1.1. Bütünlüklə fənn və ya onun bir hissəsi üzrə imtahan tələbənin kurs və ya semestr ərzində aldığı nəzəri bilikləri mənimsəmə səviyyəsini, təfəkkürün inkişafını qiymətləndirmək, sərbəst işləmə bacarığını müəyyənləşdirmək və təcrübə məsələlərin həllində həmin biliklərdən istifadə etmək qabiliyyətini müəyyənləşdirmək üçün nəzərdə tutulur.
1.2. Məqbullar bir qayda olaraq tələbələrin laboratoriya və təcrübi məşğələlərin mənimsənilməsinin yoxlamaq formasıdır. Məqbullarda qiymət yazılmır.
1.3. Tədris planında nəzərdə tutulmuş fənlərdən məqbullar bir qayda olaraq imtahan sessiyasının başlanğıcına qədər verilir. İmtahan sessiyasının axırına qədər həmin tələbələrə məqbulların verilməsi üçün icazə verilir. Məqbulu etmədiyinə görə həmin fəndən imtahana buraxılmayan tələbələr şöbənin ayırdığı müddətdə "müvafiq" fənlərdən imtahan verirlər.
1.4. Fəhlə dərəcəsi almaq üçün keçirilən sınaq baxışları məqbula bərabərdir.
1.5. Fənlər üzrə məqbul vərəqələri imtahan sessiyasının başlanğıcına ən azı iki həftə qalmış şöbələrə göndərilir. Məqbulların nəticələri qeyd olunmuş vərəqələr imtahan sessiyasının başlanğıcına qədər tədris hissəsinə qaytarılır. İmtahan vərəqələri imtahan günü şöbədən imtahan götürən müəllimə təqdim olunur və həmin gün şöbəyə qaytarılır.
1.6. İmtahanlar yazılı və şifahi həmçinin test üsulu ilə də aparıla bilər.
2.1. Şifahi imtahanlar üzrə imtahan biletləri və yazılı imtahanlar üçün tapşırıqlar həmin fənni tədris edən müəllim tərəfindən tərtib olunub fənn komissiyalarında müzakirə edildikdən sonra imtahanların başlanmasına ən azı iki həftə qalmış direktor və ya tədris işləri üzrə direktor müavini tərəfindən təsdiq edilir. Test üsulu və yazılı imtahanlar tətbiq olunan zaman onun suallarının məxviliyi saxlanılır.
2.2. İmtahan cədvəlləri tədris planına əsasən sessiyaya 15 gün qalmış direktor tərəfindən təsdiq olunur. İmtahan cədvəlində hər bir imtahana hazırlaşmaq üçün 2 gündən az olmayaraq vaxt ayrılır. Eyni bir qrupda gün ərzində yalnız bir imtahan keçirilir.
2.3. İmtahan biletlərinə proqramın ayrı-ayrı bölmələrini əhatə etmək şərtilə 2-3 sual və fənnin xüsusiyyətindən asılı olaraq bir məsələ (misal) yaxud təhlil üçün bir cümlə daxil edilir. Biletlərə daxil edilən suallar məzmununa görə keçilən fənn proqramını tam əhatə etməlidir.
2.4. İmtahan biletlərinin sayı imtahan keçirilən qrupda olan tələbələrin sayından artıq olmalıdır.
2.5. Şifahi imtahanlar üzrə biletlər və yazılı imtahanların mövzuları tələbələrə verilmir. İmtahan sessiyasının başlanmasına ən azı bir ay qalmış proqram üzrə ardıcıllıqla tərtib olunmuş suallar tələbələrin nəzərinə çatdırılır.
3.1. Bir qayda olaraq imtahanlara bütün praktik məşğələləri, laboratoriya və kurs işlərini yerinə yetirən, eləcə də yekun qiymətlərində qeyri-kafi qiyməti olmayan tələbələr buraxılır.
Tədris müəssisənin direktoru iki fəndən qeyri-kafi qiyməti olan tələbələri müstəsna hal kimi imtahan sessiyasına buraxılmasına icazə verir, İki fəndən artıq qeyri-kafi qiyməti olan tələbələrin imtahan sessiyasına buraxılma məsələsi pedaqoji şurada həll olunur.
3.3. Tələbələrin əl işlərinə baxış yaxud müəyyən proqramın ifasının dinlənilməsi yolu ilə keçirilən imtahanlar (incəsənət, bədən tərbiyəsi ixtisasları üzrə və s.) həmin fənləri tədris edən 2-3 müəllim heyətindən ibarət komissiya tərəfindən keçirilir.
3.4. Kurs işləri (layihələri) fənn komissiyasının açıq iclasında qiymətləndirilir. Kurs işindən qeyri-kafi qiymət alan tələbəyə yeni kurs işi mövzusu verilməklə onun yerinə yetirilməsinə əlavə vaxt ayrılır.
3.5. Orta ixtisas təhsili məktəbinin direktoru, tədris işləri üzrə direktor müavininin icazəsi olmadan kənar şəxslərin imtahan və məqbullarda iştirakı qadağandır.
3.6. Şifahi imtahanlar aparılarkən hər bir tələbəyə 1/3 saat ayrılır.
3.7. İmtahan gün ərzində başa çatdırılır və şifahi imtahan keçirilən auditoriyada eyni vaxtda 4-5 nəfərdən artıq tələbə iştirak etməməlidir.
3.9. Biletdə göstərilən suallara cavab verdikdən sonra tələbəyə imtahan edilən fənnin dərs materialı əsasında əlavə suallar verilə bilər. İmtahan vaxtı tələbə müəllimin icazəsi ilə proqramlardan, maketlərdən, xəritələrdən və s. əyani vasitələrdən istifadə edə bilər.
3.11. Tələbələrin məqbul və imtahanlardan aldıqları müsbət qiymətlər məqbul kitabçasına və imtahan vərəqəsinə, qeyri-kafi qiymət isə yalnız imtahan vərəqəsinə yazılır.
3.12. İmtahana gəlməyən tələbələrə imtahan qəbul edən müəllim imtahan vərəqəsində "gəlmədi" sözünü qeyd edir. Sessiyanın sonunadək imtahana gəlməyən tələbə şöbəyə onun səbəbi haqqında rəsmi məlumat verməlidir. Üzrlü səbəbdən imtahana gəlməyən tələbəyə o fəndən imtahan vermək üçün əlavə vaxt ayrılır.
3.13. Tələbə imtahan götürən müəllim tərəfindən ona verilən qiymətdən razı olmadıqda həmin gün orta ixtisas təhsili müəssisəsinin rəhbərliyinə əsaslandırılmış ərizə ilə müraciət edir. Direktor imtahan qəbul edən müəllim də daxil olmaqla bir gündən gec olmayaraq komissiya təşkil edir və tələbə yenidən bu komissiyaya imtahan verir.
3.14. Orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə xüsusi hallarda (tələbənin səhhəti, ailə vəziyyəti, ezamiyyət və s. ilə əlaqədar) şöbələrlə razılaşdırma əsasında cari semestr üçün tədris planının tələbələrini yerinə yetirən tələbələri vaxtından əvvəl məqbul və imtahanlara buraxmaq hüququ verilir.
3.15. İmtahan sessiyasının və yekun qiymətlərinin nəticəsinə əsasən ikidən (qiyabi şöbədə təhsil alan tələbələr üçün üçdən) çox fəndən qeyri-kafi qiymət alan tələbələr tədris intizamını pozmuş hesab olunurlar və Təhsil Nazirliyinin 07.08.96-cı il tarixli 402 saylı əmri ilə təsdiq olunmuş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında" Əsasnaməyə görə tələbələr sırasından xaric olunurlar.
3.16. Qış imtahan sessiyasında bir və ya iki fəndən borcu olan tələbələrə yay imtahan sessiyasının başlanğıcına qədər kəsirlərin ləğvi üçün icazə verilir. Akademik borcların ləğvi üçün tələbələrə ayrılmış vaxt müddətində üç dəfə icazə verilir.
3.17. hər semestrin sonunda tədris olunan fənlər üzrə tələbələrə imtahan
keçirilib-keçirilməməsindən asılı olmayaraq, cari qiymətlər əsasında yekun qiyməti çıxarılır. İmtahan qiyməti əsas götürülür. İmtahana düşməyən fənlər üzrə semestrin sonunda verilən yekun qiymətləri tələbənin növbəti kursa keçirilməsi zamanı imtahan qiymətinə bərabərdir. Yekun qiyməti fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir.
3.18. Fəhlə dərəcəsini almaq üçün sınaq baxışından qeyri-məqbul alan tələbələr akademik kəsiri olan sayılır və təkrar texnoloji təcrübəyə göndərilir.
3.19. Tələbələrin arzusu ilə fakultativ fənlər üzrə imtahan aparıla bilər və alınmış qiymətlər qiymət kitabçasına, diploma əlavə edilən qiymət cədvəlinə yazıla bilər.
3.20. İl ərzində oxuduğu kursların tədris planını yerinə yetirən bütün məqbul və imtahanları müvəffəqiyyətlə vermiş tələbələr şöbə müdirinin təqdimatına əsasən direktorun əmri ilə yuxarı kursa keçirilirlər.
3.21. Semestr müddətində tədris olunan bütün fənnə ayrılmış ümumi saatların 40 %-ni buraxan tələbəyə yekun qiymət yazılmır və keçilən proqrama tam yiyələnmədiyi üçün imtahan sessiyasına buraxılmır. Buraxılan dərslər üzürlü səbəbə görə olarsa (xəstəlik, ailə vəziyyəti, ezamiyyət və s.) həmin tələbələrin kursda saxlanılması məsələsinə pedaqoji şurada baxılır. Digər hallarda dərs buraxan tələbələr orta ixtisas təhsili müəssisəsindən xaric edilirlər.
3.22. Kursda təkrar saxlanılan tələbə müvafiq fənlər üzrə imtahanlardan, eləcə də kurs işi və layihələrdən müvəffəq qiymətlər almışsa, həmin fənlərdən imtahan və məqbullardan azad edilə bilər.
3.23. Orta ixtisas təhsili müəssisələrinin axşam və qiyabi şöbələrində müvəffəqiyyətlə təhsil alan tələbələrə laboratoriya-imtahan sessiyası başlanana qədər əlavə olunan nümunəyə müvafiq arayış çağırış göndərilir. Arayış-çağırışların tələbələrə çatdırılmasına, eləcə də onların imtahanlara gəlmələrinə şöbə nəzarət edir.
3.24. Orta ixtisas təhsili müəssisələrinin qiyabi və axşam şöbələrinin tələbələrinə imtahan sessiyası zamanı ödənişli məzuniyyət verilməsi qaydası "Məzuniyyətlər haqqında Azərbaycan Respublikasının Qanunu"nun 25-ci maddəsi ilə tənzimlənir.
3.25. Üzrlü səbəblərə görə laboratoriya-imtahan sessiyası başqa vaxta keçirildikdə axşam və qiyabi şöbələrinin tələbələri ödənişli əlavə məzuniyyət alma hüququnu saxlayırlar.
3.26. İmtahan sessiyası dövründə (imtahanlar verildikdən sonra vaxt qalırsa) direktorun icazəsi ilə tələbəyə aldığı "qeyri-kafi" qiyməti ləğv etmək, imtahan vermək imkanı verilir.
3.27. Tədris planını yerinə yetirməyən və ödənişli məzuniyyət hüququna malik olmayan, lakin müstəqil olaraq və ya orta ixtisas təhsili müəssisələrinin çağırışına əsasən laboratoriya-imtahan sessiyasına gəlmiş qiyabiçi tələbələr sonradan onlara cari tədris ili üçün ödənişli məzuniyyət verilməməklə, müəllimlərin məsləhətlərinə, laboratoriya təcrübə işlərinin yerinə yetirilməsinə, məqbulların və müəyyən olunmuş qaydada imtahanların verilməsinə buraxılırlar.