Qanunvericilik › “Poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsinin Qaydası”nın təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 14.10.2014) › Tam mətn

“Poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsinin Qaydası”nın təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 14.10.2014)

“Poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsinin Qaydası”nın təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 14.10.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN KOLLEGİYA QƏRARI

“Poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsinin Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən

1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar və Maliyyə nazirlikləri ilə razılaşdırılmış “Poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi (Sənan Muxtarov) təsdiq edilmiş Qaydanın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

1.1. Bu Qaydalar “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə “Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 499 nömrəli Fərmanı”nın 28.10-cu bəndinə əsasən hazırlanmışdır və poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsini nizama salır.

1.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsinin həyata keçirilməsi məqsədi ilə bütün texniki məsələləri həll edir və zərurət yarandıqca digər müvafiq icra hakimiyyəti orqanlarına müraciət edirlər.

1.3. Poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalı (bundan sonra - HÖP) və ya Komitənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (bundan sonra - VAİS) ilə əlaqəli işləyən digər proqram təminatı üzərindən həyata keçirilir.

1.4. Gömrük borcu üzrə ödənilən vəsaitin gömrük orqanlarının hesabına köçürülməsinə görə xidmət haqqı mövcud qanunvericiliyə uyğun olaraq ödəyicidən alınır.

2.1. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra –Məcəllə) 244.1-ci və 301.1-ci maddələrinə əsasən gömrük borcu gömrük orqanına yalnız bank, poçt və ya plastik kart vasitəsi ilə ödənilir.

2.2. Gömrük borcu üzrə ödənişlərin poçt rabitəsi operatorları tərəfindən HÖP və ya VAİS ilə əlaqəli işləyən digər proqram təminatı üzərindən gömrük orqanlarının hesabına köçürülməsi aşağıdakı qaydada həyata keçirilir:

2.2.1. ödəyici borcu əks etdirən müvafiq gömrük sənədinin nömrəsini poçt rabitəsi operatoruna bildirir;

2.2.2. poçt rabitəsi operatoru həmin gömrük sənədinin nömrəsini müvafiq proqram təminatına daxil edir, üzə çıxan məlumatların ödəyiciyə aid olub-olmadığını yoxlayır və borc məbləğində vəsaiti qəbul edib gömrük orqanlarının hesabına köçürülməsini təmin edərək ödəyiciyə ödəniş barədə qəbz təqdim edir.

3.1. Məcəllənin 244.1-ci maddəsinə, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 15.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 3.14-cü bəndinə əsasən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə gömrük ərazisinə gətirilən malların gömrük dəyəri həmin Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olduqda həmin mallar üçün gömrük ödənişləri fiziki şəxs tərəfindən poçt rabitəsi operatoruna ödənilir. Poçt rabitəsi operatoru isə həmin ödənişləri bir bank günü müddətində gömrük orqanlarının hesabına köçürür.

3.2. Bu Qaydaların 3-cü hissəsi beynəlxalq poçt göndərişləri ilə fiziki şəxsin adına gömrük ərazisindən göndərilən mallara şamil edilmir.

3.3. Məcəllənin 292.1-ci maddəsinə əsasən kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulan mallar beynəlxalq poçt göndərişləri ilə göndərildikdə, həmin mallar Məcəllənin malların bəyan edilməsi ilə bağlı müddəalarına uyğun olaraq gömrük bəyannaməsi təqdim olunmaqla bəyan edilməlidir.

3.4. Məcəllənin 292.2-ci maddəsinə əsasən gömrük orqanları üçün zəruri olan məlumatları özündə əks etdirən Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün gömrük bəyannaməsi tələb olunmur.

3.5. Beynəlxalq poçt göndərişləri ilə gömrük ərazisinə daxil olan mallara beynəlxalq poçt mübadilə məntəqələrində və yerlərində gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən baxış keçirilir.

3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən beynəlxalq poçt göndərişləri ilə gömrük ərazisinə gətirilməsi nəticəsində gömrük borcu yaradan mallar barədə məlumatlar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən VAİS-ə daxil edilir və bu qaydalara əlavə edilmiş formada (əlavə №1) müvafiq məlumat və rekvizitləri əks etdirən etiket çap edilərək həmin göndərişlərin üzərinə (göndərişin yaxşı görünən yerinə) yapışdırılır.

3.7. Poçt rabitəsi operatoru həmin etiketin nömrəsini HÖP və ya VAİS ilə əlaqəli işləyən digər proqram təminatına daxil edir (bu əməliyyat barkod oxuyan avadanlıq vasitəsi ilə də edilə bilər), üzə çıxan məlumatların ödəyiciyə aid olub-olmadığını yoxlayır və borc məbləğində vəsaiti qəbul edib gömrük orqanlarının hesabına köçürülməsini təmin edərək ödəyiciyə ödəniş barədə qəbz təqdim edir.

3.8. Bu Qaydaların 3.7-ci bəndində qeyd olunan proses başa çatdırılan kimi ödənişin həyata keçirildiyi barədə məlumat real vaxt rejimində avtomatik olaraq VAİS vasitəsi ilə gömrük orqanlarına ötürülür və həmin mallar üzərində gömrük nəzarəti başa çatmış hesab edilərək göndəriş poçt rabitəsi operatoru tərəfindən alıcıya təqdim edilir.

3.9. Malların beynəlxalq poçt göndərişləri ilə gömrük ərazisinə gətirilməsi nəticəsində yaranan gömrük borcu həmin malların poçt rabitəsi operatoruna təqdim edildiyi gündən 30 gün müddətində ödənilərək gömrük orqanlarının hesabına köçürülməlidir.

3.10. Məcəllənin 301.2-ci maddəsində və “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda bu Qaydaların 3.9-cu bəndində qeyd olunan əməliyyatın həyata keçirilməsi mümkün olmadıqda mallar qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görülməsi məqsədi ilə poçt rabitəsi operatoru tərəfindən yubadılmadan beynəlxalq poçt mübadilə yerinə gömrük orqanlarına təqdim edilməsi üçün geri göndərilir.

3.11. Poçt rabitəsi operatoru tərəfindən bu Qaydaların 3.9-cu və 3.10-cu bəndlərində qeyd olunan müddəalardan başqa heç bir digər hallara yol verilə bilməz.

“Poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsi Qaydası”na əlavə

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver