Qanunvericilik › “Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.12.2025) › Tam mətn

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.12.2025)

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.12.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 237-VIIQD nömrəli Qanununun tətbiqi və “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 205 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 avqust tarixli 468 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 19 dekabr 2025-ci il

1.1. Bu Qayda “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin IV hissəsinə əsasən hazırlanmışdır və həmin maddənin III hissəsinə uyğun olaraq, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra – Nazirlik) xəzinə hesabına köçürülən büdcədənkənar vəsaitdən (bundan sonra – vəsait) istifadə qaydasını müəyyən edir.

1.2. Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, Nazirliyin sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

2.1. Vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılır.

2.2. Vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirilir.

2.3. Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Nazirlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təmin olunur.

2.4. Nazirlik vəsaitdən istifadəyə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim edir.

2.5. Vəsaitdən istifadə ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

2.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) Nazirliyin xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.

3.1. Vəsaitin polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

3.1.1. polis əməkdaşlarının mükafatlandırılmasına;

3.1.2. polis əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsinə;

3.1.3. polis əməkdaşlarına maddi yardım göstərilməsinə.

3.2. Polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirməsi məqsədilə vəsait aşağıdakı istiqamətlərə xərclənir:

3.2.1. malların (işlərin və xidmətlərin) alınmasına;

3.2.2. inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;

3.2.3. beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;

3.2.4. maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə.

3.3. Vəsaitin 50 faizi bu Qaydanın 3.1-ci bəndində, 50 faizi isə bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məqsədlər üçün ayrılır.

3.4. Verilən mükafat, maddi yardım və əlavələrin məbləğini Azərbaycan Respublikasının daxili işlər naziri müəyyən edir.

3.5. Aylıq vəzifə maaşına əlavə və mükafat əməkdaşın əmək qabiliyyətini müvəqqəti itirdiyi, hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu, sərəncamda olduğu, vəzifədən kənarlaşdırıldığı, uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq digər ödənişsiz məzuniyyətdə olduğu günlər üçün hesablanmır.

3.6. Bu Qaydaya əsasən polis əməkdaşlarına ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 237-VIIQD nömrəli Qanununa əsasən, 2025-ci il iyulun 8-dən bu Qayda qüvvəyə minənədək daxil olan vəsaitdən bu Qaydaya uyğun olaraq istifadə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver