1.0. Bu Qanunla müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir:
1.0.1. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində özəlləşdirilmiş, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrə;
1.0.2. "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilmiş, özəlləşdirilməsi haqqında qərar qəbul edilən dövlət müəssisələrinə;
1.0.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv olunmuş kolxozlara və sovxozlara;
1.0.4. işğal altında olan rayonların təsərrüfat subyektlərinə.