13.1. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
13.2.Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.3.Ovçuluq biletindən yalnız onun sahibi istifadə edə bilər.
13.4.Üzvlük bileti ovçunun ovçular cəmiyyətində üzv olduğunu təsdiq edən sənəddir. Ovçuya üzvlük bileti ovçuluq bileti əsasında üzvü olduğu ovçular cəmiyyəti tərəfindən verilir.
13.5.Üzvlük biletinin forması müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.