Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Əqli mülkiyyət mübahisələri üzrə Apellyasiya şurası

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. İxtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin verilməsi, onun ekspertizası, patentin verilməsi, həmçinin patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə bağlı mübahisələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əqli mülkiyyət mübahisələri üzrə Apellyasiya şurasında (bundan sonra – Apellyasiya şurası) baxılır.

Apellyasiya şurasının qərarından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver