Qanunvericilik › Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Toxumluq pambıq istehsalı

Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada toxum istehsalçılarının reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslər pambıq toxumunun istehsalı ilə məşğul ola bilərlər.

7.2. Toxumluq pambıq istehsalı qanunvericiliyə uyğun olaraq orijinal, super elit, elit və reproduksiyalı toxumlar istehsalından ibarətdir.

7.3. Orijinal və super elit toxumluq pambıq qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq elmi-tədqiqat və təhsil müəssisələrinin təcrübə təsərrüfatlarında yetişdirilir, ayrılıqda yığılır, emal sexlərində çiyid lifdən ayrılaraq təlimata uyğun saxlanılır və alınan toxum artırılmaq üçün müvafiq qaydada istifadə olunur.

7.4. Elit toxumluq pambığın maşın-mexanizmlərlə yığılmasına yol verilmir.

7.5. Elit və reproduksiyalı toxumluq pambıq istehsalı ixtisaslaşdırılmış dövlət və özəl toxumçuluq təsərrüfatlarında həyata keçirilir, pambıq emalı müəssisələrində emal edilir və əldə edilən toxum təkrar toxumluq və ya texniki pambıq istehsalını təmin etmək üçün istifadə olunur. Toxumluq üçün yaramayan çiyiddən toxum kimi istifadə edilməsinə yol verilmir.

7.6. Rayonlaşmamış və gətirilmə pambıq sortlarının toxumu yalnız təcrübə və sınaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında əkilə bilər.

7.7. Texniki pambıq istehsal edən təsərrüfatların istifadəsi üçün nəzərdə tutulan toxumluq pambıq emalı müəssisəsində ayrı yığılaraq emal edilir və alınan toxumluq çiyid toxum üçün istifadə olunur.

7.8. Toxumluq pambığın və toxumun səpin keyfiyyətinin qiymətləndirilməsi, sertifikatlaşdırılması, toxumçuluq şəbəkəsinin təşkili və pambıq toxumçuluğu ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

7.9. Toxumluq pambıqdan alınan mahlıc, tiftik (lint) və lifli tullantılar təyinatına uyğun qaydada istifadə olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver