“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1633 nömrəli Fərmanının 3-cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası
1. “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Peşə Təhsili üzrə Dövlət Agentliyi (A.Əlili) bu qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Bu qərarın təhsil müəssisələrinə göndərilməsi, eləcə də “Azərbaycan müəllimi” qəzetində dərc edilməsi və Nazirliyin internet səhifəsində yerləşdirilməsi İnformasiya şöbəsinə (E.Məmmədov) həvalə olunsun.
4. Nazirliyin Hüquq şöbəsinə (A.Cəfərov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
5. Qərarın icrasına nəzarəti öz üzərimə götürürəm.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 13 mart 2019-cu il tarixli KQ-06 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.29-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması məsələlərini tənzimləyir.
1.2. Bu Qayda peşə təhsili müəssisələrində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına şamil edilmir.
1.3. Peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 2018-cı il 28 dekabr tarixli 8/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”na, yekun attestasiyası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.
1.4. Peşə təhsili pilləsində təhsilalanların müvafiq ixtisas üzrə bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi təhsil proqramlarında (kurikulumlar) qeyd edilən təlim nəticələri və qiymətləndirmə meyarlarına uyğun həyata keçirilir.
1.5. Təlim nəticələri dedikdə, ixtisas üzrə bilik, bacarıq və səriştələri müəyyən edən göstəricilər, qiymətləndirmə meyarları dedikdə, təlim nəticələrinin təhsilalan tərəfindən hansı səviyyədə mənimsənilməsini müəyyən etmək məqsədi ilə istifadə olunan ölçü vahidləri (fikrin düzgün ifadə olunması, mövzunun əhatəsi, ardıcıllığın düzgün qurulması, tapşırığın yerinə yetirilməsinin son nəticəsi (keyfiyyəti, vaxt normasına əməl edilməsi və başqa göstəricilər), habelə işin planlaşdırılması, iş yerinin təşkili, iş üsullarının düzgün yerinə yetirilməsi, qabaqcıl metodların tətbiqi, avadanlığın sazlanması və nizamlanması, alətlərin istifadəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, elektrik enerjisinə və materialIara qənaət edilməsi) başa düşülür.
1.6. Peşə təhsili pilləsində təhsilalanların attestasiyası məqsədi ilə cari, aralıq və yekun qiymətləndirmə (attestasiya) keçirilir.
2.1. İlk peşə və texniki peşə təhsili səviyyəsi üzrə cari qiymətləndirmə tələbənin təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə qarşıya çıxan çətinlikləri müəyyən edib, aradan qaldırmaq məqsədi ilə aparılır. Təhsilalanın nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi və məzmunun mənimsənilməsi təmin edilir, tədris prosesi tənzimlənir. Cari qiymətləndirmə zamanı tapşırıqvermə, müsahibə və müşahidə (tələbələrin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.
Cari qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur. Bu nəticələr barədə “Tələbə kitabçası”nda və “Müəllimin (təlim ustasının) cari qiymətləndirmə dəftəri”ndə yazılı qeydlər aparılır. Cari qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər (nəticələrin qısa təsviri) təhsilalanın peşə təhsili müəssisəsindəki fərdi qovluğunda saxlanılır.
2.2. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə cari qiymətləndirmə modul/fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir və özündə dərsə davamiyyəti, yarımil ərzində nəzəri və praktiki dərslərdə topladığı balları əks etdirir. Tələbə yarımil ərzində maksimum 10 bal davamiyyət (yarımil ərzində modul/fənnin tədris saatlarının hər buraxılan 10%-nə 1 bal çıxılır), maksimum 20 bal praktiki məşğələ və ya laboratoriya dərslərindəki nəticələrinə görə (eyni modul/fəndən həm praktiki məşğələ, həm laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır) və maksimum 20 bal nəzəri dəsrlərdəki nəticələrinə görə əldə edə bilər. Cari qiymətləndirmənin nəticələri jurnalda qeyd edilir.
3.1. İlk peşə və texniki peşə təhsili səviyyəsi üzrə aralıq qiymətləndirmə təhsil proqramında (kurikulumda) hər bir modul və onun tərkib hissəsi olan təlim nəticələrinin tədrisinin sonunda təhsilalanların əldə etdiyi bilik, bacarıq və səriştələrin müəyyən olunması məqsədilə aparılır.
3.2. Aralıq qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.
3.3. Aralıq qiymətləndirmə iki hissədən ibarətdir:
3.3.1. modulların və istehsalat təlimlərin tərkib hissəsi olan təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi.
3.3.1.1. Təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi təhsil proqramı (kurikulum) üzrə nəzəri bilikləri yoxlamağa xidmət edir.
3.3.1.2. Təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi təhsilverən tərəfindən verilən tapşırığın bu Qaydanın 1.5-ci bəndində müəyyən edilmiş qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi vasitəsilə aparılır. Qiymətləndirmə bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq həyata keçirilir və onun nəticəsi jurnalda qeyd edilir.
3.3.1.3. Təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsinin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində təhsilalanlara elan olunur.
3.3.1.4. Təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi 1 dərs saatı ərzində aparılır.
3.3.2. modulun və istehsalat təlimin tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi.
3.3.2.1. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi təhsil proqramı (kurikulum) üzrə tətbiqi bacarıqları yoxlamağa xidmət edir və istehsalat təliminə ayrılan vaxt hesabına aparılır.
3.3.2.2. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi təhsil proqramının (kurikulumun) tərkib hissəsi olan hər bir modulun sonunda peşə təhsili müəssisəsində yaradılan Səriştələrin qiymətləndirilməsi üzrə komissiyanın nəzarəti ilə təhsilverən(lər) tərəfindən aparılır. Səriştələrin qiymətləndirilməsi üzrə komissiya peşə təhsili müəssisəsi tərəfindən tədris-istehsalat işləri üzrə direktor müavininin və yaxud baş ustanın rəhbərliyi ilə işəgötürən müəssisə və təşkilatların 1 nəfər nümayəndəsi, sahə üzrə 1 nəfər mütəxəssis və ixtisas üzrə modulları tədris edən pedaqoji işçilərdən ibarət tərkibdə yaradılır. Səriştələrin qiymətləndirilməsi üzrə komissiyanın tərkibi peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir.
3.3.2.3. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi üçün tapşırıq təhsilverən tərəfindən hazırlanır, metodiki komissiyada müzakirə edilir və peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir.
3.3.2.4. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi təhsilverən tərəfindən verilən tapşırığın bu Qaydanın 1.5-ci bəndində müəyyən edilmiş qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi vasitəsilə aparılır. Qiymətləndirmə bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq həyata keçirilir və onun nəticəsi jurnalda qeyd edilir.
3.4. Modul və istehsalat təlimi üzrə yekun qiymət aşağıdakı kimi hesablanır:
tn1, tn2, tnk –təlim nəticələrinin toplanan ballarının miqdarı,
Sq – səriştənin qiymətləndirməsi üzrə toplanan baldır.
3.5. Aralıq qiymətləndirmənin nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür və qiymətlər jurnala və tələbənin “Tələbə kitabçası”na yazılır. Aralıq qiymətləndirmədə təhsilalanlar tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir.
3.6. Aralıq qiymətləndirmədə üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən iştirak etməyən tələbələr üçün növbəti 2 həftə ərzində aralıq qiymətləndirmə aparılır və onun nəticəsi jurnalda və tələbənin “Tələbə kitabçası”nda qeyd edilir.
3.7. Aralıq qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən tələbənin həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur və o yekun qiymətləndirməyə buraxılmır.
3.8. Yüksək texniki peşə təhsili səviyyəsində bilik, bacarıq və səriştənin qiymətləndirilməsinin çoxballı sistemi tətbiq edilir. Tələbənin modul/fənn və istehsalat təcrübəsi üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Modul/fənnlər üzrə bu balların yarısı yarımil ərzindəki fəaliyyətə əsasən cari qiymətləndirmədən, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır. İmtahan təlim nəticələri üzrə biliklərin qiymətləndirilməsi üçün nəzəri suallarla yanaşı səriştələrin qiymətləndirilməsi üzrə praktiki tapşırıqları da əhatə edir. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olduqda tələbənin imtahan göstəriciləri yarımil ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. İstehsalat təcrübəsi üzrə balların yarısı tələbənin istehsalat təcrübəsi ərzində davamiyyəti və təlim nəticələri üzrə qiymətləndirilməsi, digər yarısı isə ixtisas (sınaq) istehsalat işlərinin qiymətləndirilməsi nəticələrinə görə formalaşır.
Konkret modul/fənn və istehsalat təcrübəsi üzrə yarımil ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:
4.1. Peşə təhsili pilləsində yekun qiymətləndirmə təhsilalanların peşələr üzrə bilik, bacarıq, səriştə səviyyəsini və müstəqil işə hazırlığını müəyyənləşdirmək məqsədi ilə istehsalat təcrübəsinin sonunda keçirilir.
4.2. İlk peşə və texniki peşə təhsili səviyyəsi üzrə yekun qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.
4.3. İlk peşə və texniki peşə təhsili səviyyəsi üzrə yekun qiymətləndirmə iki hissədən ibarətdir:
4.3.1. ixtisas (sınaq) istehsalat işinin yerinə yetirilməsi.
4.3.1.1. İxtisas (sınaq) istehsalat işləri təhsil proqramına (kurikuluma) uyğun olaraq istehsalat təcrübəsinin son ayı ərzində yerinə yetirilir. Bir tələbənin ixtisas sınaq işi ən çox 8 saat ərzində qiymətləndirilir. İxtisas (sınaq) istehsalat işlərinin siyahısı və məzmunu işəgötürənlərlə razılaşdırılmaqla peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. İxtisas (sınaq) istehsalat işlərinin təşkili, keçirilməsi və qiymətləndirilməsi məqsədilə tədris-istehsalat işləri üzrə direktor müavininin rəhbərliyi altında peşə təhsili müəssisəsi tərəfiindən İxtisas (sınaq) istehsalat işləri üzrə komissiya (bundan sonra – Komissiya) yaradılır. Komissiyanın tərkibinə tələbənin təhsil aldığı peşə təhsili müəssisəsinin tədris-istehsalat işləri üzrə direktor müavini, baş usta, ixtisası tədris edən istehsalat təlimi ustaları, istehsalat təcrübəsi keçirilən müəssisənin 2 nəfər nümayəndəsi daxil edilir. Komissiyanın tərkibi peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir. Komissiyanın qərarları üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledicidir.
4.3.1.2. İxtisas (sınaq) istehsalat işləri istehsalat təcrübəsi keçirilən müəssisədə yerinə yetirilir. İxtisas (sınaq) istehsalat işləri tədris emalatxanalarında, tədris istehsalat və təsərrüfat sahələrində də yerinə yetirilə bilər.
4.3.1.3. İxtisas (sınaq) istehsalat işinin konkret məzmununu müəyyən etmək mümkün olmayan texnoloji peşələr, o cümlədən maşın, aqreqat, qurğu sistemlərinə, yaxud istehsalat sahələrinə xidmətlə əlaqədar peşələr üzrə təhsilalanların qiymətləndirilməsi Komissiya tərəfindən istehsalat təcrübəsi prosesində əldə edilmiş istehsalat göstəriciləri və ya müəssisə, tikinti və digər iş yerlərində müstəqil işə hazırlığın yoxlanması yolu ilə müəyyənləşdirilir.
4.3.1.4. İxtisas (sınaq) istehsalat işinin qiymətləndirilməsi təhsil proqramı (kurikulum) üzrə zəruri bacarıqları əhatə etməklə tətbiqi bacarıqları yoxlamağa xidmət edir.
4.3.1.5. Ixtisas (sınaq) istehsalat işini qiymətləndirərkən tapşırığın yerinə yetirilməsinin son nəticəsi (keyfiyyəti, vaxt normasına əməl edilməsi və başqa göstəricilər), habelə işin planlaşdırılması, iş yerinin təşkili, iş üsullarının düzgün yerinə yetirilməsi, qabaqcıl metodların tətbiqi, avadanlığın sazlanması və nizamlanması, alətlərin istifadəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, elektrik enerjisinə və materialIara qənaət üzrə təhsilalanların bacarıq və vərdişləri nəzərə alınır.
4.3.1.6. İlk peşə və texniki peşə təhsili səviyyəsi üzrə ixtisas (sınaq) istehsalat işinin nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür və qiymətlər jurnala və tələbənin “Tələbə kitabçası”na yazılır. İxtisas (sınaq) istehsalat işində tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir.
4.3.2. dövlət buraxılış imtahanının keçirilməsi.
4.3.2.1. Buraxılış imtahanı təhsilalanın ixtisasa dair bilik və bacarıq səviyyəsinin yekun qiymətləndirilməsidir.
4.3.2.2. Buraxılış imtahanı təhsil proqramına (kurikuluma) uyğun olaraq ixtisas (sınaq) istehsalat işinin yerinə yetirilməsindən sonra 2 həftə ərzində keçirilir. İmtahan 3 saat ərzində aparılır.
4.3.2.3. Buraxılış imtahanına təhsil proqramı (kurikulum) üzrə tam kursu bitirmiş və ixtisas (sınaq) istehsalat işini müvəffəqiyyətlə yerinə yetirənlər buraxılır.
4.3.2.4. İmtahan peşə təhsili müəssisəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən yaradılan Dövlət Attestasiya Komissiyası (bundan sonra –DAK) tərəfindən keçirilir.
4.3.2.5. DAK-nın tərkibi peşə təhsili müəssisəsinin direktoru, tədris istehsalat işləri üzrə direktor müavini, müvafiq peşə istiqaməti üzrə 1 nəfər işəgötürənlərin nümayəndəsi, 1 nəfər sahə üzrə mütəxəssis, ixtisası tədris edən ixtisas fənn müəllimlərindən ibarət formalaşdırılır. İşəgötürənlərin nümayəndəsi DAK-ın sədri təyin olunur. DAK-ın tərkibi Agentlik tərəfindən təsdiq edilir.
4.3.2.6. DAK təhsilalanların imtahan suallarına cavabı və yerinə yetirilmiş istehsalat (sınaq) işlərinin qiyməti əsasında təhsilalanları yekun qiymətləndirir.
4.3-1. Yüksək texniki peşə təhsili səviyyəsində tələbənin təhsil proqramını mənimsəmə səviyyəsini müəyyənləşdirmək üçün ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) hesablanır və yekun qiymətləndirmə ÜOMG əsasında müəyyən edilir. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş aralıq attestasiyalardan (modul/fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun qiymətləndirmədən keçmiş hesab olunur. ÜOMG yarımillər üzrə artan istiqamətdə hesablanır (birinci yarımil, ikinci yarımil, üçüncü yarımil və s.) və diploma əlavəyə daxil edilir. ÜOMG modul/fənlər üzrə toplanan balların həmin modul/fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir:
ÜOMG b1+k1*+b2k2*+b3k3*+... +bnkn*
b1,b2,…,bn - tələbənin fənlər üzrə yığdığı ballar
k1,k2,…,kn - fənlərə tədris planında nəzərdə tutulan müvafiq kreditlər
k1*, k2*,..., k3* - fənlər üzrə qazanılmış kreditlər (əgər tələbə imtahandan müvəffəq qiymət almazsa o, krediti qazanmamış hesab edilir və bu əmsal «0» sıfır olur).
4.4. Yekun qiymətləndirmənin nəticələri imtahan protokoluna yazılır və DAK-ın sədri və üzvləri tərəfindən imzalanır.
4.5. DAK-ın qərarı əsasında məzunlara ixtisas dərəcəsi göstərməklə peşə təhsili haqqında diplom və ya sertifikat verilir.
4.6. Diploma əlavədə tələbənin aralıq və yekun qiymətləndirməsinin nəticələri qeyd edilir.
4.7. İlk peşə və texniki peşə təhsili səviyyəsi üzrə yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət almış təhsilalanlar bu Qaydaya uyğun olaraq peşə təhsili müəssisəsinin müəyyən etdiyi vaxtlarda ildə 1 (bir) dəfə olmaqla növbəti 2 (iki) il müddətində keçirilən yekun qiymətləndirmədə iştirak edə bilərlər.
4.8. Bu Qaydanın 4.7-ci bəndinə uyğun olaraq yekun qiymətləndirmədə iştirak etməyənlərə, həmçinin müxtəlif səbəblərdən peşə təhsili pilləsini başa vurmayan tələbələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na əsasən arayış verilir.
4.9. Yekun qiymətləndirmənin nəticələri ilə razılaşmayan təhsilalanlar, onların valideynləri və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Agentlik tərəfindən baxılır.
1. 09 sentyabr 2020-ci il tarixli KQ-05 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202009090005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 sentyabr 2020-ci il)
2. 16 sentyabr 2020-ci il tarixli KQ-06 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202009160006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 sentyabr 2020-ci il)
3. 2 fevral 2022-ci il tarixli KQ-01 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202202020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 fevral 2022-ci il)
4. 30 noyabr 2022-ci il tarixli KQ-08 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202211300008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 dekabr 2022-ci il)