Qanunvericilik › Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Ov etmək hüququnun dayandırılması

Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.0. Ov etmək hüququ aşağıdakı hallarda dayandırılır:

19.0.2. ov etmək üçün verilmiş icazənin müddəti bitdikdə;

19.0.3. ov etmək üçün icazədən istifadəyə lüzum qalmadıqda, yaxud bu hüquqdan könüllü imtina edildikdə;

19.0.4. ovçuluq fəaliyyətinə xitam verildikdə;

19.0.5. vəhşi heyvanları hər hansı vasitə ilə icazəsiz ovladıqda;

19.0.6. heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda;

19.0.7. ovçuluq üzrə müəyyən edilmiş qayda, norma və digər tələblər müntəzəm yerinə yetirilmədikdə;

19.0.8. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver