Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 41

Maddə 41. İxtira, faydalı model və sənaye nümunəsinin xarici dövlətlərdə patentləşdirilməsi

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İxtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verildikdən sonra xarici dövlətdə patentləşdirilə bilər.

İxtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daxil olduğu tarixdən etibarən 3 ay ərzində həmin orqan (qurum) patent alınması üçün iddia sənədinin xarici dövlətə verilməsinin mümkünlüyü haqqında müvafiq qərar qəbul edir və iddiaçıya bildiriş göndərir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə əlaqədar mübahisələrə inzibati qaydada və məhkəmədə baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver