1. Azərbaycan Respublikasının qanunvericiliyində digər hallar nəzərdə tutulmayıbsa, istənilən iddia sənədi və ya patentlə bağlı hüquqlar tamamilə və ya qismən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulan qaydada özgəninkiləşdirilə bilər.
2. Patent hüququnun girov qoyulması barədə müqavilə müəyyən edilən haqqın ödənilməsi şərtilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalar əsasında qeydiyyata alınır.
3. İxtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin və ya patentlə bağlı hüquqların başqasına verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınır.