Prokuror öz səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydada və çərçivədə aşağıdakı aktlar çıxara bilər:
xəbərdarlıq;
təqdimat;
qərar;
qərardad;
yazılı göstəriş;
iddia ərizəsi (ərizə);
məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest.
Prokuror aktları onu çıxaran prokurorun özü və ya yuxarı prokuror tərəfindən geri götürülə, dəyişdirilə və ya ləğv edilə bilər.