Qanunvericilik › Profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 02.06.2001) › Tam mətn

Profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 02.06.2001)

Profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 02.06.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

“Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 2 iyun 2001-ci il

İmmunizasiya işləri üzrə tibb vəzifələri (peşələri)

difteriya və B-hepatiti

Xəstələrin qanı ilə bilavasitə təmasda olan tibb vəzifələri (peşələr)

Taun əleyhinə müəssisələrdə bütün vəzifələr (peşələr)

Təbii taun ocaqları ərazisində bütün işləyənlər

Qara yara xəstəliyi törədiciləri ilə işləyən laboratoriyalarda bütün vəzifələr (peşələr)

Yun və gön-dəri xammalı emalı müəssisələrində bilavasitə emalla bağlı olan vəzifələr (peşələr)

Canlı bruselyoz kulturaları ilə işləyən laboratoriyalarda bütün vəzifələr (peşələr)

Bruselyoza görə qeyri-sağlam təsərrüfatlarda maldar, sağıcı, baytarlıq xidməti işçiləri, süd və ət məhsulları emalı ilə məşğul olan bütün vəzifələr (peşələr) — 18 yaşdan yuxarı

Patogen leptospira kulturaları ilə işləyən laboratoriyalarda bütün vəzifələr (peşələr)

Quduzluq virusu ilə işləyən laboratoriyalarda bütün vəzifələr (peşələr)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver