5.1. Peşə təhsilinin dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5.2. Tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, peşə təhsili müəssisələrində təhsil peşə təhsilinin dövlət standartlarına uyğun təşkil edilir.
5.3. Peşə təhsilinin dövlət standartları bu təhsil pilləsinin məzmununu, idarə olunmasını, maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin ölçülə bilən keyfiyyət göstəricilərini, peşə təhsilinin hər bir səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
5.4. Sağlamlıq imkanları məhdud olan şəxslərin peşə təhsili xüsusi dövlət standartları əsasında həyata keçirilir.
5.5. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi və həmin sahədə tətbiq edilən dövlət peşə təhsili standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.