Qanunvericilik › “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.09.2006) › Tam mətn

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.09.2006)

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.09.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Ozondağıdıcı maddələrin idxalı və ixracı sahəsində dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 386 nömrəli Fərmanının 3-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ozondağıdıcı maddələrin idxalı və ixracına nəzarəti gücləndirsinlər və ozondağıdıcı maddələrin idxalı və ixracı sahəsində dövlət tənzimlənməsinin icrası ilə bağlı digər zəruri tədbirləri həyata keçirsinlər.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 12 sentyabr 2006-cı il

1,2-Dibromtetraflüoretan

* Ozon Dağıtma Potensialı mövcud biliklərə əsaslanan təxmini göstəricilərdir. Bu göstəricilər mütəmadi olaraq yenidən nəzərdən keçiriləcək və təkmilləşdiriləcəkdir.

Heksaxlordiflüorpropan

Pentaxlortriflüorpropan

Tetraxlortetraflüorpropan

Trixlorpentaflüorpropan

Dixlorheksaflüorpropan

1,1,1-Trixloretan (Metilxloroform)

* 1,1,2-Trixloretana şamil edilmir.

Ozon Dağıtma Potensialı*

1,1-dixlor-1-flüoretan

1-xlor-1,1-diflüoretan

Diflüorpentaxlorpropan

Triflüortetraxlorpropan

Tetraflüortrixlorpropan

Pentaflüordixlorpropan

3,3-dixlor-1,1,1,2,2pentaflüorpropan

1,3-dixlor-1,1,2,2,3pentaflüorpropan

Diflüortetraxlorpropan

Triflüortrixlorpropan

Tetraflüordixlorpropan

Diflüorpentabrompropan

Triflüortetrabrompropan

Tetraflüortribrompropan

Pentaflüordibrompropan

Diflüortetrabrompropan

Triflüortribrompropan

Tetraflüordibrompropan

* Monreal Protokolunun məqsədləri üçün Ozon Dağıtma Potensialının diapazon şəklində göstərildiyi hallarda, həmin diapazondakı ən yüksək dəyər əsas götürülür. Ozon Dağıtma Potensialı tək rəqəm kimi göstərilənlər laboratoriya ölçmələrinə əsaslanan hesablamalarla müəyyən edilmişdir. Diapazon şəklində göstərilənlər isə təxmini hesablamalara əsaslanır və dəqiqliyi azdır. Bu diapazon izomerlər qrupuna aiddir. Yuxarı hədd Ozon Dağıtma Potensialı ən yüksək olan izomeri, aşağı hədd isə ozon dağıtma potensialı ən aşağı olan izomeri göstərir.

** Ozon Dağıtma Potensialına malik olan və Monreal Protokolunun məqsədləri üçün istifadə olunacaq kommersiya məqsədləri üçün əlverişli maddələri göstərir.

*** Qlobal İstilikvermə Potensialı göstərilməmiş maddələr üçün Qlobal İstilikvermə Potensialı müəyyənləşənədək bu göstərici sıfır olaraq qəbul olunur.

Brommetan (metilbromid)

1. Monreal Protokolu ilə müəyyən olunmuş mümkün əsas istifadə istisnaları nəzərə alınmaqla A Əlavəsinin 1-ci və 2-ci qruplarına, həmçinin B Əlavəsinin 1-ci, 2-ci və 3-cü qruplarına daxil olan ozondağıdıcı maddələrin digər məqsədlər üçün Azərbaycan Respublikasına idxalı və ixracı qadağandır.

2. Monreal Protokolu ilə ölkə üçün müəyyən edilmiş baza hissəsinin 0,5 faizi miqdarında olmaqla mövcud soyuducu, kondisioner, yanğınsöndürmə və yanğından mühafizə vasitələrinə xidmət göstərilməsi, raket mühərriki istehsalında həlledici tətbiqlər və yanıqların xüsusi müalicəsi üçün aktual tibbi aerozol tətbiqləri məqsədilə C Əlavəsinin 1-ci Qrupuna daxil olan maddələrin 2030-cu il 1 yanvar tarixinədək idxalına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq icazəsi əsasında yol verilir.

3. 2-ci Qeydi və Monreal Protokolu ilə müəyyən olunmuş mümkün əsas istifadə istisnaları nəzərə alınmaqla C Əlavəsinin 1-ci, 2-ci və 3-cü qruplara daxil olan ozondağıdıcı maddələrin digər məqsədlər üçün Azərbaycan Respublikasına idxalı və ixracı qadağandır.

4. Monreal Protokolu ilə müəyyən olunmuş mümkün zəruri istifadə istisnaları nəzərə alınmaqla E Əlavəsinin 1-ci Qrupuna daxil olan ozondağıdıcı maddənin digər məqsədlər üçün Azərbaycan Respublikasına idxalı və ixracı qadağandır. Karantin məqsədləri üçün istifadə edilən miqdarlar istehlak miqdarına daxil edilmir.

1. 11 mart 2026-cı il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 13 mart 2026-cı il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 277)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver