11.1. Universal poçt rabitəsi xidmətlərinin tərkibinə aşağıdakılar aiddir:
11.1.1. çəkisi 2 kq-a qədər olan daxili və beynəlxalq məktub, banderol və kiçik paketlər (sadə və sifarişli);
11.1.2. çəkisi 10 kq-a qədər olan daxili və beynəlxalq adi poçt bağlamaları;
11.2. Universal poçt rabitəsi xidmətlərinin tarifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.3. Aşağıdakı xidmətlərin milli operator tərəfindən göstərilməsi pulsuzdur:
11.3.1. çəkisi 7 kq-a qədər olan daxili və beynəlxalq sekoqramların göndərilməsi;
11.3.2. poçt rabitəsi obyektləri tərəfindən göndərilən xidməti poçt göndərişləri.
11.4. Müddətli həqiqi hərbi qulluqçular üçün pulsuz poçt rabitəsi xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.
11.5. Universal poçt rabitəsi xidmətlərinin normativlərini və bu xidmətlərin göstərilməsi ilə bağlı zərərin kompensasiyası qaydalarını və mənbələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.