Qanunvericilik › “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.04.2019) › Tam mətn

“Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.04.2019)

“Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.04.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 16 aprel 2019-cu il

1.1. Bu Qayda “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.11-ci maddəsinə əsasən hazırlanmışdır və peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasını müəyyən edir.

1.2. Bu Qayda tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrinə şamil edilir.

2.1. Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid peşə təhsili pilləsinin bir səviyyəsində təhsili bitirməklə növbəti səviyyəsinə keçid deməkdir (bundan sonra – peşə təhsili pilləsində keçid).

2.2. Peşə təhsili pilləsində keçid bir peşə təhsili müəssisəsi daxilində və ya tələbələrin bir peşə təhsili müəssisəsindən digər peşə təhsili müəssisəsinə keçməsi vasitəsilə həyata keçirilir.

2.3. Peşə təhsili səviyyələri üzrə keçid tələbələrin qəbul olunduqları təhsil bazasına (ümumi orta və ya tam orta təhsil bazası) müvafiq olaraq aparılır.

2.4. Peşə təhsili pilləsində keçid dedikdə, aşağıdakı hallar nəzərdə tutulur:

2.4.1. ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki peşə təhsili səviyyəsində ikinci tədris ilindən etibarən təhsilinin davam etdirilməsi;

2.4.2. tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki peşə təhsili səviyyəsində birinci tədris ilinin ikinci yarımilindən etibarən təhsilinin davam etdirilməsi;

2.4.3. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili almış məzunların yüksək texniki peşə təhsili səviyyəsində üçüncü tədris ilindən etibarən təhsilinin davam etdirilməsi;

2.4.4. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almış məzunlar yüksək texniki peşə təhsili səviyyəsində dördüncü tədris ilindən etibarən təhsilinin davam etdirilməsi;

2.4.5. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili almış məzunların yüksək texniki peşə təhsili səviyyəsində ikinci tədris ilində təhsilinin davam etdirilməsi.

2.5. Peşə təhsili pilləsində keçid peşə təhsili üzrə ixtisasların peşə istiqamətlərinin uyğunluğu təmin edildikdə mümkündür.

2.6. Peşə təhsili müəssisələrinin məzunları peşə təhsilini başa vurduğu ildən etibarən 2 (iki) il müddətində peşə təhsili pilləsində keçid edə bilərlər.

2.7. Peşə təhsili müəssisələrinin məzunlarının peşə təhsili pilləsində keçidi yalnız peşə təhsili müəssisəsində vakant (boş) yerlər olduqda mümkündür.

3.1. Peşə təhsili müəssisələrinin məzunları peşə təhsili pilləsində keçid üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (bundan sonra – elektron sistem) “Elektron ərizə”ni dolduraraq təsdiq etməlidirlər.

3.2. Peşə təhsili pilləsində keçid üçün ixtisas seçimi elektron ərizə doldurulan zaman həyata keçirilir.

3.3. Ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisaslar üzrə vakant yerləri müəyyənləşdirir və istədikləri ardıcıllıqla ixtisas seçimini edirlər.

3.4. Peşə təhsili pilləsində keçid üçün müraciət etmiş şəxslər maksimum 5 (beş) ixtisas seçmək hüququna malikdirlər.

4.1. Elektron ərizə qəbulu prosesi yekunlaşdıqdan sonra ərizəçilərin elektron sistem tərəfindən ixtisas seçimlərinin düzgün olub-olmadığı müəyyən edilir.

4.2. İmtina üçün əsas olmadıqda, məzunun peşə təhsilinin növbəti səviyyəsinə qəbul edilməsinə dair qərar qəbul edilir.

4.3. Keçid üçün ərizələrin sayı vakant yerlərin sayından çox olduqda, müraciət edənlər arasında müsabiqə seçimi aparılır. Müsabiqə seçimində aşağıdakı göstəricilərdən

4.3.1. ixtisas fənləri və istehsalat təlimi dərsləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

4.3.2. ixtisas üzrə iş stajı;

4.3.3. işəgötürənlər tərəfindən göndəriş.

4.4. Peşə təhsilinin növbəti səviyyəsinə keçidlə bağlı məlumat ərizəçinin elektron şəxsi kabinetində yerləşdirilir, eləcə də ərizəsində göstərdiyi elektron poçt ünvanına və ya əlaqə telefonuna bu barədə mesaj göndərilir, əvvəl təhsil aldığı peşə təhsili müəssisəsinə isə şəxsi işin müvafiq peşə təhsili müəssisəsinə göndərilməsi ilə bağlı müraciət olunur.

4.5. Peşə təhsilinin növbəti səviyyəsinə keçmiş şəxsə onun müraciəti əsasında məzun olduğu peşə təhsili müəssisəsi tərəfindən 3 (üç) iş günü müddətində akademik arayış (akademik transkript) verilir.

4.6. Peşə təhsilinin növbəti səviyyəsinə qəbul edilmiş şəxs 10 (on) iş günü müddətində qəbul olunduğu peşə təhsili müəssisəsinə aşağıdakı sənədləri şəxsən təqdim edir:

4.6.1. peşə təhsili haqqında dövlət sənədinin əsli (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nın 6.1.2-ci yarımbəndinə əsasən verilmiş diplomun əsli);

4.6.2. akademik arayış (akademik transkript);

4.6.3. şəxsiyyət vəsiqəsinin surəti;

4.6.4. sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

4.6.5. hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş məlumatlar.

4.6-1. Bu Qaydanın 4.6-cı bəndində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

4.7. Bu Qaydanın 4.6-cı bəndində göstərilən müddətdə sənədlərin peşə təhsili müəssisəsinə təqdim edilməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

4.8. Tələbənin şəxsi işi alındıqdan sonra onun keçdiyi peşə təhsili müəssisəsində tələbələr sırasına daxil olması barədə müvafiq tədbirlər həyata keçirilir.

4.9. Müsabiqənin nəticələri ilə bağlı ərizəçilər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət edə bilərlər və ya bununla bağlı inzibati qaydada və ya məhkəməyə şikayət verə bilərlər.

1. 30 dekabr 2019-cu il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2099)

2. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

3. 27 mart 2024-cü il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 mart 2024-cü il, “Xalq” qəzeti, 29 mart 2024-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 352)

4. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)

5. 2 dekabr 2025-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1216)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver