13-1.1. Milli operator maliyyə xidmətləri sahəsində aşağıdakı fəaliyyət növlərini həyata keçirə bilər:
13-1.1.1. poçt hesablarının açılması və aparılması;
13-1.1.2. pul köçürmələrinin həyata keçirilməsi;
13-1.1.3. maliyyə təsisatlarında, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank) müxbir hesabların açılması;
13-1.1.4. poçt əmanətlərinin qəbul edilməsi;
13-1.1.5. ödəniş xidmətlərinin göstərilməsi, ödəniş sistemlərinin təşkili, poçt çeklərinin buraxılması;
13-1.1.6. müştərilərin sifarişi və vəsaiti hesabına valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;
13-1.1.7. nağd pulun və digər qiymətlilərin inkassasiyası.
13-1.2. Bu qanunun 13-1-ci maddəsində göstərilmiş hər hansı fəaliyyət növü yalnız Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) alındıqdan sonra həyata keçirilə bilər.