Qanunvericilik › Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Özəl tibbi praktikanın həyata keçirilməsi və ona xitam verilməsi

Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Tibb ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi razılıq alan, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan Azərbaycan Respublikasının vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər.

Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Özəl tibbi praktika ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası bu Qanunun 4-cü maddəsinin altıncı hissəsində göstərilən qaydada həyata keçirilir.

Özəl tibbi praktikaya qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilir.

Özəl tibbi praktikaya xitam verilməzdən əvvəl, iki həftədən gec olmayaraq, yaxud tibbi yardımın göstərilməsi üzrə müqavilədə göstərilən müddətdə aidiyyəti müәssisәlәrә və xəstələrə bu barədə məlumat verilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver