Qanunvericilik › “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.05.2017) › Tam mətn

“Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.05.2017)

“Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.05.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə).

4. “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı” təsdiq edilsin (4 nömrəli əlavə).

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 27 fevral tarixli 34 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 155; 2013, № 6, maddə 743) və “Tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlər və xidmətlərin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 31 mart tarixli 49 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 206) qərarları ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 15 may 2017-ci il

Ambulator tibbi xidmət

Stasionar tibbi xidmət

Sanator-kurort müəssisələrində tibbi xidmət

Tibbi profilaktika xidməti

Ürək-damar cərrahiyyəsi:

Travmatologiya-ortopediya:

travmatoloji-ortopedik

Anesteziologiya-reanimatologiya:

anestezioloji-reanimatoloji

ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla)

terapevtik stomatoloji

ortopedik stomatoloji

ortodontik stomatoloji

Üz-çənə cərrahiyyəsi:

nüvə-maqnit rezonansı

kompüter tomoqrafiyası

Otorinolarinqologiya:

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Mühəndis-geoloji axtarış

Mühəndis-hidrogeoloji axtarış

Qruntların laboratoriya tədqiqatı

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Xüsusi torpaq işləri:

ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi

enmə quyularının və kessonların qurulması

qazma-partlayış işləri və qaya torpaqlarının çıxarılması

Beton və dəmir-beton konstruksiyaların quraşdırılması

Metal konstruksiyaların quraşdırılması

Ağac konstruksiyaların quraşdırılması

Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri

dambaların (torpaq bəndlərin) tikintisi

aerodromların uçuş-enmə zolaqları

elektrik sərnişin nəqliyyatı (tramvay, trolleybus və hava-kanat xətləri) yolları

nəqliyyat tunelləri və metropolitenlər

Körpülərin, estakadaların və yol ötürücülərinin tikintisi

Xüsusi qurğuların tikintisi və quraşdırılması:

radiorabitə, radio və televiziya qurğuları və qüllələr

rezervuarlar və qazholderlər (qaz anbarları)

elektrik ötürücü xətləri

Sənaye və mülki obyektlərin tikintisi:

aşırımı 24 metr və daha çox

hündürlüyü 65 metrədək

hündürlüyü 65 metr və daha çox

tutumu 5 min nəfərədək

tutumu 5 min nəfər və daha çox

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Ərazi planlaşdırılması:

ümumi planlar və yaşayış məntəqələrinin baş planlarının hazırlanması

müfəssəl planların hazırlanması

Tikinti obyektlərinin memarlıq layihələndirilməsi:

bina və qurğuların memarlıq layihələndirilməsi

memarlıq abidələrinin bərpası

İnşaat konstruksiyalarının layihələndirilməsi

Nəqliyyat qurğularının layihələndirilməsi:

dəmir yollarının layihələndirilməsi

tunel, körpü və yolötürücülərinin layihələndirilməsi

avtomobil yollarının layihələndirilməsi

aerodromların uçuş-enmə zolaqlarının layihələndirilməsi

metropolitenlərin layihələndirilməsi

magistral boru kəmərlərinin layihələndirilməsi

Hidrotexniki qurğuların layihələndirilməsi

Meliorasiya qurğularının layihələndirilməsi

Mühəndis sistemlərinin layihələndirilməsi:

yüksəkgərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğularının layihələndirilməsi

elektrik təchizatı sistemlərinin layihələndirilməsi

su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi

istilik və qaz təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi

rabitə, radio və televiziya sistemlərinin layihələndirilməsi

nəzarət-ölçü cihazları, yanğın-mühafizə siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsi

Layihələrin xüsusi bölmələrinin işlənilməsi:

tikintinin təşkilinin layihələndirilməsi

smetaların tərtib edilməsi

Bina, qurğu və mühəndis sistemlərinin texniki vəziyyətinin müayinəsi:

bina və qurğuların müayinəsi

mühəndis sistemlərinin müayinəsi

Baş layihəçi funksiyasının həyata keçirilməsi (fəaliyyət sahələri üzrə)

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver