Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. İxtira, faydalı model və sənaye nümunəsindən istifadə

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsinin tətbiqi ilə hazırlanan məhsulun təsərrüfat dövriyyəsinə daxil edilməsi, habelə patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsinin bütün mühüm əlamətlərini birləşdirən üsulun tətbiqi ixtira, faydalı model və sənaye nümunəsindən istifadə sayılır.

2. Patenti bir neçə şəxsə məxsus olan ixtira, faydalı model və sənaye nümunəsindən istifadə üzrə münasibətlər həmin şəxslər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bu cür müqavilə olmadıqda onların hər biri, ixtira, faydalı model və sənaye nümunəsi üzrə lisenziyanın və ya patentlə bağlı hüquqların digər şəxsə verilməsindən başqa, ixtira, faydalı model və sənaye nümunəsindən istədiyi kimi istifadə edə bilər. ixtira, faydalı model və sənaye nümunəsi barəsində patent sahibləri arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.

3. İxtira, faydalı model və sənaye nümunəsinin iddiaçısı patenti alanadək obyektdən istifadə hüququnu, müqavilə əsasında istənilən hüquqi və ya fiziki şəxsə verə bilər. İxtira, faydalı model və sənaye nümunəsinin bir neçə iddiaçısı olduqda iddia sənədi üzrə hüquqlar onların hər biri tərəfindən öz aralarındakı müqaviləyə uyğun başqa hüquqi və ya fiziki şəxsə verə bilər. İstifadə hüququnun verilməsi barədə müqavilə iddiaçı vəsatət qaldırdıqdan və müəyyənləşdirilmiş haqqı ödədikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınır.

İxtira, faydalı model və sənaye nümunəsinin müvəqqəti hüquqi mühafizəsi dövründə ondan istifadə etmiş hüquqi və ya fiziki şəxs iddiaçı tərəfindən patent alındıqdan sonra ondan istifadəni davam etdirmək üçün bu Qanunun 19-cu maddəsinə uyğun olaraq patent sahibi ilə lisenziya müqaviləsi bağlaya bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver