"Poçt haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanının 1.4- cü və 1.5-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı" və "Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 9 dekabr 2004-cü il
1. Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:
1.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
1.2. pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
1.3. insan orqanları və toxumaları;
1.4. canlı heyvanlar;
1.5. tezalışan maddələr;
1.6. zəhərli və toksikoloji maddələr;
1.7. bioloji və infeksion maddələr;
1.8. civə, kimyəvi reaktivlər və turşular;
1.9. insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
1.10. tez xarab olan qida məhsulları;
1.11. öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
1.12. sikkələr, banknotlar və yol çekləri;
1.13. radioaktiv maddələr;
1.14. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;
1.15. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
1.16. əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
1.17. odlu silah və onun döyüş sursatları.
2. Azərbaycan Respublikasından beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar.
2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
2.2. pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
2.3. insan orqanları və toxumaları;
2.4. canlı heyvanlar;
2.5. tezalışan maddələr;
2.6. zəhərli və toksikoloji maddələr;
2.7. bioloji və infeksion maddələr;
2.8. civə, kimyəvi reaktivlər və turşular;
2.9. insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
2.10. tez xarab olan qida məhsulları;
2.11. öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
2.12. sikkələr, banknotlar və yol çekləri
2.13. təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;
214. Dövlət gerbi həkk olunmuş sənədlərin əsli;
215. dövlət kəmiyyət vahidləri etalonları;
216. Dövlət Arxiv Fondunun sənədləri;
2.17. aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri;
2.18. radioaktiv maddələr;
2.19. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;
2.20. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
2.21. əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
2.22. odlu silah və onun döyüş sursatları;
2.23. qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmirağac);
2.24. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyətinə aid informasiya sistemləri, sənədlər və arxivlər;
2.25. dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;
2.26. xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;
2.27. Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;
2.28. müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı sayılan obyektlər;
2.29. xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
3. Azərbaycan Respublikasının ərazisindən keçən (tranzit) beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:
3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
3.2. canlı heyvanlar;
3.3. tezalışan maddələr;
3.4. zəhərli və toksikoloji maddələr;
3.5. bioloji və infeksion maddələr;
3.6. civə, kimyəvi reaktivlər və turşular;
3.7. insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
3.8. tez xarab olan qida məhsulları;
3.9. öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
3.10. radioaktiv maddələr;
3.11. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;
3.12. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
3.13. əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
3.14. odlu silah və onun döyüş sursatları.
4. Daxili poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:
4.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
4.2. pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
4.3. insan orqanları və toxumaları;
4.4. canlı heyvanlar;
4.5. tezalışan maddələr;
4.6. zəhərli və toksikoloji maddələr;
4.7. bioloji və infeksion maddələr;
4.8. civə, kimyəvi reaktivlər və turşular;
4.9. insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
4.10. öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
4.11. sikkələr və banknotlar;
4.12. radioaktiv maddələr;
4.13. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;
4.14. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
4.15. əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
4.16. odlu silah və onun döyüş sursatları.
1. Bu Qaydalar "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanının 1.5-ci bəndinin icrası ilə əlaqədar hazırlanmışdır.
2. "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsində nəzərdə tutulmuş paylanmayan poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi bu Qaydalarla tənzimlənir.
3. Paylanmayan poçt göndərişləri poçt operatorunun mərkəzləşdirilmiş qaydada müəyyən etdiyi yerdə saxlanılır.
4. Paylanmayan poçt göndərişlərinin mərkəzləşdirilmiş qaydada saxlanması üçün poçt operatoru tərəfindən müvafiq şərait yaradılır.
5. Poçt göndərişlərinin ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmadıqda, bu göndərişlər paylanmayan poçt göndərişinə aid edilərək, dərhal poçt operatorunun müəyyən etdiyi yerə göndərilir.
6. Paylanmayan poçt göndərişləri qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, təyin olunmuş yerə daxil olduğu gündən etibarən 6 ay müddətində saxlanılır. Bu müddət ərzində ünvan sahibi və ya göndərici aşkar edilərsə, poçt göndərişi müvafiq qaydada ona verilir və göndərişin saxlanması üçün müəyyən olunmuş qaydada və məbləğdə haqq alınır.
7. Poçt rabitəsi operatoru 3 (üç) ayda bir dəfədən az olmayaraq, paylanmayan poçt göndərişlərinin açılmasına razılıq almaq üçün məhkəməyə müraciət edir.
8. Paylanmayan poçt göndərişlərinin açılmasını, satışım və məhv edilməsini poçt operatoru tərəfindən yaradılan və daimi fəaliyyət göstərən xüsusi komissiya həyata keçirir. Komissiyanın tərkibi iki nəfərdən az olmamaqla, poçt operatorunun və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir nəfər nümayəndəsindən ibarət təyin edilir.
9. Poçt göndərişlərinin açılması və sahibsiz hesab edilməsi barədə məhkəmənin qərarına əsasən paylanmayan poçt göndərişləri komissiya tərəfindən açılır və müvafiq akt tərtib edilir.
10.Açılmış poçt göndərişlərinin içərisində aşkar edilmiş yazışma xarakterli materiallar məhv edilir. Sahibsiz hesab edilmiş digər əşyalar isə göndəricinin və ünvan sahibinin şəxsi və ya kommersiya xarakterli sirrinin məxfiliyinə xələl gətirmədiyi halda komissiya tərəfindən satışa çıxarılır. Poçt göndərişinin içərisində aşkar edilmiş nağd pul, həmçinin əşya və ya malların satışından əldə edilmiş vəsait poçt operatoru tərəfindən çəkilmiş xərclər çıxıldıqdan sonra dövlət büdcəsinə köçürülür. Satışa çıxarılmayan digər əşya və sənədlər poçt rabitəsi qaydalarına uyğun olaraq müvafiq orqanlara göndərilir. 11. Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi ilə bağlı bu Qaydalarda nəzərdə tutulmayan digər məsələlər poçt operatorunun müəyyən olunmuş qaydada təsdiq edilmiş daxili normativ sənədi ilə həyata keçirilir.
1. 3 fevral 2009-cu il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 142)
2. 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)
3. 21 yanvar 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 155)
4. 14 noyabr 2020-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 noyabr 2020-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1393)
5. 30 aprel 2021-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2021-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 424)
6. 4 aprel 2022-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 389)