Qanunvericilik › Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetmənin əsas prinsipləri

Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.0. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetmə aşağıdakı prinsiplərə əsaslanır:

6.0.1. bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanılması;

6.0.2. ovçuluq təsərrüfatlarından məqsədli, habelə elmin və mədəniyyətin inkişafı üçün səmərəli istifadə edilməsi;

6.0.3. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların mühafizəsi, artırılması və istifadəsi üzərində dövlət nəzarətinin zəruriliyi;

6.0.4. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların yaşayış mühitinin, miqrasiya yollarının, qışlama yerlərinin, nəsilartırma və çoxalma şəraitinin qorunması;

6.0.5. heyvanlar aləmindən istifadənin bioloji etikaya uyğun olaraq həyata keçirilməsi;

6.0.6. ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadənin və ovun ödənişli olması və limitləşdirilməsi;

6.0.7. əhalinin sağlamlığına, təbiətə və iqtisadiyyata ziyan vurulmasının qarşısının vaxtında alınması məqsədilə zərərverici vəhşi heyvanların sayının müəyyənləşdirilməsi və tənzimlənməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver