstərilərkən aşağıdakı hüquqlara malikdirlər:
8.0.1. tibbi göstərişlər əsasında ambulator və stasionar şəraitində tam həcmdə mümkün olan müalicə növlərini almaq;
8.0.2. sağlamlığının vəziyyəti, xəstəliyin mahiyyəti, tətbiq olunan müalicə üsulları, aparılmış müalicənin nəticələri haqqında ətraflı və müntəzəm məlumat almaq;
8.0.3. onkoloji yardım göstərmək hüququ olan hər hansı mütəxəssisi və tibb müəssisəsini seçmək, konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;
8.0.4. müayinə və müalicə üçün zəruri müddətdə stasionarda qalmaq;
8.0.5. dövlət tibb müəssisələrində müalicə olunduqda siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dərman vasitələri ilə təmin olunmaq;
8.0.6. tibbi göstərişlər əsasında reseptlə zəruri miqdarda narkotik və qeyri-narkotik ağrıkəsici preparatları almaq;
8.0.7. pozulmuş hüquqları barədə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq orqanlara və ya məhkəməyə müraciət etmək.