13.1. Müvafiq icra hakimiyyəti orqanı cəza çəkməkdən azad edilmiş şəxslərin peşə təhsili və əlavə təhsil, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə yiyələnmələrinə şərait yaradır. Cəza çəkməkdən azad edilmiş gənclərin əlavə təhsil alması ilə bağlı “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.
13.2. Cəza çəkməkdən azad edilmiş qadınların himayəsində olan 14 yaşına çatmamış uşaqların məktəbəqədər təhsil müəssisələrinə və ya internat məktəblərinə yerləşdirilməsi qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.