“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiqi 1 avqust 1997-ci ildən etibarən pensiyalar yenidən haqq-hesab edilməlidir.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaların yenidən hesablanmasına əsas olaraq orta aylıq əmək haqqının müəyyən edilməsindən ötrü müasirləşdirmə əmsalları təsdiq etmişdir.
Burada, rublla hesablanmış əmək haqqı Qanunun 113-cü maddəsinə uyğun olaraq onun qüvvəyə mindiyi 1 avqust 1997-ci il tarixə rəsmi kurs nəzərə alınaraq 1 rubl 0.68 manat kimi göstərilmişdir.
Pensiya yenidən hesablanarkən orta aylıq əmək haqqı məbləği (OAƏ) belə müəyyənləşdirilir: MƏ (müasirləşdirmə əmsalı) tapılır və MƏ vətəndaşın vaxtilə pensiya təyinatı aparılması üçün əsas götürülmüş OAƏ-nin manatla ifadəsinə vurulur.
I. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq pensiya təminatı üçün əsas olan OAƏ aşağıdakı hallardan biri üzrə hesablana bilər:
I. Bir təqvim ilinin bütün 12 ayı ərzindəki gəlirə görə;
II. İki təqvim ilinin 12 ayı ərzindəki gəlirə görə;
III. Bir və ya bir neçə təqvim ilinin 12 aydan az dövrü ərzindəki gəlirə görə;
IV. 24, yaxud 60 ay (2 il, yaxud 5 il) ərzindəki gəlirə görə. Respublika Nazirlər Kabinetinin hər il üçün təsdiq etdiyi OAƏ-nin manatla ifadəsini OAƏ 73, OAƏ 80, OAƏ 85 və s., ayrı-ayrı illər üçün MƏ-ni MƏ 73, MƏ 80, MƏ 85 və s. kimi işarə edək (73, 85, 90 və s. ədədləri müvafiq olaraq 1973, 1985, 1990-cı illəri göstərir).
I, II, III, IV hallarda pensiya təyinatı üçün əsas götürülərək OAƏ aşağıdakı göstərilən misallara uyğun hesablanır.
I hal: misal: Pensiyaçının 1 yanvar 1980-cı ildən 31 dekabr 1980-ci ilədək gəlirlərindən OAƏ 150 rubl (102 man) olmuşsa, pensiyanın yenidən haqq-hesab edilməsi üçün müasirləşdirilmiş OAƏ=MƏ 80x102=596.2x102=60812 manat təşkil edəcəkdir (burada OAƏ=MƏ 80=596.2 ədədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş 1980-ci il üçün müasirləşdirmə əmsalıdır).
II. hal: misal: Pensiyanın 1977-ci ilin 9 ayının və 1978-ci ilin 3 ayının gəliri əsasında OAƏ 120 rubl (82 man.) olmuşsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının təsdiq etdiyi cədvəldən 1977-ci ilin 9 və 1978-ci ilin 3 ayı üçün MƏ-larını toplamaq və nəticəni 120 rubl=82 manata vurmaqla müasirləşdirilmiş OAƏ tapılır. Yəni:
MƏ=MƏ 77(9)+mə 78(3)=490.2+159.9=650.1
OAƏ=MƏx8 2=650.1x82=53308 manat
Burada MƏ 77(9) və MƏ 78 (3) ilə 1977-ci ilin 9 ayı və 1978-ci ilin 3 ayı üçün MƏ-ları işarə edilmişdir.
III hal: misal: Pensiyaçının OAƏ 1975-ci ilin 2 ayı və 1976-cı ilin bir ayı ərzindəki gəlirinə görə 180 rubl olmuşsa, müasirləşdirilmiş OAƏ-ni tapmaq üçün 1975-ci və 1976-cı illər üçün MƏ-ları toplanaraq 2-yə (illərin sayına) bölünür və nəticə 122-yə (180 rubl) vurulur. Yəni:
MƏ75+MƏ76 705.9+658.6=1364.5
AOƏ=MƏx122=682.3x122=83513 man.
IV hal: misal: Pensiyaçının OAƏ 24 ayın (1982-ci ilin 2 ayının, 1983-cü ilin 12 ayının, 1984-cü ilin 10 ayının) gəliri əsasında 162 rubl olmuşdursa:
- əvvəlcə 1982-ci ilin 2 ayı, 1983-cü ilin 12 ayı, 1983-cü ilin 10 ayı üçün MƏ-ları toplanaraq, illərin sayına - 2-yə bölünməklə MƏ tapılır;
- sonra bu MƏ-ni 110.2-yə (162 rubl) vurmaqla müasirləşdirilmiş OAƏ tapılır. Yəni:
MƏ=(MƏ82(2)+MƏ83(12)+Mə84(10):2= (94.9+565.5+459.6):2==560.
OAƏ=MƏx110.2=61712 man.
Misal 2. Pensiyaçının OAƏ, 60 ayın (1969-cu ilin 4 ayının, 1970, 1971, 1972-ci illəri hər birinin 12 ayının, 1973-cü ilin 5 ayının, 1974-cü ilin 3 ayının və 1975-ci ilin 12 ayının) gəlirinə görə 146 rubl olmuşsa,
MƏ=(MƏ69(4)+MƏ70(12)+MƏ71(12)+ MƏ72(12)+ MƏ73(5)+ +MƏ74(5)+MƏ74(3)+ MƏ75(12)):5
təsdiq olunmuş cədvələ əsasən,
MƏ69(4)=280.1 MƏ70(12)=802.1
MƏ71(12)=787.4 MƏ72(12)=774.2
MƏ73(5)=309 MƏ74(3)=180.7
olduğunu nəzərə almaqla,
MƏ=(208.1+787.4+309+705.9+802.1+774.2+180.7):5=767.9
tapılır və 146 rubl-99.3 manat götürülməklə müasirləşdirilmiş OAƏ hesablanır:
OAƏ=MƏx99.3=767.9x99.3=76252 man.
2. OAƏ-nin müəyyən edilməsində 1990, 1991 və 1992-ci illərin gəliri əsas götürülmüşsə, həmin illərin gəlirləri ayrı-ayrılıqda müasirləşdirilir, alınan məbləğlər toplanaraq hesablanması üçün nəzərə alınan ayların sayına bölünməklə müasirləşdirilmiş OAƏ tapılır.
Misal: Pensiyaçının OAƏ, 1 iyul 1989-cu ildən 1 iyul 1991-ci ilədək olan dövrün gəlirindən hesablanmış və bu zaman 1989-cu ilin son 6 ayının, 1990-cı ilin 12 ayının və 1991-ci ilin 6 ayının gəlirləri uyğun olaraq 1500 rubl, 3600 rubl və 3700 rubl olmuşsa, əvvəlcə hər il üçün gəlir ayrı-ayrılıqda müasirləşdirilir:
1500 rubl=1020 man, 3600 rubl=2448 man və 3700 rubl=2516 man olduğundan,
1989-cu il üçün müasirləşdirilmiş gəlir= MƏ89(6)x1020man=246.5x1020=251430 man.
1990-cı il üçün müasirləşdirilmiş gəlir= MƏ90(12)x2448=1107720 man.
1991-ci il üçün müasirləşdirilmiş gəlir = MƏ91x2516man=277.5x2516=698190 man.
Sonra, bu ədədlər toplanaraq 24-ə (aylar sayına) bölünür və müasirləşdirilmiş OAƏ tapılır:
OAƏ(251430+1107720+698190):24=85722.5 manat
3. Pensiya hesablamasında 1 yanvar 1993-cü ildən 1 fevral 1995-ci ilədək olan dövlətdəki əmək haqqının müasirləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 noyabr 1995-ci il tarixli 255 nömrəli qərarının 2-ci bəndində nəzərdə tutulan qaydada aparılır, yəni 1 fevral 1995-ci il tarixdən respublikamızda qüvvədə olan minimum əmək haqqının (5500 manat), əmək haqqının ödənildiyi vaxt qüvvədə olmuş minimum əmək haqqına bölünməsi yolu ilə MƏ tapılır və bu əmsal həmin dövrdə qazanılan əmək haqqına vurularaq hər dövr üçün gəlir müasirləşdirilir. Sonra müasirləşdirilmiş gəlirlər toplanaraq nəzərə alınmış sayına bölünür və müasirləşdirilmiş OAƏ tapılır.
Misal: Pensiyaçının 1992-ci ildəki gəliri 30000 rubl, 1993-cü ilin ilk 6 ayındakı gəliri 4800 man, sonrakı 4 ayındakı gəliri 5000 man, noyabr ayındakı gəliri 2000 man, dekabr ayındakı gəliri isə 2200 man olmuşdur.
Bu halda, əvvəlcə 1992-ci ilin gəliri müasirləşdirilir:
30000 rubl=20400 man olduğundan,
MƏ92x20400=33.8x20400=689520
Sonra 1993-cü ildəki gəlirlər müasirləşdirilir:
1993-cü ilin il 6 ayı üçün (həmin vaxt respublikada minimum əmək haqqı 300 manat idi):
müasirləşdirilmiş gəlir isə =183x4800=87840 man.
1993-cü ilin iyul-oktyabr ayları üçün (həmin vaxt respublikada minimum əmək haqqı 500 manat idi):
müasirləşdirilmiş gəlir =11x5000=55000 man. olar.
1993-cü ilin noyabr ayı üçün: 1993-cü il noyabrın 15-dək MƏ=5500:500=11, noyabrın 15-dən 30-dək minimum əmək haqqı 900 manat olduğundan MƏ=5500:900=6.1, onda noyabr ayı üçün
Müasirləşdirilmiş gəlir isə = 8.5x2000=17000 man. olar.
1993-cü ilin dekabr ayı üçün (həmin vaxt respublikada minimum əmək haqqı 900 manat idi):
müasirləşdirilmiş gəlir isə = 6.1x2200=13420 man. olar.
Beləliklə, müasirləşdirilmiş
OAƏ=(689520+87840+55000+17000+13420):24= 862780:24=35949 manat
4. 1 fevral 1995-ci ildən sonrakı dövr üçün pensiya hesablanmasında nəzərə alınan əmək haqları, müasirləşdirilmir. Həmin əmək haqları faktiki nəzərə alınır.
5. Qaçqın və məcburi köçkünlərin OAƏ barədə sənədləri təqdim etməsi mümkün olmadıqda, Qanunun 89-cu maddəsinə edilən dəyişikliyə uyğun olaraq onların pensiyaları, istəmiş olduqları xalq təsərrüfatının sahələri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 1997-ci il tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş OAƏ-dan aparılır.
6. Qanunun 78-ci maddəsinə əsasən 01.08.1998-ci ilədək müddətdə pensiya hesablanarkən 110000 manatdan, yəni minimum əmək haqqının 20 mislindən artıq olmayan OAƏ nəzərə alınır.