Prokuror təhqiqat orqanlarının fəaliyyətində qanunların eyni cür və dürüst icrasını və tətbiqini təmin etmək məqsədilə aşağıdakı nəzarəti həyata keçirir:
- cinayətlər və digər qanuna zidd hərəkətlər barədə təhqiqat orqanlarına daxil olmuş ərizə və məlumatların qeydə alınması, onlara baxılması və müvafiq tədbirlər göstərilməsinə dair qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl edilməsi;
- təhqiqat orqanları tərəfindən Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi və bu fəaliyyət prosesində qəbul olunan qərarların qanuniliyi.
Prokuror əməliyyat-axtarış fəaliyyətinə dair qanunların tələblərinin əməliyyat-axtarış orqanları tərəfindən icrasını təmin etmək məqsədi ilə bu orqanlar tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onların qəbul etdiyi qərarların qanuniliyi üzərində nəzarəti həyata keçirir.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.
Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin predmetinə aid məsələlər "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.